
Xəbərlər
16.03.2025, 21:12
RUHUMA İÇİRDİM BULAQ ÖMRÜNÜ, BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
Gözəl şairimiz Ziyadxan Budaqın yaşadığı bir şair ömürü barədə düşüncələrim...
İnsan sosial varlıq olsada, hər şeydən öncə bioloji, duyğusal varlıqdı. Yəni, duyğusu, düşüncəsi olan bir canlıdır. Duyğunun, fizaloji ardıcıllıqla düşüncəyə ötürdüyü isə, dərk etmənin nəticəsi, yaradıcılıqdı. Bu, insan orqanizmində baş verən bioloji bir prosesdi...
Bu yazıda niyyətim heç də insan biologiyasında baş verən proseslərdən danışmaq yox, insan duyğusunun, düşüncəyə ötürdüyü dərk etmənin ortalığa çıxardığı yaradıcılıqdan söz açmaqdır.
Dahi Nizami Gəncəvi deyir ki,
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa nəyə gərək düşüncə.
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa nəyə gərək düşüncə.
Bəli, doğurdan da, insan duyğusunun düşüncəyə ötürdüyü dərkin izahı sözdür. O söz olmasa düşüncəyə ehtiyac qalmır.
Belə bir el hikməti də var ;
Sözlər fikirlərinizin qiyafətləridir.
Düyğunun, düşüncəyə ötürdüyü dərk etmənin izahı olan söz də, elə seçilib deyilməlidir ki, o, onu deyənin qiyafəti olsun.
Başqa bir deyimədə deyilir ki, - "İnsan vardır ki, söylədiyi sözlərlə böyüyər. Söz vardır kı, söylənən insan üzündən böyük görünər".
Bəli, bu gün yaradıcı insan, şair haqqında söz açacağıma görə, Böyük şairimiz Səməd Vurgunun gözəl bir fikiri yadıma düşdü. - "Şairin sözü insan qüvvəsinin sərkərdəsidir". Yəni, Əbu Turxan demiş, - "Sözün şeriyyatı fikirin şeiriyyatına xidmət etməlidir...
Bu səhər fb səhifəsinə gələn kimi, bir xatırlatma qarşıma çıxdı. Gözəl şairimiz, xətrin yaradıcılığı qədər sevdiyim Ziyadxan Budaqla dostluğumuzun bir ili tamam olduğun bildirən xatırlatma gördüm. Bu xatırlatma məni nə qədər təəccübləndirsə də, bir o qədər də, düşüncəmə "yubiley" hədiyyəsi hakim kəsildi. Ona görə təəccübləndim ki, tanışlıq bir il göstərilsədə, elə düşünürdüm ki, biz illər öncədən tanışıq. Dəfələrlə mobil telefon vasitəsilə zəngləşib danışmışıq, müəyyən mövzuda söhbətlərimiz olub. Hətda, yeni çapdan çıxmış kitabından on ədədən çoxun mənim istəyimlə, rəğbəti olduğu "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvləri üçün, yaxın dostu, qələmdaş yoldaşı, Ağsu torpağının gözəl şairlərindən biri, rəhmətlik Mətləb Məmmədoğlu ruhuna ehtiram olaraq pay göndərməsi yaddaşımı silkələdi. Hətda, həmin kitabdan birini Mətləb müəllimin qardaşlarından birinə verdiyim zaman, Ziyadxan müəllimin mənə dediyi, - "Ağsu deyiləndə mən Mətləbi xatırlayıram" - sözləri yadıma düşdü...
Hələ orta məktəb illərimdə, şənbə və bazar günləri evdən rayon mərkəzinə, valideyinlərim məni bazarlığa göndərəndə, bazarı bir 3 - 4 dəfə fırlanırdım ki, evdən tapşırılanların ucuzun tapıb alım ki, artıq qalan pula kitablar alım. Çox zaman da, tanınmış şairlərimizin xatirələrini əks etdirən kitablara üstünlük verərdim. Elə həmin kitabların bir çoxunda, gözəl şairlərimizin həyat və yaradıcılığından bəhs edən maraqlı məlumatları acgözlüklə oxuyardım. İllər sonra, indi də, hansısa şairlərimiz haqqında söz düşəndə, oxuduğum o xatirələr içində şair ömrünə tuş gələn cəfalar yadıma düşür. Bu yazı üçün, Fb-də Ziyadxan qardaşmın səhifəsinə keçib, onun gözəl yaradıcılığından bəhs edən şeirlərdən seçmə edəndə, qarşıma, şairmizin, - "BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM". - şeiri çıxdı. Böyük məmuniyyətlə həmin şeiri götürdüm. Çünki, oxuduqlarımdan, bildiklərindən və gördüklərimdən bilirəm ki, istənilən dövürdə şair ömrü heç də həmişə sevincli olmayıb. Bu ömürün içində ərsiyyə gətirdiyi şeirlərin sevincin yaşamaqdan başqa.
