Xəbərlər
16.05.2026, 23:32
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının bir günündə 5 medal qazanıblar
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır.
Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqramda medalçılar müəyyənləşib. Millimizin 5 üzvü fəxri kürsüyə qalxıb.
Hüseyn Rzazadə (48 kiloqram) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb. Rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çempionu olub.
Abbas Şəfiyev (55 kiloqram) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabı ilə üstələyərək bürünc medalı boynundan asıb. Rəşid Nazarov (65 kiloqram) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medalla kifayətlənib.
Nihad Süleymanlı (80 kiloqram) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hakim Tağıyev (110 kiloqram) isə bürünc medal görüşündə belaruslu Daniil Jivuladan güclü olub – 3:1.
Bu gün, həmçinin 45, 51, 60, 71 və 92 kiloqramda finalçılar müəyyənləşib.
Tunar Həsənov (45 kiloqram) gürcüstanlı Mkrtiç Canamyanı (3:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı Marko Kvasniuka (0:2) məğlub olub. Tunar sabah bürünc medal uğrunda türkiyəli Buğra Eldemirlə güləşəcək.
İbrahim Həsənov (51 kiloqram) ukraynalı Boqdan Kazakov (10:0), rusiyalı Xalid Sonqurbekov (12:0) və belaruslu Yanis Şapartauya (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. İbrahim həlledici görüşdə türkiyəli Muhammed Gölhayla üz-üzə gələcək.
Vahid Məmmədov (60 kiloqram) ispaniyalı Samvel Qorqyana tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda polşalı Vitold Pavlikə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Tunar Quliyev (71 kiloqram) debütdə ermənistanlı Avetik Tutxalyana (2:15) uduzub.
Elgün Kərimli (92 kiloqram) ermənistanlı Artur Mkrtçyana (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Abdurazak Şabanovla bacarmayıb – 4:15. Elgün sabah təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay