Xəbərlər
11.10.2026, 01:18
Noyerin səhvi tarixi qolla nəticələndi
Almaniya Bundesliqasının 5-ci turunda keçirilən “Auqsburq” – “Bavariya” matçında tarixi rekord qeydə alınıb.
"Unikal" xəbər verir ki, meydan sahibləri oyunun 6-cı saniyəsində hesabı açıblar. Bu, Bundesliqa tarixinin ən erkən qolu olub.
Qol “Bavariya”nın qapıçısı Manuel Noyerin kobud səhvindən sonra vurulub. Komanda yoldaşından ötürmə alan təcrübəli qolkiper topu düzgün qəbul edə bilməyib.
Ardınca topu uzaqlaşdırmaq istəyərkən onu rəqib futbolçuya vurub. Yaranmış vəziyyətdən istifadə edən Robin Fellhauer boş qapını dəqiq nişan alıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


