
Xəbərlər
17.05.2026, 00:02
VAQİF VÜQAR : GƏLDİYİM KİMİDƏ SƏSSİZ GEDƏCƏM - FOTO
Yavaş,oyanmasın mürgülü dağlar
Bu çöldən, meşədən keçim ehmalca.
Yolum üstə əl eləyən budaq var,
Durub qənşərimdə qaya qos-qoca.
Çəkilib özümə ağladıqca mən,
Bir kimsə eşitməz,bir kimsə görməz
Gəldiyim kimidə səssiz gedəcəm.
Sürünür göylərin dərinliyinə,
Eh,bulud qayğısız,duman qayğısız.
Yaşıl çəmənləri geyib əyninə
Çalır tütəyini çoban qayğısız.
Gah açır,gah solur çiçəklər dən-dən
Baharın üstünə cumur kəpənək,
Gəldiyim kimidə səssiz gedəcəm.
Olub,olmasam da pozulmayacaq
Göylərin ahəngi, yerin ahəngi.
Mənim adımda yüzü doğulacaq
Ehey, zalım oğlu kim biləcək ki,
Dodağımda gülüş gətirməyəcəm.
Sevdiyim hər şeyə vida söyləyib,
Gəldiyim kimidə səssiz gedəcəm...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












