Fatimə Məhəmmədqızının şeirlərində yaşantısı...

Bir neçə dəfə yaradıcı dostların şeir nümunələrinə yanaşmalarımda aşağıdakı fikiri söylədiyimə tam əminəm. Bu yazıda da deməyi özümə borc bildim. Orta məktəb illərində, adın unutduğum bir aşıqın kitabından əzbərlədiyim gözəl bir şeir, bu gün nədənsə yadıma düşdü. Şeiri burada indi bütöv yazmağa ehtiyac duymuram, sadəcə son bəndin yazacam. Şeir belə idi;

Sözüdür şairin ağız ləzzəti,
Heç zaman götürməz ağır minnəti,
Dostunam deyənin mənə hörməti,
Sənətin qədrini bilməsindədir.


Yəni o gündən bu misralar sanki mənim həyat kredom olub. İstər mətbuatda çalışdığım zamanda, istərsə də son günlərdə həmişə bir az duyğulu, yaradıcı, ruhu rəvan insan görəndə, rastlaşanda, söhbət edəndə bu hiss düşüncəmə hakim kəsilib...
Artıq bir neçə ildi burada, Facebookdayam. Burada olduğum dövürlərdə həmişə yaradıcı insanların paylaşımların imkanım, gücüm çatdığı qədər izləmişəm, oxumuşam, özlüyümdə yanaşmamın ədalətliliyi ilə daxilən razılaşmışam. Amma bu barədə nə yazmışam, nə paylaşmışam, nədə ki, fikrimi, yanaşmamı, nə düşündüyümü kiminləsə paylaşmamışam. Sadəcə özüm üçün maraqlı olub.
Ancaq, haradasa özümdə yaradıcılığa başlayıb yeni yazdığım şeirlər paylaşanda və ya hər hansı yazıya münasibət bildirəndə mütləq məsuliyyətin dərk etmişəm. Və heç kimin yaradıcılığına qarşı hansısa fərq qoyub seçimdə etməmişəm.
Bu gün yaradıcılığına müraciət edəcəyim şairimizi ilk gündən burada izləyirəm. Onun yaradıcılığından gözəl şeir nümunələri ilə tanış oluram. Hər dəfədə tanış olduğum şeir parçasına münasibət bildirmək ürəyimdən keçir. Müxtəlif səbəblər üzündən bu istəyimi reallaşdıra bildirməmiyimə çox vaxt da təssüflənmişəm.

Bu şair, bəlkədə çoxumuzun sevimlisi Fatimə Məhəmmədqızı dı. Fatimə xanımın şeirlərindən hiss olunur ki, o, şeirə, sözə böyük sevgi ilə yanaşır. Elə buna görə də, onun şeirlərindəki mətnin daxili ruhunu oxucu tez tutur. Mən də həvəskar bir oxucu kimi bu gün yalnız o duyğuların istiqamətini bir qədər açmağa çalışacam.
Fatimə xanımın şeirlərində doğrudan da iki mühüm cəhət diqqət çəkir. Duyğunun səmimiliyi və xalq ruhuna yaxın təbii axıcılıq.
Onun misralarında bəzəkli süni ifadələrdən çox, yaşanmış hisslərin izi görünür. Oxucuya təsir edən əsas səbəb də budur. Xüsusilə rədiflərdən istifadə, təkrarların sözün ahəng yaratması və dərdin sadə dillə ifadəsi şeirlərə yadda qalan ovqat yaradır.
Fatimə Məhəmmədqızının şeirlərindəki səmimiyyət və duyğu axarı o qədər içdən gəlir ki, onun haqqında yazmağa adamı ürəkdən sövq edir. Hiss olunur ki, Fatimə xanımın şeirlərindəki misralar yalnız qələmdən yox, bir insanın taleyinin qismətinə düşmüş yaşanmış duyğulardan süzülüb gəlir.
Onun yaradıcılığından seçib götürdüyüm "BOYLANIR" - şeiri, məhz yuxarıda qeyd etdiyim bir insan nisgilinin, həsrətin və gözləmək duyğusunun çox kövrək və səmimi poetik ifadəsidir. Şair burada ayrılığın yaratdığı mənəvi boşluğu sadə, amma təsirli obrazlarla təqdim edir. Şeirin əsas yükü “boylanır” sözünün üzərində qurulub. Bu ifadə yalnız fiziki gözləmə deyil, həm də ruhun, qəlbin, ümidin bir ünvana bağlanmasını simvolizə edir. Şeir boyunca insanın içində sönməyən sevgi və həmin sevgidən doğan intizar hiss olunur.

