Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücülərə müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə BDYPİ-dən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər:

"Yaş yol örtüyü isə nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir. Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən, sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir. Hazırda yağışlı hava ilə müşahidə olunan həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edir. Sürücülər sürət həddini yol və görünüş şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsini saxlamalı, texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamalı, ötmə və manevr zamanı, eləcə də dayanma və durma yerlərini seçərkən təhlükəsizlik tələblərinə ciddi əməl etməlidirlər.

Yollarda diqqətli və məsuliyyətli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri müraciətdə qeyd olunan tövsiyələrə ciddi yanaşmağa, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq hərəkət etməyə çağırır".

Son xəbərlər

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Qədim Məhəmmədov vəfat edib

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

MƏKTƏBLİ FORMASI, YOXSA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏT?

DYP sürücülərə müraciət edib

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

5 boksçumuz Avropa çempionatının finalına yüksəlib

Ay bərəkallah, bu gözəl niyyətə!..

ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb

Buraxma, heç vaxt..- FOTO

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gündən Azərbaycanda ov mövsümü açılıb

Masazırda 4 avtomobil yanıb

Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib

Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı

Zəlzələdən sonra məktəblər bağlandı

Gəncədə yaşayış evində meyit aşkarlanıb

Tramp və Putin arasında telefon danışığı olub: Rusiya ABŞ-a 3 milyon tondan çox dizel yanacağı tədarük edəcək

Özgüdən sonra o da serialdan imtina etdi - FOTO

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

ÜRƏYİMİN SƏSİ

BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...

GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO

Azərbaycanla münasibətləri korlamağa çalışan media vasitələrinə Türkiyədən sərt cavab

“Doğanın kanunu”ndan sonra bu seriala çəkiləcək

Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031