Turaztv.az » Xəbərlər » Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq
Xəbərlər

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

20.09.2026, 03:56 2
NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib ki, alyans şərq cinahında potensial münaqişəyə hazırdır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, admiral bu barədə Kopenhagendə keçirdiyi mətbuat konfransında bildirib.

"Şərq cinahı üçün 4000 səhifəlik planımız var. İttifaq hazırdır, struktur hazırdır, ordu, sistem, silahlar hazırdır", - deyə o qeyd edib.

O, həmçinin bunların çəkindirici tədbirlər olduğunu bildirib.

Xatırladaq ki, admiral Cüzeppe Kavo Draqoneni NATO Hərbi Komitəsinin sədri vəzifəsində alman general Karsten Breuer əvəzləyəcək. O komitəyə gələn ilin yanvarından rəhbərlik edəcək.

Oxşar xəbərlər