Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Nazbikə xanım

Salam dostlar.
Hicab ana və bacılarımızın abır həyasıdı.
HİCAB

Hicab abır həyamızdı,
Dəyər kökümüzdən gəlir.
Xoş günümüz, həyatmızdı,
Ağlımız dərkmizdən gəlir.

Çox getməyin çox dərinə,
Toxunmayın qız gəlinə.
Nə oğluna nə ərinə,
Ağlımız hökmmüzdən gəlir.

Müsəlmanıq sünni, şiyə-
"Vahab" mat qalar, bu işə.
Kim qaynaya, kimsə bişə?
Ağlımız diləkdən gəlir.

Müqəddəs kitabmız "Quran",
Peyğəmbərmiz hökmlə vuran.
Yazıq millət sakit duran,
Ağlımız küləkdən gəlir.

Bağçada bar olasınız,
Sevincə yar olasınız.
Əli Vahid, var olasınız,
Ağlımız ürəkdən gəlir.
Ağlımız ürəkdən gəlir.

10.10.26

YAZILAN ÖMRÜMÜ YAŞAYIRAM

Tutmuşam üzümü dağlara sarı,
Başıma yağıbdı qocalığ qarı.
Artıq istəmirəm dövləti, varı,
Qocalığ ömrümü yaşayıram mən.

Uşaqlığım keçib aranda, dağda,
Cavanlığım güllü bağçada, bağda.
İndi yetişmiş meyvəyəm budağda,
Qocalığ ömrümü yaşayıram mən.

Xeyli vaxtdı yaşım keçib yetmişi,
Sevmirəm qızılı, nə də gümüşü.
Unuda bilmirəm ötən keçmişi,
Qocalığ ömrümü yaşayıram mən.

Əli Vahid, şükür eylə bu çağa,
İndi nə nökər lazımdı, nə ağa.
Hərdən dönüb baxıram sola, sağa,
Yazılan ömrümü yaşayıram mən.
Qocalığ yükümü daşıyıram mən.

09.06.26

BU DÜNYA

İnsan elə bilir əqli kəsəndə,
Hardasa bizlərə paydı bu dünya.
Göydəki günəşdi, aydı, ulduzdu,
Yerdəki ümmandı çaydı bu dünya.

Kiminin bağında bəhərdi, bardı,
Kiminə genişdi, kiminə dardı,
Kiminə əbədi şaxtadı, qardı,
Kiminə bahardı, yaydı bu dünya.

Min cür karvan gəldi, min cür var gəldi.
Bülbülü qovuldu bağa sar gəldi.
Neçə cəllad gəldi, hökümdar gəldi,
Ancaq saydığını saydı bu dünya.

Kimi ömrü boyu yasa bələndi,
Kiminin başına güllər ələndi,
Kim zindanda öldü, kim güllələndi--
Kiminə şadlığdı, toydu bu dünya.

Odur ki, yerində ağlayın, gülün-
Zəhər var altında hər yağlı dilin.
Çaylıyam, deyirəm bir yolluq bilin,
Çürük qarpız kimi, zaydı bu dünya.

07.10.26.

EŞİTSİN ŞİRVANLILAR

Şamaxlıyam, şamım var,
Şöhrətim var, şanım var.
Yurda bağlı canım var,
Eşitsin Şirvanlılar.

Yanan odla yarıyam,
Zirvələrin qarıyam.
Yönü yurda sarıyam,
Eşitsin Şirvanlılar.

Məkkəm, Mədinəm sənsən,
Ulu Məbədim sənsən.
Deyirəmki, biləsən,
Eşitsin Şirvanlılar.

Öyrət bizə sevməyi,
Şirin-şirin gülməyi.
Əsirgəmə köməyi,
Eşitsin Şirvanlılar.

Şirvan haqqın ocağı,
Çıraqqala çirağı.
Müqəddəsdi torpağı,
Eşitsin Şirvanlılar.

Dərdin dərd çarasıyam,
Yurdun bir parçasıyam.
Ol Çaylı balasıyam,
Eşitsin Şirvanlılar.
Eşitsin Şirvanlılar.


Son xəbərlər

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

İnsan ömrünün son həddi bəlli oldu - Alimdən diqqətçəkən açıqlama

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031