"Sarıb məni həsrət dolu qorxular,
Gözlərimdən yıxılıbdı yuxular
Misra-misra çiçəkləyən duyğular,
Hər gün sənin yollarına boylanır."


Şeir ilk misradan oxucunu həsrət və narahatlıq atmosferinə aparır. “Həsrət dolu qorxular” ifadəsi çox təsirli tapıntıdır. Burada qorxu adi hiss deyil — itirmək, unudulmaq, qovuşmamaq qorxusudur. Şairin ruhunu sarıb bürüyən bu duyğular daxili çırpıntını göstərir.
“Gözlərimdən yıxılıbdı yuxular”
misrası isə ayrılığın insanın rahatlığını əlindən aldığını göstərir. Yuxunun “yıxılması” obrazı poetik baxımdan uğurludur; çünki burada yuxu sadəcə yatmaq deyil, həm də rahatlıq və dinclik mənası daşıyır.
Üçüncü misrada şair duyğularını “misra-misra çiçəkləyən” kimi təqdim edir. Bu, şair ruhunun ağrıdan belə poeziya yaratdığını göstərir. Yəni hisslər susmur, şeirə çevrilərək yaşayır. Son misra isə bütün bəndin yekunu kimi səslənir. "Hər gün sənin yollarına boylanır." Çünki duyğuların ünvanı birdir — sevgilinin yolları.

"Harda qaldı eşq qoxuyan o çağım,
Xəfif-xəfif tüstülənir ocağım.
Duyğu-duyğu üşüyən bu qucağım,
Hər gün sənin yollarına boylanır."


Bu bənddə artıq keçmişə dönüş və nostalji hiss olunur. Şair əvvəlki xoş günləri xatırlayır və “eşq qoxuyan o çağım” deyərək sevgi dolu zamanların uzaqlaşdığını bildirir. Burada “eşq qoxuyan” ifadəsi sevginin bütün həyatı bürüyən bir ab-hava olduğunu göstərir.


“Xəfif-xəfif tüstülənir ocağım”misrası çox kövrəkdir. Ocaq burada həm evin istiliyini, həm də ürəyin sevgisini simvolizə edir. Ocaq sönməyib, amma əvvəlki gur alovundan əsər qalmayıb — yalnız tüstüsü qalır. Bu da sevgidən sonra qalan nisgili ifadə edir.
“Üşüyən qucaq” obrazı isə həm fiziki, həm mənəvi tənhalığın göstəricisidir. Şairin qucağı boşdur, sevgidən uzaqdır və bu boşluq onu soyudur. Yenə də son misrada bütün hisslər gözləməyə bağlanır.

"Bu əzabla çırpınmaqdan gəl çəkin,
Çırpınıram bir qanadsız quştəkin.
Gözü dolub qəlbimdəki bu eşqin,
Hər gün sənin yollarına boylanır."


