Gələn gedər bu dünyadan  - FOTO
Gələn gedər bu dünyadan

Allahın salamı olsun sizlərə,
A dostlar, cüməniz mübarək olsun.
Rəbbimə yalvaraq dua eyləyək,
Qəlbimiz sevinlə, fərəhlə dolsun.

Allaha məxsusdur bütün kainat,
Canlı da, cansız da yaradanındır.
İnsan göstərməsin, zülm, ya inad,
Hər kəs haqqa doğru bir sıradandır.

Ağlaya - ağlaya doğulur insan,
Qaranlıq dünyadan köçmək istəmir.
Böyüyür, həyatı dərk edir asan,
Bir anlıq dünyadan köçmək istəmir.

Birimiz dünyasın tərk edən zaman,
Doğmalar ağlayır, şivən qoparır.
Doğulanda nədən ağlayır insan?
Rəbbim dərgahına bizi aparır.

İnsan bu dünyada rəhimli olsa,
O dünyada heç vaxt qəlbi sıxılmaz.
İnsan səxavətli, fəhimli olsa,
Cənnət körpüsündən heç vaxt yıxılmaz.

Hər kəs dönəcəkdir haqq dünyasına ,
Var- dövlət hərisi olmasın insan,
Qulaq as ananın sən laylasına,
Qazan el - obada şan - şöhrət, ad - san.

Bərzəx aləmindən bilməz hər adam,
Rəbbimi dərk elə, ayıl röyadan.
Allahı danana düşmənəm, yadam ,
Rauf, gələn gedər bir vaxt dünyadan.


Rauf İlyasoğlu .
09 Fevral 2024 - cü il

Gələn gedər bu dünyadan  - FOTO

Son xəbərlər

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930