Bundesliqa: “Bavariya” zəif rəqib üzərində çətin qələbə qazanıb - FOTO
“Bavariya” Bundesliqanın 20-ci turunda 17-ci sırada qərarlaşan “Holştayn Kiel”i qəbul edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə münxenlilər zəif rəqib qarşısında çətin qələbə qazanıblar – 4:3. Camal Musialanın 19-cu dəqiqədə hesabı açdığı qarşılaşmada Harri Keyn dubl edib. İngilis futbolçu ilk hissənin sonuncu (45+2) və ikinci hissənin ilk dəqiqələrində (46) rəqib qapısına yol tapıb. “Bavariya”nın dördüncü qolunu 54-cü dəqiqədə Sergi Qnabri vurub. Matçın 62-ci dəqiqəsində Finn-Dominik Poratın sayəsində bu qollardan birini əvəzini çıxan qonaqların heyətində Steven Skribski görüşün əsas vaxtına əlavə olunmuş hissədə daha iki qol vuraraq (90+1 və 90+3) hesab arasındakı fərqi minimuma endirib.

Beləliklə, görüşdə 4:3 hesabı ilə qalib gələn “Bavariya” ardıcıl altıncı qələbəsini qazanaraq xallarının sayını 51-ə çatdırıb. “Holştayn Kiel” isə 12 xalla 17-ci sırada qərarlaşıb.

Turun gün ərzində oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Ştutqart” - “Borussiya Münxenqladbax” – 1:2;

“Haydenhaym” – “Borussiya Dortmund” – 1:2;

“Boxum” – “Frayburq” – 0:1;

“St Pauli” – “Auqsburq” – 1:1;

“Union Berlin” – “Leyptsiq” – 0:0.

Xatırladaq ki, turun açılış matçında “Verder Bremen” doğma meydanda “Maynts” üzərində minimal hesablı qələbə qazanıb – 0:1.

Tura bazar günü oynanılacaq “Ayntraxt Frankfurt” – “Volfsburq” və “Bayer Leverkuzen” – “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq.
Bundesliqa: “Bavariya” zəif rəqib üzərində çətin qələbə qazanıb - FOTO

Son xəbərlər

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

İnsan ömrünün son həddi bəlli oldu - Alimdən diqqətçəkən açıqlama

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031