Son bənddə həsrətin ən yüksək nöqtəsi görünür. Şair artıq ağrının içində çırpındığını açıq şəkildə etiraf edir. Buradakı:
“Çırpınıram bir qanadsız quştəkin”
bənzətməsi şeirin ən təsirli poetik məqamlarından biridir. Qanadsız quş uça bilməyən, azadlıqdan və ümiddən məhrum olmuş bir varlıqdır. Şair də sevgidən uzaq düşdüyü üçün özünü həmin vəziyyətdə görür.
“Gözü dolub qəlbimdəki bu eşqin” misrasında isə sevgi insanlaşdırılır. Eşq sanki ağlayan, kövrələn canlı bir varlığa çevrilir. Bu ifadə şeirə emosional dərinlik qatır.
Son misra yenidən təkrarlanır və şeirin ana fikrini möhürləyir: bütün ağrılara baxmayaraq, sevgi hələ də gözləyir, ümid edir və sevgilinin yollarına boylanır.

Şeir ümumilikdə həsrət lirikasının uğurlu nümunəsidir. Burada ayrılıq pafosla deyil, sakit və səmimi duyğularla təqdim olunur. Sadə sözlərdən istifadə edilsə də, poetik obrazlar təsirlidir: “yıxılan yuxular”, “tüstülənən ocaq”, “üşüyən qucaq”, “qanadsız quş” kimi ifadələr şeirin emosional yükünü artırır.
Ən əsas cəhət isə odur ki, şeir ümidsiz deyil. Hər bəndin sonunda təkrarlanan “Hər gün sənin yollarına boylanır” misrası göstərir ki, sevgidə gözləmək hələ bitməyib. Bu gözləmək həm ağrı, həm də ümiddir.
Fatimə xanımın digər bir - "GÖZLƏRİN"- şeir isə sevgi duyğularının zərif və kövrək çalarlarını daşıyan, obrazlı ifadələrlə zəngin lirik bir nümunədir. Şair burada sevgini “təlatümlü dəniz” obrazı ilə təqdim edir və gözləri həmin sevginin həm sirri, həm də dərinliyi kimi mənalandırır.
Bu şeirdə xüsusilə “dəniz”, “sahil”, “qağayı” obrazlarının bir-birini tamamlaması çox gözəl poetik ahəng yaradır. Həm kövrəklik var, həm də içdən gələn sakit bir həsrət…

"İnsan oğlu məhəbbətdən doğulur,
Çiçək kimi gah açılır,gah solur.
Baxışlarım baxışında qərq olur,
Təlatümlü bir dənizdir gözlərin."


Şeir çox fəlsəfi bir fikirlə başlayır. “İnsan oğlu məhəbbətdən doğulur” misrası sevginin insan həyatının əsas mayası olduğunu göstərir. Şair burada məhəbbəti sadəcə hiss yox, insanın mənəvi yaranış səbəbi kimi təqdim edir.
“Çiçək kimi gah açılır, gah solur” misrası insan taleyinin dəyişkənliyini ifadə edir. Çiçək obrazı həyatın zərifliyini, sevinc və kədərin növbələşməsini simvolizə edir. İnsan da çiçək kimi bir gün sevinir, bir gün qüssələnir.
“Baxışlarım baxışında qərq olur” misrasında sevən insanın qarşı tərəfin gözlərində itib-batması təsvir edilir. Burada baxış artıq adi baxış deyil, ruhların görüşüdür.
Son misrada şair əsas bədii obrazı təqdim edir: “Təlatümlü bir dənizdir gözlərin", Burada gözlər dənizə bənzədilir. Amma sakit yox, təlatümlü dənizə… Bu təşbeh sevgidəki qarışıqlığı, ehtirası, həyəcanı və daxili çırpıntıları ifadə edir. Şair üçün o gözlər həm cazibədir, həm də təhlükəli dərinlikdədir.

"Əzəl gündən belədir eşq naxışım,
Baharımla qolboyundu bil,qışım.
Sahilində qağayıdır baxışım,
Təlatümlü bir dənizdir gözlərin."


Bu bənddə şair sevginin qədim və dəyişməz hiss olduğunu vurğulayır.
“Əzəl gündən belədir eşq naxışım” misrasında eşq taleyin alın yazısı kimi təqdim edilir. “Naxış” sözü burada insan ömrünün mənəvi şəkli, qəlb izləri mənasında işlədilib.

