20 sentyabr-Neftçilər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı “Balakhani Operating Company LTD” (BOC) hasilat şirkətinin bir qrup fərqlənən neftçisini mükafatlandırıb.

“İki sahil” xəbər verir ki, şirkətin Sabunçu rayonunda yerləşən baş qərargahında keçirilən bayram tədbirində YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov təltifləri BOC prezidenti Rövşən Rzayev və Milli Məclisin deputatı, siyasi elmlər doktoru Vüqar Rəhimzadə ilə birgə təqdim ediblər.

Toplantıda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də peşə borclarını yerinə yetirərkən həlak olan neftçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Neftçiləri təbrik edən hakim partiyanın rəsmiləri vurğulayıblar ki, müstəqil və suveren Azərbaycanın imza atdığı bütün uğurların arxasında onun strateji şəkildə qurulmuş iqtisadi siyasəti dayanır. 20 sentyabr tarixinin yaxın keçmişimizin şanlı səhifələrini əks etdirərək “Neftçilər Günü” ilə yanaşı “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi də Azərbaycanın siyasi və iqtisadi xəttinin birgə yüksəlişinin rəmzidir. Çünki məhz Ümummilli lider Heydər Əliyevin uzaqgörən təşəbbüsü, “Əsrin Müqaviləsi” ilə başlayan iqtisadi dirçəliş prosesi Azərbaycanın siyasi-iqtisadi və sosial baxımdan güclənməsinə səbəb oldu, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunu mümkün edərək Vətənimizə parlaq zəfər gətirdi.

Bu fikrin davamı olaraq BOC prezidenti Rövşən Rzayev qeyd edib ki, neftçilər strateji sahədə çalışdıqlarını anlayaraq işlərinə daim məsuliyyətlə yanaşırlar. O, əlavə edib: “Məsuliyyətə şərəf hissi də qatanda- başa düşəndə ki, bizim çıxardığımız hər ton neft dövlət büdcəsinə əlavə gəlirdir, oradan isə- daha yaxşı məktəblər, daha müasir müəssisələr, daha sürətlə bərpa olunan azad Qarabağımız və neçə-neçə Azərbaycanın daha böyük zəfəri deməkdir...işə gələndə keçirdiyimiz günlər böyük məna ilə dolur”.

Tədbirdə tarixi Balaxanı mədənlərinə həsr edilmiş “Od və Günəş” sənədli filmindən parçalar da nümayiş etdirilib.






Son xəbərlər

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

“Şamaxı” “Araz-Naxçıvan”a, “Kəpəz” “Sumqayıt”a qarşı

İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü

Rafinya “Barselona”nın mövsümün ilk 8 oyununda qol sayına görə rekordunu yeniləyib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

"Putinlə görüşəcəm və bunları həll edəcəm" - Paşinyan

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

YAXŞI Kİ VARSAN...

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

Mahaçqala hava limanında məhdudiyyətlər

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi

Həsənxan Əsədov : Gəlin xalqımızın belə övladlarının dəyərin bilək və qiymətləndirək... - FOTO

Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.

61 yaşlı Monika Belluççi görənləri şoka saldı - Foto

Ərdoğan ABŞ-yə səfər edəcək

Rauf İLYASOĞLU : 10 manatın da əvvəlki 10 manat olmadığı bir zamanda pensiyaçı necə yaşasın?

Saatı bir ev qiymətinədir

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930