Mədəniyyət xalqları birləşdirən körpüdür. Qarşılıqlı mədəni tanışlıq siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün də zəmin yaradır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi söyləyib. “Baku Tango Marathon 2026” proqramının ikinci günündə iştirak edən diplomat Azərbaycan və Argentina xalqları arasında oxşar cəhətlərdən danışaraq insanların səmimiyyətini və istiqanlılığını xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycana gəldikdə ilk hiss etdiyi məhz insanların argentinalılara bənzəyən bu xüsusiyyətləri olub.

Səfir azərbaycanlı musiqiçilərin Argentina tanqosunu ifa etmələrini iki ölkənin mədəniyyətləri arasında yaxınlığın gözəl nümunəsi kimi qiymətləndirib: “Azərbaycanlı sənətçilərin tarda Pyatsollanın əsərlərini ifa etmələri ilə bağlı çox gözəl təcrübəmiz olub. Azərbaycanın milli musiqi alətində Argentina musiqisini dinləmək möhtəşəm idi”.

Belə görüşlərin xalqların yaxınlaşmasındakı roluna toxunan diplomat mədəniyyətin başqa bir ölkənin həyatını, insanların xüsusiyyətlərini və adət-ənənələrini tanımağa imkan verdiyini qeyd edib.

“Mən həmişə deyirəm ki, mədəniyyət xalqları birləşdirən körpüdür. Bu körpü vasitəsilə iki xalq arasında yaranan yaxınlıq sonradan siyasi, iqtisadi və ticarət sahələrində əlaqələrin inkişafına yol açır. Hər şey bir-birimizi tanımaqdan başlayır. Buna görə də hesab edirəm ki, səfirliyin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri qarşılıqlı mədəni tanışlığın təməlini qoymaqdır”, – deyə səfir bildirib.

Argentina mədəniyyətinin Azərbaycanda təqdim etmək istədiyi digər sahələrindən danışan diplomat kino sənətini xüsusi qeyd edib. Onun sözlərinə görə, kino başqa bir ölkədə gündəlik həyatın necə olduğunu görmək üçün bir pəncərədir.

Səfir, həmçinin argentinalı sənətkar Marta Minuxinin yaradıcılığını Azərbaycan ictimaiyyətinə təqdim etmək arzusunu ifadə edib. O, Buenos-Ayres Latın Amerikası İncəsənəti Muzeyinin kolleksiyasından əsərlərin Heydər Əliyev Mərkəzində nümayişini də görmək istədiyini bildirib. Diplomat muzeyin zəngin Latın Amerikası incəsənəti kolleksiyasına malik olduğunu və müxtəlif ölkələrdə sərgilər təşkil etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 10-da marafon çərçivəsində müxtəlif ölkələrdən gələn rəqqaslar və tanqo həvəskarları növbəti rəqs gecəsində bir araya gəliblər. Argentina tanqosunun musiqi sədaları altında cütlüklərin rəqsləri gecəyə xüsusi ab-hava bəxş edib.

Argentinanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən marafon oktyabrın 12-dək davam edəcək.

Son xəbərlər

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

İnsan ömrünün son həddi bəlli oldu - Alimdən diqqətçəkən açıqlama

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Qədim Məhəmmədov vəfat edib

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

MƏKTƏBLİ FORMASI, YOXSA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏT?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031