Xəbərlər
20.09.2026, 13:33
"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.
*Adınızın həyatınıza yansıdığı işığın fərqindəsinizmi, Sevil xanım?*
- Düşünürəm ki, ad insanı yox, insan adı daşıyır. Onu qorumaq, tanıtmaq, yaşatmaq insanın həyat amalıdır. Mənim adım istənilən xanım adı ola bilərdi, amma o adı şərəflə daşımaq üçün müəyyən məqsəd və fəaliyyətlərim olmalı idi. Mən o zaman da indiki mövqedə, indiki statusda, indiki əqidədə olardım. Adımı nurlandıran mənəm, mənim həyatdakı məqsədim, atdığım addımlarımdır.
*"Sevil Gül Nur" imzasının yaranma səbəbindən və sizə gətirdiyi uğurlardan danışın.*
- "Gül" atamın adının ilk hecası, "Nur" isə oğlumun adının ilk hərfləridir. Həyatımda ən böyük mənəvi dəstəkçim atam və ailəm olduğu üçün bu iki şəxsin adının adımın yanında olması ən uğurlu seçimdir. İlk şeirlər kitabım "Sevil Məmmədova" imzası ilə çapdan çıxıb, ədəbi mühitdə isə "Sevil Gül Nur" imzası ilə tanınmışam. Amma düşünürəm ki, uğurların əsas səbəbi adda deyil, istedad və fəaliyyətdədir. Adın nə olur-olsun, müəyyən məqsədə doğru inamla addımlamasan, uğur da qazana bilməzsən.
-
*Həm ədəbiyyat, həm də pedaqoji sahədə olmağınız yormur ki sizi?*
- Desəm ki, yormur, səmimiyyətimə inanın. Çünki bu iki sahə bir-birilə o qədər sıx əlaqədardır kı, ikisini birlikdə çatdırmaq yorucu olmur. Pedaqoqika mənə insan qəlbinə gedən ən incə yolu göstərir, ədəbiyyat isə o qəlbə toxunacaq sözü bəxş edir. İki fərqli dənizə axan, amma eyni okeanda birləşən iki coşqun çay kimidirlər.
*Ədəbi mühitin yorucu tərəfləri varmı, sizcə?*
- Söz insanı yormur, onun qiymətini bilməyənlər yorur. Bəzən ədəbiyyatla əlaqəsi olmayan birinin şeirini oxuyub ona müəyyən tövsiyyələr verir, nəsə öyrətməyə çalışırsan. Amma şəxs sənə elə cavab verir ki, sanki nəsə qəbahətli bir iş görmüsən. Onu başa salmaq, nəyisə izah etmək, düzgün olanı göstərmək istəsən də, qəbul etmir.
Həqiqi duyğunun pafosun kölgəsində qalması, sözün müqəddəsliyinin unudulub ötəri həvəslərə alət edilməsi, səmimiyyətdən uzaq kölgəli baxışlar, şəxsi münasibətdən doğan qərəzin ədəbiyyata yansıması ədəbi mühitin yorucu tərəfləridir.
*Cəlilabad ədəbi mühitinin bugünkü inkişafı sizi qane edirmi?*
- Cəlilabad ədəbi mühiti həmişə fəallığı ilə seçilib və bu gün də aktuallığını qorumaqdadır. Sevindirici hallardan biri də xanımların aktivliyidir. Bu gün xanım yazarlar müxtəlif ədəbi layihələrə qatılır, ədəbi məclislərdə iştirak edir, öz şeirlərini oxuyur, fikirlər dinləyir, təcrübəli yazarlardan məsləhət alırlar. Bu gün bu mühitin əvvəlki illərə nisbətən xeyli inkişaf yolu keçdiyini söyləmək olar. Lakin bir söz adamı kimi mənim könlüm həmişə daha ucasını, daha dərinini istəyir. Mühit var, amma onun daha gur işıq saçması, gənc qələmlərin qəliblərdən çıxıb böyük ədəbiyyata pərvazlanması üçün hələ keçilməli yollar, fəth edilməli zirvələr çoxdur.
