
Xəbərlər
3.08.2023, 00:47
BU YOXUŞUN
BU YOXUŞUN
Tale yazan, ömür yazan, bəxt yazan,
Olmamışdi keçdiyim yol, çox asan.
Dönüb bu yollarda oldum bir ozan,
Söz mülkündə söz-söz olub, bitəcəm,
Sonunacan bu yoxuşun gedəcəm.
Arxalanıb dost-tanışa, ərk etdim,
Saxtalığı dar zamanda dərk etdim.
Əhdi pozub, dostluğumu tərk etdim
Namərdlərin yanından düz ötəcəm,
Sonunacan bu yoxuşun gedəcəm.
Bu dünyanın yalanından uzağam,
Könlü-gözü tox olmuşam, üz ağam.
Əyri qulum xislətində, düz ağam.
Ölüm desə mərdlər üçün, edəcəm,
Sonunacan bu yoxuşun gedəcəm.
Şirin nədir, acı nədir seçmişəm,
Yaman nədir, yaxşı nədir keçmişəm
Ayrılığın şərbətini içmişəm,
Gedib, gedib bir ğün gözdən itəcəm
Sonunacan bu yoxuşun gedəcəm.
Kol-kos dolu, yolu qoyub iz verib,
Var-dövləti yox yerindən az verib,
Sirr-sehirli Tanrım mənə söz verib,
Püstə deyir zirvələrə yetəcəm,
Sonunacan bu yoxuşu gedəcəm.
Olmamışdi keçdiyim yol, çox asan.
Dönüb bu yollarda oldum bir ozan,
Söz mülkündə söz-söz olub, bitəcəm,
Sonunacan bu yoxuşun gedəcəm.
Arxalanıb dost-tanışa, ərk etdim,
Saxtalığı dar zamanda dərk etdim.
Əhdi pozub, dostluğumu tərk etdim
Namərdlərin yanından düz ötəcəm,
Sonunacan bu yoxuşun gedəcəm.
Bu dünyanın yalanından uzağam,
Könlü-gözü tox olmuşam, üz ağam.
Əyri qulum xislətində, düz ağam.
Ölüm desə mərdlər üçün, edəcəm,
Sonunacan bu yoxuşun gedəcəm.
Şirin nədir, acı nədir seçmişəm,
Yaman nədir, yaxşı nədir keçmişəm
Ayrılığın şərbətini içmişəm,
Gedib, gedib bir ğün gözdən itəcəm
Sonunacan bu yoxuşun gedəcəm.
Kol-kos dolu, yolu qoyub iz verib,
Var-dövləti yox yerindən az verib,
Sirr-sehirli Tanrım mənə söz verib,
Püstə deyir zirvələrə yetəcəm,
Sonunacan bu yoxuşu gedəcəm.
PÜSTƏ RƏVAN
AYB-nin,AJB-nin üzvü
Şair publisist
Şair publisist
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





