Rəsul Rza zirvəsi...
(Xalq şairi Rəsul Rzanın əziz xatirəsinə)


Goyçay çinarıtək gəldin Bakıya,
Küləklər şəhəri sənə yar oldu.
Köndələn küçəsi, əyri yağışı,
Bu xoş gəlişindən bəxtiyar oldu.

Doğma qucaq açdı göy Xəzər sənə,
Heç vaxt kar etmədi bəd nəzər sənə.
Tufanlar önündə şax durdun yenə,
Neçə şaxta oldu, neçə qar oldu.

Sənət zirvəsində çaldıqca qanad,
Sənə kömək oldu cəsarət, inad.
Bədxahlar üstünə yeridi, ustad,
Polad iradənlə hamsı xar oldu.

İndi zaman otüb, xoş olar desəm,
Yolundan eylədin çox zilləti sən.
Sevdin bu vətəni, bu milləti sən,
Arada əbədi etibar oldu.
## ## ##
Sənin sevgin sevgi idi Rəsul Rza,
Sənin təbin bir İlahi
Vergi idi Rəsul Rza.
Sənin sözün xalq sozüydu,
Sənin sözün Haqq sozüydu,
Sənin gözün xalq gozüydu,
Tərəzidə ağır gələn Haqq gozüydu,
Rəsul Rza.
Məzarının başında mən
Duşünurəm dərin-dərin.
Bu millətə dayaq oldu,
Yol göstərdi şeirlərin.
Mirzə Cəlil duşüncəli,
Sabir qeyrətli idin,
Yalana qılınc qıcayan,
Doğruya heyrətli idin,
Nəsimidən nişanəydin, Rəsul Rza.
Mərd yanında mərd dayanan,
Yaxşılığa işarəydin Rəsul Rza.
Bu qarışıq zəmanədə
Sən olmaq deyil ki, asan,
Hissimdəsən,duyğumdasan, Rəsul Rza.
Həyat dərsliyi idi
Yazdığın hər bir əsər,
Mətləbin böyuk idi,
Sətirlərin müxtəsər.
Füzuliyə vermişdin könlünü əzəl gündən!
Qəlblərə yapılırdı
Sənin soz adlı kündən.
Gəncliyə kömək idin,
Var idin yalqızlara.
Bir təsəlli yeriydin,
Yar idin yalqızlara.
### ### ###
Məzarının başında,
Anıram əziz-əziz.
Sən ey böyük vətəndaş,
Sən ey sənət zirvəmiz.

Ziyarətin murazdı,
Ha yazsaq, yenə azdı.
Sənə küfr eləyənlər,
Nə yazsalar dayazdı.

Şeirdə əbədisən,
Əyarsan Rəsul Rza.
Bizim söz mülkümüzdə
Dəyərsən, Rəsul Rza.

Əyilmədin, enmədin,
Şölələndin, sönmədin.
Haqq yolundan dönmədin,
Düz oldun, Rəsul Rza.

Məna gəzdik sözündə,
Yenilmədin dözümdə.
Bu dünyanın üzündə,
Üz oldun, Rəsul Rza.

Sən dibçəkdə bitmədin,
Asan yolla getmədin.
Cığır olub itmədin,
İz oldun, Rəsul Rza.
### ### ###
Od nə çəkdi,
Sən bilirdin.
Baş nə çəkdi,
Sən bilirdin.
Bu vətənin dərdlərini,
Yaradanla tən bilirdin.

Qövr edəndə yaramız,
Təsəllin məlhəm olub.
Güc verib şerin bizə,
Qəlbimiz sevinclə dolub.

Nələr oldu,
Nələr keçdi sərimizdən?
Başımıza nələr gəldi
Sən gedəli...
Oda qaladılar yurd-yuvamızı,
Çox-çox ağır oldu bil ki, bədəli.

Salamım sənədi,
Ey ulu şair,
Səndən öyrənmişik
Bu yolu, şair.

Sən gedəli
Güllər açılmadı,
Güllələr açıldı, şair.
Sən gedəli
Dünyanın boz üzünə,
Şəfəqlər saçılmadı,
Atəşlər saçıldı, şair.

Sən gedəli, bu dünyada
Satan oldu, alan oldu.
Neçə ümid, neçə arzu,
Neçə diyar talan oldu.

Neçə ölkə oldu bərbad,
Dərd əlində dad çəkdik, dad...
Elə dərdlər çəkdik ustad,
Bütün dərdlər yalan oldu.

Meydanı boş sandılarsa,
İçin-için yandılarsa,
Neçə yerdən dandılarsa,
Yenə adın qalan oldu...

Nə tarix unudubdu,
Nə də ki, Ana Vətən.
Kim xalqı dağ bilibsə,
Sığınıb ona Vətən.

Səndən bizə Yol qalıb,
İmza qalıb, qol qalıb.
Nə qalıbsa bol qalıb,
Çatıb ad-sana Vətən.

Bir gün gəncəli qızla
Tale yolun kəsişdi.
Allahın qələmiylə,
Bəxtə yazılan işdi...

O qız Nigaram - dedi,
Sən dedin - Rəsul Rza.
Ömrün boyu yar oldun,
Sən o gəncəli qıza.

Ala gözün üstündən,
Ayrılmadı o vaxtdan.
Yarıtdı tale səni,
O taledən, o baxtdan.

Gül idi, ciçək idi,
Hamıdan göyçək idi.
Nigar bir çiçək idi,
Sənsə yenilməz qaya.

O xoşbəxt baxt-taledən,
Fidan gəldi dünyaya.
Anar gəldi dünyaya.
Neçə övlad doğulub
Ucaldı günə, Aya.

Getdin qolu qolunda,
Gül açdı sağ-solunda.
Bu sənətin yolunda,
Bir övlad da poeziya...
### ### ###
Əbədi dualar var
Ruhuna, Rəsul Rza.
Qoymarıq yad nəfəslər,
Toxuna, Rəsul Rza.

Kişilik abidəsi,
Kişilik meyarısan.
Möhtəşəm ucalıqda
Həmişə qalasısan.

Xalqımız əziz tutur
Şair ünvanını, şair adını.
Çəkir keşiyini
Al-əlvan güllər.
Harda poeziyadan söhbət gedirsə,
Yenə Rəsul Rza söyləyir dillər.

Ey Odlar Yurdunun böyük şairi,
Unutmur nə Vətən, nə də el səni!
Möhtərəm oxucu salama durub,
Hörmətlə yad edir yenə, bil, Səni!


XATİRƏ ƏZİZ Rəhimli
Şair-publisist

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930