
Xəbərlər
6.03.2026, 16:18
SEVİNC YUNUSLU : Mənim tək ağlada bilməzsən heç kimi - FOTO
Səni kimsə mənim tək görməz
Kimsə sevməz mənim tək.
Bədənindən ruhunadək
söz- söz, şeir- şeir
bir də kimsə əzbərləməz..
Kimsə səni bilməz mənim tək
Mənim tək kimsə toxunmaz..
Dodaqlarına yazdıqlarım
Umm-el əlifbasıdır
heç yerdə heç vaxt oxunmaz..
Mənim tək
kimsə gözlərini tutmaz sevişəndə..
Kimsə səni qoxlamaz..
Qoxuna vurulmaz..
Ürəyimin döyüntüsünü
Sənin tək kimsə yoxlamaz..
İnsanlar kordur,
kardır..laldır..
Mən səni çox sevmişəm,
Gəl, bu qanmaz adamları gücün çatır inandır..
Mənim tək ağlada bilməzsən heç kimi,
Axı hər qadın
heç gözəl də ağlamaz..
Kimsə sevməz mənim tək.
Bədənindən ruhunadək
söz- söz, şeir- şeir
bir də kimsə əzbərləməz..
Kimsə səni bilməz mənim tək
Mənim tək kimsə toxunmaz..
Dodaqlarına yazdıqlarım
Umm-el əlifbasıdır
heç yerdə heç vaxt oxunmaz..
Mənim tək
kimsə gözlərini tutmaz sevişəndə..
Kimsə səni qoxlamaz..
Qoxuna vurulmaz..
Ürəyimin döyüntüsünü
Sənin tək kimsə yoxlamaz..
İnsanlar kordur,
kardır..laldır..
Mən səni çox sevmişəm,
Gəl, bu qanmaz adamları gücün çatır inandır..
Mənim tək ağlada bilməzsən heç kimi,
Axı hər qadın
heç gözəl də ağlamaz..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














