Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır

Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "İrs Dostu" könüllü proqramına qəbul elan edib.

Məlumata görə, proqramın əsas məqsədi gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakını təşviq etmək, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, həmçinin mədəni irsə ictimai marağın artırılmasına töhfə verməkdir.

"İrs Dostu" könüllü proqramı Dövlət Xidmətinin Bakıda və regionlarda fəaliyyət göstərən struktur bölmələri, tabeli müəssisələri, eləcə də qoruq və muzeylərini əhatə etməklə ölkənin bütün regionlarında 140-dan çox müəssisədə təşkil olunacaq.

Proqram çərçivəsində könüllülər mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirlərinin təşkili, tədqiqatların aparılması, təşkilati dəstək və digər istiqamətlər üzrə müxtəlif proseslərdə iştirak edəcəklər.

Bildirilib ki, "İrs Dostu" proqramına cəlb olunacaq könüllülər yaradılması nəzərdə tutulan vahid şəbəkənin tərkib hissəsi olacaq. Bu şəbəkə mədəni irsin qorunması sahəsində dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa əsaslanan ekosistemin formalaşdırılmasını nəzərdə tutur.

Könüllülərin seçimi müsahibə əsasında aparılacaq. Müsahibə zamanı namizədlərin mədəni irs sahəsinə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət bacarıqları, ofis proqramlarında və komandada işləmək bacarıqları qiymətləndiriləcək.

"İrs Dostu" könüllüsü olmaq istəyən 18-35 yaş arası şəxslər CV və motivasiya məktublarını volunteer@heritage.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd olunub ki, proqram iştirakçıları üçün fəaliyyət müddətində xüsusi təlimlər təşkil ediləcək, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstəriləcək.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930