Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli dövlət xadimi, dramaturq, Xalq yazıçısı Elçin Əfəndiyevin anadan olmasının 83 illiyinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, KİV və
ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşadan öncə əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə çıxış edərək görkəmli yazıçının Azərbaycanın ictimai-siyasi həyatında, milli mədəniyyəti və ədəbiyyatında əvəzsiz xidmətlərindən bəhs edib. Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin ənənələrini davam etdirən Elçinin müxtəlif illərdə yazdığı əsərlərin həm yerli, həm də ölkə xaricində teatrlarda uğurlu nümayişlərindən danışaraq onun bütün dövrlərdə yaşadığını qeyd edib: "90-cı illərdə onun yazdığı trilogiya "Ah, Paris, Paris", "Mənim ərim dəlidir", "Diaqnoz D" möhtəşəm komediyalar idi. Elçinin komediyalarındakı gülüş dramaturgiyanın inkişafına yol açmışdı. Azərbaycan dramaturgiyası tamamilə yeni mərhələyə qədəm qoydu".

Görkəmli yazıçının bir sıra tamaşalarına quruluş verən rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Elçinin milli teatr prosesində əvəzsiz xidmətlərindən danışaraq, müəlliflə son yaradıcılıq işləri olan "Baş" tamaşasının ərsəyə gəlməsindən bəhs edib.

Nümayiş olunan "Baş" tamaşasının quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

Tamaşada Xalq artistləri Rafiq Əzimov (Molla Müzəffər ağa), Hacı İsmayılov (Münşi Məşədi Həsənağa), Kazım Abdullayev (Hüseynqulu xan), Əməkdar artistlər Füzuli Hüseynov (Knyaz Sisianov), Vəfa Rzayeva (Çariça Mariya), Elnar Qarayev (Mahmud bəy), Anar Heybətov (Dilmanc Şərif bəy), Rövşən Kərimduxt (Fətəli şah), Kazım Həsənquliyev, (Hacı Muxtar), Elxan Quliyev (Həmdulla), Elşən Rüstəmov (İvan Petroviç Lazarev), Mətləb Abdullayev (Polkovnik fon Qrenfald), Ayşad Məmmədov (Mirzə Məhəmməd Əkbari), aktyorlar Elçin Əfəndi (Cavad xan), Rüstəm Rüstəmov (İbrahim xan), Cümşüd Zeynalov (Xacə Əbdül Rəhman), Cavidan Novruz (Qurd Kərim), Tural İbrahimov (Abbas Mirzə), Nəzrin Abdullayeva (Sarı Çoban qızı), Günəş Təkin (Ağabəyim ağa), Vüsal Mustafayev (Vaxtanq Potsixaşvili), Lalə Süleymanova (Markiza Natalya de Lafonje), Ləman İmanova (Hürü bəyim), Elsevər Rəhimov (Podpolkovnik Eristov), Elçin Nurəliyev (Podpolkovnik Pavlov), Əliulla Vəliyev
(Mayor Lisaneviç), Kənan Hüseynov (Sarı Çoban), Muhuma Sahov (Leşgərnevis Rza), Rəvan Səmədov (Çapar), Rüfət Əhmədov (Əmir Həmzə) çıxış edib.
"Baş" XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və
bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Sisianovun başının "səyahəti" geniş bir coğrafiyada - Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir.
Qeyd edilməlidir ki, yazıçının "Baş" romanı rus, ingilis, türk, ukrayna, italyan, rumın, ərəb, alman dillərinə tərcümə edilmiş, dünyanın müxtəlif ölkələrində nəşr olunmuşdur.
"Baş" tamaşasının premyerası 26 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Turaztv.az

Məqaləyə dair fotomateriallar:

















Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930