“Baharımla qolboyundu bil, qışım” misrası çox təsirli poetik fikirdir. Şair burada sevinc və kədərin, istilik və soyuqluğun bir-birinə qarışdığını bildirir. Yəni sevgidə bahar da var, qış da… Amma onlar ayrılmazdır.
“Sahilində qağayıdır baxışım” misrasında gözəl bədii detal var. Qağayı adətən dənizlə bağlı obrazdır. Şair öz baxışlarını qağayıya bənzədir. Necə ki qağayı dənizdən ayrı yaşaya bilmir, onun baxışları da sevgilinin gözlərindən ayrı qala bilmir. Bənd yenə eyni misra ilə tamamlanır: “Təlatümlü bir dənizdir gözlərin.”
Bu təkrar şeirin emosional yükünü artırır və gözlərin sirli, dalğalı dünyasını daha da qüvvətləndirir.

"Hər gün qərib xəyallara dalmışam,
Öz-özümdən çox təsəlli almışam.
Fatiməyəm,sahilində qalmışam,
Təlatümlü bir dənizdir gözlərin."


Bu bənddə artıq ayrılıq, nisgil və daxili tənhalıq hiss olunur.
“Hər gün qərib xəyallara dalmışam” misrası şairin düşüncələr içində yaşadığını göstərir. “Qərib xəyallar” ifadəsi əlçatmaz arzuları və həsrət duyğularını ifadə edir.
“Öz-özümdən çox təsəlli almışam” misrasında lirik qəhrəmanın tənhalığı görünür. O, artıq dərdini böləcək birini tapa bilmir və təsəllini öz daxilində axtarır.
Şair özünə xitabən, - “Fatiməyəm, sahilində qalmışam” - misrası isə çox səmimi və duyğulu səslənir. Şair öz adını çəkərək hisslərini daha da fərdiləşdirir. Burada “sahildə qalmaq” sevgiyə çata bilməmək, dənizə — yəni o gözlərin dərinliyinə tam qovuşa bilməmək mənasını verir.
Son misra yenə şeirin əsas poetik dayağına çevrilir: “Təlatümlü bir dənizdir gözlərin.”
Bu təkrar artıq oxucuda belə bir hiss yaradır ki, bütün duyğuların başlanğıcı və sonu həmin gözlərdir.
Şeirin əsas ideya mövzusu məhəbbətin insan ruhunda yaratdığı çırpıntılar, sevginin həm sevinc, həm də nisgil gətirməsidir. Şair sevgilinin gözlərini “təlatümlü dəniz” obrazında təqdim etməklə həmin baxışların dərin, sirli və insanı özünə çəkən qüvvəsini göstərir.
Şair burada dənizi, sevginin sonsuzluğu, qağayını isə həsrətli baxışlar kimi təqdim edir.
Sahili isə ayrılıq və gözləmə,
bahar və quşu, sevginin dəyişən halları kimi işlədib.
Şeir axıcı dili, duyğusal yükü və obrazlı ifadələri ilə oxucuda kövrək romantik ovqat yaradır.
Fatimə xanımın səhifəsindən seçib götürdüyüm bu iki, - “NEYNİM” və “YAMAN DÜNYADI”- şeirləri isə fərqli ruh halını və həyat baxışını ifadə etsə də, hər ikisinin mərkəzində insanın daxili ağrısı, həyatın sərtliyi və sevginin gətirdiyi iztirab dayanır. Şeirlərin hər ikisində də, şair duyğusunu sadə, axıcı və xalq şeiri üslubuna yaxın formada təqdim edə bilib. Məsələn ;
“Neynim” şeiri ayrılıqdan doğan nisgilin, unudulmuş sevginin və sarsılmış etibarın poetik etirafıdır. Şeirin ən güclü tərəfi səmimiyyətidir. Səmimiyyətin içində oxucu hiss edir ki, burada süni kədər yox, insanın yaşanmış duyğular danışır.
Şeirin əsas xəttindən görünür ki, burada sevilənin dəyişməsi, vəfasızlıq, bunun içində xatirələrin insanı yaşatması və unuda bilməmək ağrısı durur.
“Daha o gözlərin, o baxışların, Mənli xatirəsi qalmadı neynim”
misraları ilə şair sevginin yalnız fiziki ayrılıq deyil, mənəvi silinmə olduğunu göstərir. Burada ən ağır məqam da elə budur — insanın yaddaşdan çıxarılması.
Şeirdə “neynim” rədifi çox uğurlu işlənib. Çünki "neynim" sözü, çarəsizliyi, taleyə boyun əyməni,
daxili fəryadı gücləndirir.
Hər bəndin sonunda təkrarlanması ağıya bənzər bir ahəng yaradır.
Şeirdə bəzi obrazlar xüsusi diqqət çəkir. Məsələn ;
“Həsrətin sinəmə sancılan oxdu”
-misrası klassik, lakin təsirli təşbehdir.
“Bənzəri saralmış bahar gülüdür”
-misrası sevginin solmasını təbiət obrazı ilə ifadə edir.
“Dəfn etdim bu adı misrada” isə şeirdə çox təsirli misradır. Burada şair sevgini yox, onun adını “misrada” basdırır. Yəni şeir həm xatirənin məzarı, həm də yaddaşı olur.
Şeirin son bəndi daha uğurludur.
“Kür, Araz töküldü, az oldu Xəzər”
-misrası hissin böyüklüyünü şişirtmədən, xalq poetikasına uyğun şəkildə ifadə edir. Sevginin dərinliyi coğrafi obrazlarla ölçülür.
Bu şeir klassik sevgi-ağrı xəttinə bağlıdır, axıcı dir, musiqili ahəngə malikdir və xalq şeiri ruhunu qoruyur.
Ən önəmli cəhəti isə odur ki, oxucu öz yarasını bu misralarda görə bilir.
“Yaman dünyadı” şeiri isə artıq fərdi sevgidən daha çox həyat fəlsəfəsinə, dünyanın haqsızlıqlarına və insan münasibətlərinin saxtalığına yönəlmişdir. Burada gözəl şairimiz Fatimə xanım sanki bu həyatın içindən keçmiş, aldanmış, müşahidə etmiş bir insan kimi danışır.
Şair bu şeirlər, dünyanın ziddiyyətli olmasına, insanın çətinliklər içində yetişməsinə, riyakarlıq və böhtanın çoxalmasına diqqət yönəltməsidir.
“Fələk məni söz mülkünə tuş etdi”-misrası maraqlı başlanğıcdır. Burada “söz mülkü” yalnız şeir yox, həm də dərd və həqiqət məkanıdır. Şair söz adamı olduqca həyatın ağrılarını daha dərindən hiss edir.
Fatimə xanımın bu şeirində ən uğurlu xüsusiyyətlərdən biri təzadlardır. Məsələn;
“Sığal vurdu, sonra çəkdi məhşərə”
Dünya əvvəl aldadır, sonra sınağa çəkir. Bu, həyatın ikili təbiətini göstərir.
“Gördüm dünya sızlar kaman dünyadı”
- misrası isə çox poetikdir. Yəni dünya burada, ağlayan kaman kimi həm musiqi verir, həm də içində ağrı daşıyır.
Şeirdə təkrarlanan - “Sən elə gördüyün yaman dünyadı”- misrası şeirin fəlsəfi yükünü daşıyır. Burada şair dünyanın zahiri görünüşünə aldanmamağı deyir.
“Yolçuluğu öyrəndim yol gedəndən, Səbr öyrəndim varlığı var edəndən”
-misraları həyat məktəbi düşüncəsini ifadə edir. Şair kitabdan yox, yaşantıdan öyrəndiyini vurğulayır.
Şeirin sonu daha sərt sosial məzmun daşıyır. Burada riyakarlıq, böhtan, kələk, insanların mərdi anlamaması göstərilib. Buradan da görünür ki, şair artıq şəxsi ağrıdan çıxıb cəmiyyətə baxır.
Bu şeirin dili daha hikmətli və nəsihət xarakterlidir. Aşıq şeirinin və xalq müdrikliyinin təsiri açıq hiss olunur. Xüsusilə rədif və təkrarlar şeirə qoşma ahəngi verir.
Şairimizin son iki, “Neynim” və “Yaman dünyadı” şeiri arasında müqaisə aparsaq, maraqlı fərqi o dəqiqə görəcəyik. “Neynim”də daha çox ürəyin fəryadı. “Yaman dünyadı” isə həyatın fəlsəfi hökmün hiss edəcəyik. Birincidə sevgi yarası danışır, kövrəklik üstünlük təşkil edir, ikincidə isə həyat təcrübəsi və həyatın sərt gerçəkləri ilə barışmış bir insanın səsi eşidilir.

