Bu gün Kəlbəcərin qədim və zəngin ziyalı mühitinin yetirməsi, dövlət və ictimai həyatımızda uzun illər fəaliyyət göstərmiş Cavid Qənbər oğlu Qurbanovun doğum günüdür.

1958-ci il sentyabrın 19-da Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya göz açan Cavid Qurbanovun həyat yolunun başlanğıcında yalnız doğma yurdun deyil, bütöv bir saz-söz mühitinin nəfəsi dayanır. O, ustad aşıq Dədə Şəmşirin oğlu, tanınmış ziyalı və ədəbiyyat adamı Qənbər Şəmşiroğlunun ailəsində böyüyüb. Belə bir mənəvi mühit, təbii ki, insanın dünyagörüşünün formalaşmasına öz izini qoyur. Cavid
Qurbanovun Ağdabanla, Kəlbəcərlə, onun tarixi-mədəni yaddaşı ilə bağlılığında da bu ailə və ocaq mühüm yer tutur.

Ağdaban adı Kəlbəcər yaddaşında yalnız bir kənd adı deyil. Bu torpaq Azərbaycan aşıq sənətinin böyük simalarından biri Dədə Şəmşirin adı ilə bağlı müqəddəs sənət ocaqlarından biridir. Cavid Qurbanovun belə bir mühitdə dünyaya gəlməsi onun həyat hekayəsinə xüsusi mənəvi çalar verir. Atası Qənbər Şəmşiroğlu da müəllim, ziyalı, şair və ictimai xadim kimi Kəlbəcərin ictimai-mədəni həyatında iz qoymuş şəxsiyyətlərdən olub.
Cavid Qurbanovun həyat yolu isə bu mənəvi irslə yanaşı, zəhmət, təhsil və peşəkar fəaliyyət üzərində qurulub. O, Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil almışdır. Ardınca nəqliyyat və dəmir yolu sahəsində ixtisaslaşmış, “Təfəkkür” Universitetində təhsilini davam etdirmiş, Tula Dövlət Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
Onun əmək bioqrafiyası nəqliyyat və yol təsərrüfatının müxtəlif istiqamətlərində tutduğu vəzifələrlə zəngindir. Müxtəlif illərdə layihə institutlarında, avtomobil nəqliyyatı və yol təsərrüfatı strukturlarında, Azərbaycan Dövlət Dəmir Yolu sistemində çalışıb, sonrakı mərhələdə “Azəryolservis” ASC-yə və “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik edib. 2022-ci ildən isə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində fəaliyyət göstərir.
Cavid Qurbanovun həyatının başqa bir mühüm istiqaməti onun Kəlbəcərlə bağlılığıdır. Kəlbəcərdən uzaqda olduğu illərdə belə doğma Ağdabanın xatirəsini, uşaqlıq yaddaşını və yurd nisgilini yaradıcılığında yaşadıb. Onun Kəlbəcərin təbiətinə, Ağdabanın keçmişinə həsr etdiyi poetik nümunələrində doğma torpağa bağlılıq duyğusu açıq şəkildə hiss olunur. Ağdabanı ziyarətindən sonra qələmə aldığı xatirələrində də uşaqlığının keçdiyi yerləri, ata-baba yurdunun mənzərələrini və həmin torpaqla bağlı duyğularını böyük həssaslıqla ifadə edib.
Bu baxımdan Cavid Qurbanovun ömür yoluna yalnız tutduğu vəzifələrin ardıcıllığı kimi baxmaq doğru olmaz. Bu həyat yolunda Ağdabanın sazı, Dədə Şəmşirin sənət irsi, Qənbər Şəmşiroğlunun ziyalı ailə mühiti, Kəlbəcərin təbiəti və illərlə yaşanan yurd həsrəti kimi mənəvi dəyərlərin də özünəməxsus yeri var.
Onun xidmətləri dövlət səviyyəsində də qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Cavid Qənbər oğlu Qurbanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Bu gün onun doğum günündə Cavid Qurbanovun həyat yoluna nəzər salarkən bir məqam xüsusilə diqqət çəkir: insan harada çalışmasından, hansı vəzifəni daşımasından asılı olmayaraq, onun mənəvi kimliyinin formalaşdığı torpaqla bağları həmişə yaşayır. Cavid Qurbanov üçün bu torpağın adı Ağdaban, Kəlbəcər; bu mənəvi ünvanın adı isə Dədə Şəmşir ocağıdır.
Kəlbəcərin ziyalı övladlarından olan Cavid Qurbanovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, firavan və mənalı həyat arzulayıram.
Arzu edirəm ki, ömrünün bundan sonrakı illəri doğma Kəlbəcərin azad və abad günlərinin sevincini yaşamaqla, Ağdabanın yenidən qurulan həyatını görməklə, ata-baba yurdunun havasını doyunca udmaqla keçsin.
Ad gününüz mübarək, Cavid müəllim!
Ağdabanın saz-söz ocağından dövlətçilik yoluna: Cavid Qurbanovun doğum gününə - FOTO
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru

Son xəbərlər

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?

Ağdabanın saz-söz ocağından dövlətçilik yoluna: Cavid Qurbanovun doğum gününə - FOTO

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930