Xəbərlər
19.09.2026, 13:07
Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO
Bu payız qəlbimə od saldı mənim,
İstədim qızınam — dondurdu məni.
Şəhid şəkillərin görüb duruxdum,
Baxdıqca ağrısı yandırdı məni.
Xəyal çəkib məni apardı hara?
Ürək parçalandı, gözüm dolurdu.
Bir ata qıvıldı gözüm önündə,
Bir ana hardasa saçın yolurdu...
Ağrım sevincimə qarışıb durdu,
Qürurum dağıdıb, sındırdı bəndi.
Müzəffər ordumu durdura bilməz
Nə hədə, nə hiylə, nə düşmən fəndi.
Budur bu millətin qüruru, andı —
Dərdi sevincilə birgə yaşayır.
Qələbə təşnəsi yandırır məni,
Sabaha ümidim zəfər daşıyır.
Bu payız tarixdən dərs deyir, xalqım,
Bütün döyüşlərdə müzəffər ordum.
Bu payız işığı gur yandıracaq,
Otuz il qaranlıq çökmüş o yurdum.
İstədim qızınam — dondurdu məni.
Şəhid şəkillərin görüb duruxdum,
Baxdıqca ağrısı yandırdı məni.
Xəyal çəkib məni apardı hara?
Ürək parçalandı, gözüm dolurdu.
Bir ata qıvıldı gözüm önündə,
Bir ana hardasa saçın yolurdu...
Ağrım sevincimə qarışıb durdu,
Qürurum dağıdıb, sındırdı bəndi.
Müzəffər ordumu durdura bilməz
Nə hədə, nə hiylə, nə düşmən fəndi.
Budur bu millətin qüruru, andı —
Dərdi sevincilə birgə yaşayır.
Qələbə təşnəsi yandırır məni,
Sabaha ümidim zəfər daşıyır.
Bu payız tarixdən dərs deyir, xalqım,
Bütün döyüşlərdə müzəffər ordum.
Bu payız işığı gur yandıracaq,
Otuz il qaranlıq çökmüş o yurdum.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