Şair Ziyadxan Budaq da bu ömürün cəfalı yoluna düşüb, duyğu və düşüncəsinin dərki olan ilhamının qanadında,
Bir QAYNAR ilhamın SINAĞI oldum,
Bəlkə də hardasa QINAĞI oldum.
DUYAN ürəklərin QONAĞI oldum,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
Bəlkə də hardasa QINAĞI oldum.
DUYAN ürəklərin QONAĞI oldum,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
- Bəli, şair Ziyadxan Budaq, bir şair ömrünü heç də xələflərindən fərqli yaşamayıb. O, da qaynar ilhamının sınaq yolçuluğunda qınağa da tuş gəlib, onu duyan ürəklərdə, şeirləri ilə qonağ da olub, şair ömrünü yaşayıb.
ÖPDÜM dan yerini BAĞRIMA BASDIM,
SƏHƏRİN nurunu GÖZÜMDƏN ASDIM.
ÜFÜQDƏ yeridim, ŞƏFƏQDƏ azdım,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
ŞİMŞƏKLƏ dil açdım, BULUDLA dindim,
DOLUYA çevrildim, YAĞIŞA döndüm.
GÖYLƏRİN üzündən TORPAĞA endim,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
SƏHƏRİN nurunu GÖZÜMDƏN ASDIM.
ÜFÜQDƏ yeridim, ŞƏFƏQDƏ azdım,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
ŞİMŞƏKLƏ dil açdım, BULUDLA dindim,
DOLUYA çevrildim, YAĞIŞA döndüm.
GÖYLƏRİN üzündən TORPAĞA endim,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
Öpüb dan yerin bağrına basıb, yuxusuzluqdan səhərin nurun gözündən asıb, üfüqə yeriyib, şəfəqdə azıb, şair ömrünü yaşayıb.
İÇİMDƏ ALIŞAN ODA tapındım,
YOLUMA NUR SAÇAN ADA tapındım.
QOHUMA tapındım, YADA tapındım,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
ÜMİDLƏR yolumda MAYAĞA döndü,
GÜMANLAR bərkidi DAYAĞA döndü.
İNAM addım oldu, AYAĞA döndü,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
ZAMANIN NAZINI ÇƏKDİM o ki var,
DƏRDİNİ ÖMRÜMƏ ƏKDİM o ki var.
ATIMIN NALINI TÖKDÜM o ki var,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
ÖMRƏ yaxın tutdum OCAQ ömrünü,
ZİYADXAN ömrünü, BUDAQ ömrünü.
Ruhuma İÇİRDİM BULAQ ömrünü,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
YOLUMA NUR SAÇAN ADA tapındım.
QOHUMA tapındım, YADA tapındım,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
ÜMİDLƏR yolumda MAYAĞA döndü,
GÜMANLAR bərkidi DAYAĞA döndü.
İNAM addım oldu, AYAĞA döndü,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
ZAMANIN NAZINI ÇƏKDİM o ki var,
DƏRDİNİ ÖMRÜMƏ ƏKDİM o ki var.
ATIMIN NALINI TÖKDÜM o ki var,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
ÖMRƏ yaxın tutdum OCAQ ömrünü,
ZİYADXAN ömrünü, BUDAQ ömrünü.
Ruhuma İÇİRDİM BULAQ ömrünü,
BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.
O şair ömrünü acılı, şirinli, sevincli, kədərli yazıb, yaradaraq yaşayıb...