-
Sevil xanım, müasir *şair kimi, yazıçı kimi inkişaf etməkdə olan ədəbiyyat sahəsində hansı yeniliklər etmisiniz?*
- Yeni fikirlər, yeni cığırlar, yeni layihələr. Hər gənc yazara göstərdiyim doğru ədəbi yol da yenilikdir. Çünki hər gənc müəllif özü ilə ədəbiyyata yeni nəfəs, yeni baxış gətirir. Ədəbiyyat yenilənir, canlanır.
*Bəs ədəbiyyat sahəsində qəbul etmədiyiniz yeniliklər hansılardır?*
- Texnika ilə bağlı yenilikləri qəbul etmirəm. Düzdür, qədim türklərin də yazı üslubundakı texnika təxminən modern şeir növünə yaxın olub. Amma əsrlərlə formalaşmış texnika - şeir növləri bizim də ədəbiyyatımızın leytmotivini təşkil edir. Ona görə də irsi şeir texnikasından imtina etmək məqbul sayılmaz. Yenilik adı altında sözün kökünü, milli ruhunu və estetik gözəlliyini zədələyən hər şeyə qarşıyam. Mənasız, ruhsuz, sırf fərqli görünmək xatirinə yazılan bəzəkli söz yığınlarını, ədəbiyyatı duyğudan qoparıb soyuq mexanizmə çevirən formalizmi, köklərdən sıyrılıb incəsənəti xaoslaşdıran yanaşmaları qəbul edə bilmirəm.
-
*Bir çox layihələrin müəllifi və təşkilatçısı olaraq biz sizdən razı çox razıyıq. Bəs siz necə? Gördüyünüz işlər sizi nə qədər qane edir?*
- Yaradıcılığımın əsas hissəsini vətən mövzusu təşkil edir. Bütün layihələr, görülən işlər ədəbiyyat, vətən naminədir. Bu layihələr şəhidlərimizin adını əbədiləşdirmək, onları yaşatmaq üçün görülən ən vacib işlərdəndir. Yazılan əsərlər də müəlliflərin qəlbinin hayqırtısı, vətən sevgisinin sözlə ifadəsidir. Hər bir cümlədə səmimi hisslərin təzahürü aydın nəzərə çarpır. Bu baxımdan, işlərimin nəticəsindən razıyam. Gördüyüm işlər məni sevindirir, ruhumu qanadlandırır, amma bunlar son deyil. Çünki hər yetilən mənzil yeni bir yolun başlanğıcıdır və mənim hələ ədəbiyyat sahəsində söylənməmiş sözlərim, həyata keçiriləsi böyük arzularım var.
-
*Sözün sizi və yaxud da sizin sözü küsdürdüyünüz vaxt olubmu?*
- Biz sözlə eyni ruhu daşıyırıq, bir-birimizi tamamlayırıq. Birimiz küssə, o birimiz məhv olar. Düşünürəm ki, biz bir-birimizə lazımıq. Əksinə, bundan sonra daha çox işlər görmək üçün daha sıx birləşmək lazım olduğunu düşünürəm.
-
*Sevil xanım, özünüzü sözlə tamamlaya bilirsinizmi?*
- Mən sözü tamamlamağa çalışan bir yolçuyam, söz də məni. Amma insan ruhu dəniz kimi o qədər dərindir ki, onu heç bir cümlə, heç bir kitab tam olaraq içinə ala bilməz. Hər şeirimdə özümdən bir zərrə qoyuram, amma hər bitən misradan sonra yenidən tamamlanmağa ehtiyac duyuram. Mən sözün içində özümü arayan, sözlə nəfəs alan və sözlə var olan bir ruham. Söz məni ifadə edən, iç dünyamın işığını ətrafa yansıdan güclü bir qüvvədir. Məni ayaqda saxlayan da bu qüvvədir.
Hazırladı
Atlaz Rzayi
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və "Nizami Gəncəvi" Fəxri Diplomları, “Ziyadar” Mükafatı,
TYB-nin xüsusi Ödülü, "Tomris" və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay