Xəbərlər
20.09.2026, 00:03
Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Qoy təkansız gəlsin özü.
Xırda söhbət – qəlbin gözü,
Qulaq as ki, öyrənəsən.
Toyda, şəndə səbirli ol,
Dinənlərə qatlama qol.
Yaxşılardan çək başa yol,
Qulaq as ki, öyrənəsən.
Alim heç kəs doğulmur ki,
Deyənlərdən götür, bərki.
Yığ qabına, versin çəki,
Qulaq as ki, öyrənəsən.
Yavaş-yavaş, iki-iki,
Qalx yoxuşu, adda diki.
Pis ağızdan udma çirki,
Qulaq as ki, öyrənəsən.
Təklifimi qəbul elə,
Müdrikliyin düşər dilə.
Qıyma, Afiq tez kiçilə,
Qulaq as ki, öyrənəsən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