Nədənsə həmişə yaşlı adamın sevgidən hər hansı bir şeirin görəndə məndə qəribə bir hiss oyanır. Tam səmimi etiraf edim ki, bu yaşımda onlarla sevgi şeirlərim yaranıb, çox zamanda nədənsə onu üzə çıxarmaqdan çəkinmişəm. Amma, müəyyən məqamlarda paylaşmışam, düzdü zarafatla rəy yazanda olub. Ancaq bu gün, bu yazı üçün şairmiz Ziyadxan Budaqın səhifəsində mənim kimi yaşlı insanların ürəyindən xəbər verən, -"GEC GƏLƏN SEVGİ"- şeiri diqqətimi cəlb etdi. Oxuduqca, ruhən rahatlandım. Şair qardaşımız doğru olaraq, - "Sevginin nə tezi, nə geci olmaz"-deyə bilir.
Gec gələn xoş gün də ömürdür elə,
Nə fərqi, ləngiyib, gec gəlib bir az.
Bu da bir taledir, axıtma selə,
Sevginin nə tezi, nə geci olmaz.
Nə fərqi, ləngiyib, gec gəlib bir az.
Bu da bir taledir, axıtma selə,
Sevginin nə tezi, nə geci olmaz.
Doğurdan da şair, çox gözəl vurğulayır ki, nə fərqi var, ləngiyib, gec gəlib, bu tale qismətdir. Hər hansı bir xoş gün özü ömürdü. Sevginin geci, tezi olmur.
Tut əlimdən sabaha gedək, keçən boş günlərim dünəndə qoy qalsın, bu yaşda yaşanan saf sevgi heç də səni günaha batırmaz.
Tut mənim əlimdən gedək sabaha,
Boş ötən dünənim dünəndə qalsın.
Ömür bu yaşda da batmaz günaha,
Qoy elə saf eşqim sinəndə qalsın.
Boş ötən dünənim dünəndə qalsın.
Ömür bu yaşda da batmaz günaha,
Qoy elə saf eşqim sinəndə qalsın.
Sevginin insan ruhunda yaratdığı gözəlliyin yaşanması üçün, indi yorulmaq olmaz, dünənin əlindən qaçıb, eşq səmasında şölə saçmaq lazımdı.
Qaçaq dünənimin əlindən, qaçaq,
Daha yorulmağa, bezməyə dəyməz.
Ömrün göylərində bir şölə saçaq,
Bədbin xəyallarda gəzməyə dəyməz.
Daha yorulmağa, bezməyə dəyməz.
Ömrün göylərində bir şölə saçaq,
Bədbin xəyallarda gəzməyə dəyməz.
Ruhumuz bu sevgini bir yaşasa əbədi sevgi izimiz qalacaq. Ruhunda sevgi olanın özünü bir mələk sayan şair, doğru olaraq qoy, - "səsimiz yayılsın küləklər kimi" - deyir.
Ruh olaq, can olaq bir bədəndə biz,
Cüt gəzək, dolanaq mələklər kimi.
Qoy elə əbədi qalsın izimiz,
Səsimiz yayılsın küləklər kimi.
Cüt gəzək, dolanaq mələklər kimi.
Qoy elə əbədi qalsın izimiz,
Səsimiz yayılsın küləklər kimi.
"Bir əlçim bulud da gərəkli olur" - sevgi yaşamaq üçün. Çünki, sevgi yaşayan ömrünün- "alqışı həmişə sürəkli olur".
Demə nə meydanı bu qalan ömrün,
Bir əlçim bulud da gərəkli olur.
Sevgi dünyasında səs salan ömrün
Alqışı həmişə sürəkli olur.
Bir əlçim bulud da gərəkli olur.
Sevgi dünyasında səs salan ömrün
Alqışı həmişə sürəkli olur.
Şair Ziyadxan Budaq yaradıcılığının gözəlliyinin biri də odur ki, duyğudan süzülüb düşüncəyə hopan dərkin gözəl ifadəsi var. Necə ki, 1800 - cü ildə yaşamış Britaniya dövlət xadimi, şair, nasir Tomas Makoyev deyir ki, - "Fikirin aydınlığı ilə ifadənin aydınlığı bir yerdə olur." Həqiqətən də Ziyadxan Budaq bütün yaradıcılığı boyu fikirin gözəl ifadə edib.
Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay