Turaztv.az » Xəbərlər » Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü
Xəbərlər

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü

20.09.2026, 10:54 3
20 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər