Xəbərlər
20.09.2026, 13:15
Adilə Aslanova : TÖKÜLÜM - FOTO
Yenə elə dolub, elə daşmışam,
Bircə himə bəndəm, yağıb tökülüm.
Olanı-olmazı doğrayıb, biçib,
Yaşımı-qurumu oğub tökülüm.
Bu nə payızlıqdı, nə də ki qışlıq,
Nə dərə, nə təpə, nə də yoxuşluq.
Elə leysanlığam, elə yağışlıq,
Nə yeri, nə göyü sağıb tökülüm.
Görünmür gözümə nə şimal, cənub,
Qarışıq qütblərim üz-üzə durub.
Bu zalım suallar içimi yorub,
Tutub qucaq-qucaq yığıb tökülüm.
Zaman bəxt üstündə oturan deyil!
Güman tapmacadır, ötürən deyil!
Gözləmə, səninki gətirən deyil!
Qoy qara qutuya sığım, tökülüm.

Bircə himə bəndəm, yağıb tökülüm.
Olanı-olmazı doğrayıb, biçib,
Yaşımı-qurumu oğub tökülüm.
Bu nə payızlıqdı, nə də ki qışlıq,
Nə dərə, nə təpə, nə də yoxuşluq.
Elə leysanlığam, elə yağışlıq,
Nə yeri, nə göyü sağıb tökülüm.
Görünmür gözümə nə şimal, cənub,
Qarışıq qütblərim üz-üzə durub.
Bu zalım suallar içimi yorub,
Tutub qucaq-qucaq yığıb tökülüm.
Zaman bəxt üstündə oturan deyil!
Güman tapmacadır, ötürən deyil!
Gözləmə, səninki gətirən deyil!
Qoy qara qutuya sığım, tökülüm.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

