Üç ev tikdim, birisində qalmadım,
Elə bildim bundan gözəl çağ olmaz.
Heç birində məsud, xoşbəxt olmadım,
Sevgi yoxsa ürək xəstə,- sağalmaz.

Nəyi varsa yuklədilər çəkincə,
Təpik vurub qovladılar çöküncə,
Haqq dedilər, könül tik ev tikincə,
Könül sevənlər üzünə ağ olmaz.

Ağ olunca qara bağrım yarıldı,
Ayım batdı, gün üzümə qaraldı,
Baxılmadı, fidanlarım saraldı,
Bağban yoxsa min ağacdan bağ olmaz.

Bağ itirən bağban çətin kiriyər,
Nə ölüyə bənzəyər nə diriyə,
Gecə gündüz damcı- damcı əriyər,
Dərdəcərin ürəyində yağ olmaz.

Əzablarım ilan kimi qıvrıldı,
Cavan canım dərd sacında qovruldu,
Odum bitdi, külüm göyə sovruldu,
Doğru imiş, kül təpəcik dağ olmaz.

Gec anladım, naşükürdü bəndələr,
Həyatını xeyir işə bənd elə,
Ürəyini yurda çevir, kənd elə,
El yolunda can qoymayan sağ olmaz.

Köhnə getdi, təzə Məmməd əkirəm,
Ev dərdi yox, el dərdini çəkirəm,
İndi evi könüllərdə tikirəm,
İllər ötsə, zaman keçsə dağılmaz.

Son xəbərlər

İranda güclü zəlzələ oldu

HAMAS hərbi qanadının rəhbərinin ölümünü təsdiqləyib

İsrailin Livana zərbələri: son sutkada 18 ölü, 124 yaralı

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO

"Hudutsuz sevda"dan sonra bu seriala çəkilir - FOTO

Duman canlı imiş: alimlər havanı təmizləyən bakteriyalar tapdılar

Azərbaycanda tanınmış idmançının meyiti tapıldı - FOTO

Bakıda WUF13 başlayır

Şantaj olunması xəbərlərinə aydınlıq gətirdi - Fotolar

Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

VAQİF VÜQAR : GƏLDİYİM KİMİDƏ SƏSSİZ GEDƏCƏM - FOTO

Pulla etməməli olduğunuz üç şey - Xalq inancları bu gün də qüvvədədir

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının bir günündə 5 medal qazanıblar

MƏMMƏD QƏDİR : İndi evi könüllərdə tikirəm - FOTO

Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı

Azərbaycandan olan səsləri o açıqlayacaq

Türkiyəli məşhur cütlük boşandı

"Nə düşünürlər heç vecimə də deyil" - Xatirə İslam

10 uşaqlı ailə də Xocalıya köçdü - Fotolar

Onlar da boşandı - FOTOLAR

"Mançester Siti" İngiltərə Kubokuna sahib çıxıb

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ

WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib

Sabah bəzi ərazilərə dolu düşəcək, dağlara qar yağacaq - PROQNOZ

Cabir İmanovun özünə bənzəyən oğlu... - Foto

Təbiət niyə insanı daha xoşbəxt edir? - ARAŞDIRMA

Sənubər Səhər : Hamı ağıllıdır?

Evi ipoteka ilə alıblar, kommunal ödənişləri belə arvadı verir

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031