Xəbərlər
17.05.2026, 00:17
Şantaj olunması xəbərlərinə aydınlıq gətirdi - Fotolar
Türkiyəli məşhur müğənni Kenan Doğulu şantaj iddiaları ilə bağlı ilk dəfə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, sənətçinin telefonuna “Hotel görüntüləriniz əlimizdədir. Göndərdiyimiz hesaba 300 min dollar köçürməsəniz, nəticələrinə qatlanacaqsınız”, -deyə mesaj göndərilib.
İddialardan sonra səssizliyini pozan Kenan Doğulu məsələ ilə bağlı sosial media hesabında paylaşım edib. Müğənni bildirib ki, hadisə təxminən bir il əvvəl baş verib və məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət edib:
“Təxminən bir il əvvəl mənə göndərilən mesajdan sonra aidiyyəti qurumlara rəsmi müraciət etmişdim. Mesajı göndərən şəxs təqdim etdiyim məlumatlara baxmayaraq müəyyən edilə bilmədiyi üçün işə xitam verilib. Yaxınlarımın və sevənlərimin narahat olacağı hər hansı vəziyyət yoxdur”.
Qeyd edək ki, müğənninin şantaj edilməsi ilə bağlı xəbərlər bu gün türk KİV-də geniş müzakirə olunub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay