Xəbərlər
20.09.2026, 11:15
Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO
ÇƏKİR
Bu həyat dərdimin dəm ortağıdı,
Verdiyi dərdləri mənimlə çəkir.
Hər dərdin, elə bil, qəm darağıdı,
Darayıb üstümə, qənimlə çəkir.
Qoymayır nə sağa, nə sola çıxım,
Bir çarə axtarım, düz yola çıxım,
Deyir ki, dərdiylə qol-qola çıxım,
Hamısın nizamlayıb tənimlə çəkir.
Heç bilə bilmədim, bu necə dərddi?
Baxıram, görürəm, hamısı da bəddi.
Kim məni qarğıdı, kim belə etdi?
Düzümlə, əyrimlə, enimlə çəkir.
Haqqımı deyirəm, əkə bilmirəm,
Gözümü düz şeyə dikə bilmirəm,
Çox vaxt ağrısını çəkə bilmirəm,
Ah-naləm, qarğışım, ünümlə çəkir.
Həyatdı günahkar, yoxsa ki, zaman?
Taqətdən düşmüşəm, qalmayıb aman.
Heçə gedib çıxır arzu, həm güman,
Çəkdiyi dağları sinəmlə çəkir.
Dözüb yaşayıram, tək Allah deyib,
Şeytanmı, fələkmi işimi əyib?
İnamı əlimdən almaq istəyib,
İndi imtahana dinimlə çəkir.

Bu həyat dərdimin dəm ortağıdı,
Verdiyi dərdləri mənimlə çəkir.
Hər dərdin, elə bil, qəm darağıdı,
Darayıb üstümə, qənimlə çəkir.
Qoymayır nə sağa, nə sola çıxım,
Bir çarə axtarım, düz yola çıxım,
Deyir ki, dərdiylə qol-qola çıxım,
Hamısın nizamlayıb tənimlə çəkir.
Heç bilə bilmədim, bu necə dərddi?
Baxıram, görürəm, hamısı da bəddi.
Kim məni qarğıdı, kim belə etdi?
Düzümlə, əyrimlə, enimlə çəkir.
Haqqımı deyirəm, əkə bilmirəm,
Gözümü düz şeyə dikə bilmirəm,
Çox vaxt ağrısını çəkə bilmirəm,
Ah-naləm, qarğışım, ünümlə çəkir.
Həyatdı günahkar, yoxsa ki, zaman?
Taqətdən düşmüşəm, qalmayıb aman.
Heçə gedib çıxır arzu, həm güman,
Çəkdiyi dağları sinəmlə çəkir.
Dözüb yaşayıram, tək Allah deyib,
Şeytanmı, fələkmi işimi əyib?
İnamı əlimdən almaq istəyib,
İndi imtahana dinimlə çəkir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

