Xəbərlər
19.09.2026, 13:34
Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir
Nigar Məmmədova
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını fundamental dövlətçilik prinsipləri sırasında müəyyənləşdirib. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalması bu hüquqi prinsiplərin ölkənin bütün ərazisində tam həyata keçirilməsinə imkan vermirdi. 2020-ci il 44 günlük Vətən müharibəsi ilə işğala son qoyulmasının əsas hissəsi təmin edildi. Üç il sonra - 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi və Konstitusiya quruluşu tam bərpa olundu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O qeyd edib ki, bu Zəfər Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi siyasi, diplomatik, iqtisadi və hərbi strategiyanın nəticəsidir. 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsinin bərpası ilə başlayan proses 2023-cü ilin sentyabrında suverenliyin tam təmin olunması ilə başa çatıb. Müharibənin dayandırılması isə Azərbaycanın seçimi olub. Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, tarix 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun dayandırılması ilə bağlı verilən qərarın nə qədər düzgün və müdrik addım olduğunu sübut edib.
Belə ki, 2020-ci il noyabrın 10-da əldə olunmuş razılaşmadan sonra Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qanunsuz silahlı birləşmələrinin fəaliyyəti bölgədə təhlükəsizlik baxımından ciddi təhdidlər yaradırdı. 2023-cü il aprelin 23-nə qədər - Laçın sərhəd buraxılış məntəqəsi qurulana qədər Ermənistan istehsalı olan minalar Azərbaycan ərazilərinə daşınırdı. Lakin Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllinə üstünlük verdi, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiyası üçün müxtəlif imkanlar təklif etdi. Buna baxmayaraq, separatçı strukturların fəaliyyəti, qanunsuz silahlanma və hərbi təxribatlar davam etdi. Separatçılar məkrli niyyətlərindən əl çəkmədi və 2023-cü il sentyabrın 19-da mina partlayışı nəticəsində Azərbaycan Dövlət Yol Agentliyinin əməkdaşlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının həlak olması vəziyyəti daha da gərginləşdirdi. Bundan sonra Azərbaycan Ordusu Qarabağ bölgəsində konstitusiya quruluşunun bərpası və qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyat cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı.
“2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifələr yerinə yetirildi. Qanunsuz silahlı birləşmələr fəaliyyətini dayandırdı, separatçı rejim mövcudluğunu itirdi və Azərbaycan dövlətinin Konstitusiyasının hüquqi qüvvəsi Qarabağda da bərqərar oldu.
Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq mərhələsinin tam şəkildə genişlənməsi üçün hüquqi və siyasi zəmin yaratdı. Bu gün həmin ərazilərdə yollar, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam etdirilir. Beləliklə, hərbi Zəfər quruculuq Zəfəri ilə davam edir. Bu gün əsas məqsəd azad olunmuş torpaqlarda həyatın yenidən qurulması, insanların öz doğma yurdlarına qayıtması və Qarabağın ölkənin iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasıdır. Üç il əvvəl Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı ilə ölkənin bütün ərazisində dövlət qanunlarının tətbiqi təmin edildi. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər yaşayış məntəqələrində ucaldıldı. Bu gün Azərbaycan yeni tarixi mərhələyə – suverenliyinin tam təmin edildiyi, ərazilərində genişmiqyaslı quruculuq işlərinin aparıldığı və keçmiş məcburi köçkünlərin Böyük Qayıdışının həyata keçirildiyi mərhələyə qədəm qoyub.
Qələbəni mümkün edən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir, qazilərimizin fədakarlığı minnətdarlıqla xatırlanır. Azərbaycan xalqının yaddaşında 20 Sentyabr - Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biri kimi əbədi yaşayacaq”, -deyə deputat vurğulayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay