Dünən Sumqayıt şəhərində avtobusun vurması nəticəsində dörd yaşlı uşağın həyatını itirməsi hər birimizi dərindən sarsıdan ağır hadisədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, dörd yaşlı uşağın həyatını itirməsi yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün son dərəcə ağır itkidir. Bir anda yarımçıq qalan uşaq ömrü və övlad itkisi ilə üzləşən ailənin yaşadığı bu ağır faciə hər birimizi yol hərəkətində məsuliyyətimiz barədə ciddi düşünməyə vadar etməlidir. Yollarda diqqətsizliyə, etinasızlığa və riskli davranışlara yol verilməməlidir. Çünki belə davranışlar bəzən günahsız insanların, o cümlədən uşaqların həyatını itirməsi ilə nəticələnir.

“Dörd yaşlı uşaq yolun yaratdığı təhlükəni tam dərk etmək, nəqliyyat vasitəsinin sürətini və ona olan məsafəni düzgün qiymətləndirmək imkanına malik deyil. Uşağın görə bilmədiyi təhlükəni böyüklər əvvəlcədən görməli, onun hesablaya bilmədiyi riski sürücü qabaqcadan hesablamalıdır. Yaşayış məntəqələrində, xüsusilə uşaqların hərəkət edə biləcəyi küçələrdə, həyətlərdə, məktəbətrafı ərazilərdə, eləcə də digər oxşar yerlərdə sürücülər yalnız müəyyən edilmiş sürət həddini deyil, konkret yol şəraitini də nəzərə almalıdırlar. Uşaq qəfil yola çıxa, dayandığı yerdən geri dönə və ya yaxınlaşan nəqliyyat vasitəsini vaxtında fərq etməyə bilər. Buna görə də sürücü sürəti elə seçməlidir ki, gözlənilməz vəziyyət yarandıqda nəqliyyat vasitəsini təhlükəsiz şəkildə dayandıra bilsin”, - deyə o əlavə edib.

Rövşən Tağıyev bildirib ki, valideynlər və uşaqlara nəzarət edən digər şəxslər də azyaşlıların yolun hərəkət hissəsinə nəzarətsiz çıxmasına imkan verməməlidirlər. Yol kənarında bir anlıq diqqətsizlik belə qarşısıalınmaz ağır faciələrə səbəb ola bilər.

“Bir uşağın həyatını itirməsi statistik göstərici və ya növbəti hadisə xəbəri deyil. Bu, bir ailənin həyatında heç zaman sağalmayacaq yara, cəmiyyət üçün isə son dərəcə ciddi xəbərdarlıqdır. Yolda bir neçə saniyə gecikmək mümkündür, lakin itirilmiş insan həyatını geri qaytarmaq mümkün deyil.

Sürücülərə müraciət edərək bildiririk ki, yolda uşaq gördükdə yalnız sürəti azaltmaqla kifayətlənməsinlər, təhlükənin tam aradan qalxdığına əmin olanadək son dərəcə diqqətli və ehtiyatlı davransınlar. Valideynlər isə yol kənarında azyaşlıları bir an belə nəzarətsiz qoymamalı, onların təhlükəsiz hərəkətini bilavasitə təmin etməlidirlər. Uşaqlar yol hərəkətinin təhlükələrini hər zaman düzgün qiymətləndirə bilmirlər. Onların həyat və sağlamlığının qorunması biz böyüklərin ortaq məsuliyyətidir”,-deyə şöbə müdiri vurğulayıb.

Son xəbərlər

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930