Bütün bunlara baxmayaraq şairimizin hər bir şeirində səmimiyyət görünür, axıcılıq hiss olunur, xalq ruhuna yaxınlıq duyulur. Şair şeirdə duyğunun təbii verilməsi yuxarıda söylənənlərin əsasını təşkil edən üstünlüklərdəndir.
Fatimə xanımın şeirlərində xüsusilə diqqət çəkən cəhət hissi mürəkkəb sözlərlə deyil, sadə və ürəyə yaxın dillə ifadə etməsidir. Bu isə oxucu ilə emosional bağ yaradır. Elə buna görə də Fatimə Məhəmmədqızının şeirlərində duyğu ilə düşüncə yanaşı addımlayır. Buda oxucunu düşündürən və yadda qalan poeziyanın əsas xüsusiyyətlərindən biridir. Onun yaradıcılığında həyat təcrübəsinin, insan ağrısının və sevginin içdən gələn nəfəsi hiss olunur.
Qələminiz yorulmasın Fatimə xanım, ruhunuz daim ilhamlı olsun. Yeni şeirləriniz və yazılarınızla yeni-yeni uğurlar arzulayıram.

Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü. Yığcam Göstər

Son xəbərlər

Magistraturaya qəbul imtahanı keçirildi, 1 nəfərdə telefon aşkarlandı - Yenilənib

WUF13-ün rəsmi bayraqqaldırma mərasimi oldu - FOTO

İsmail Demirci məşhur serialda

"Alya"nın toyu olacaq

Prezident Oljas Süleymenovu təbrik etdi

Tomaş Taraba ölkəmizə gəldi - Foto

Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?

YAŞANMIŞ DUYĞULARDAN SÜZÜLÜB GƏLƏN MİSRALAR... - FOTO

“Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib” - Fərzanə Sadiq

DİM gecikənlərin imtana buraxıldığını desə də, onlar təkzib edir - Fotolar

Azərbaycan 12 xalı bu ölkəyə verdi

Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi

İlham Əliyev Esvatini Kralı ilə görüşdü - Fotolar

İranda güclü zəlzələ oldu

HAMAS hərbi qanadının rəhbərinin ölümünü təsdiqləyib

İsrailin Livana zərbələri: son sutkada 18 ölü, 124 yaralı

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO

"Hudutsuz sevda"dan sonra bu seriala çəkilir - FOTO

Duman canlı imiş: alimlər havanı təmizləyən bakteriyalar tapdılar

Azərbaycanda tanınmış idmançının meyiti tapıldı - FOTO

Bakıda WUF13 başlayır

Şantaj olunması xəbərlərinə aydınlıq gətirdi - Fotolar

Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

VAQİF VÜQAR : GƏLDİYİM KİMİDƏ SƏSSİZ GEDƏCƏM - FOTO

Pulla etməməli olduğunuz üç şey - Xalq inancları bu gün də qüvvədədir

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının bir günündə 5 medal qazanıblar

MƏMMƏD QƏDİR : İndi evi könüllərdə tikirəm - FOTO

Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031