Turaztv.az » Xəbərlər » HƏSƏNXAN ƏSƏDOV: O gizli dünyadan bir sevgi baxır - FOTO
Xəbərlər

HƏSƏNXAN ƏSƏDOV: O gizli dünyadan bir sevgi baxır - FOTO

27.02.2023, 01:37 1 742
HƏSƏNXAN ƏSƏDOV: O gizli dünyadan bir sevgi baxır - FOTO
O gizli dünyadan bir sevgi baxır.

Neynəyim?... Yaxşı ki, xəyal dünyam var,
O gizli dünyadan bir sevgi baxır.
Mürgülü xəyalda oldun mənə yar,
Arzu əl eyləyir, intizar qorxur,
O gizli dünyadan bir sevgi baxır.

Əfsus!!!... Nə şirinmış eşqin bulağı,
Əyilib içdikcə çoxalır yanğı,
Solur laləzarı,saralır bağı,
Odu ildirimtək, gözümdə çaxır,
O gizli dünyadan bir sevgi baxır.

Könlüm, təlatümlü dəniz kimiyəm,
Bu eşqin önündə kəniz kimiyəm,
Ruhu göyə uçan bəniz kimiyəm,
Sinəm məzar olub ürəyi sıxır,
O gizli dünyadan bir sevgi baxır.

Gəzdim sorağıyla hey diyar-diyar,
Gözlər qan ələdi, əyildi vüqar,
Qırıldı ümidlər, getdi ixtiyar,
Həsrətin gözyaşı içimə axır,
O gizli dünyadan bir sevgi baxır.

Sən mənə sevgisən, sevgimsə sənsən,
Dünyama nəşsən, ömürlük bəssən,
İçimdə inləyən, hayqiran səssən,
Hicranın ruhumu yandırır, yaxır.
O gizli dünyadan bir sevgi baxır.

Şüşədə olsada bir divin canı,
Söyləmə ötüşüb, keçib dövranı,
Həsənxan Əsədəm, eşqin kankanı,
Kədər sellənibdir dünyanı yıxır,
O gizli dünyadan bir sevgi baxır.

24.02.2023

HƏSƏNXAN ƏSƏDOV: O gizli dünyadan bir sevgi baxır - FOTO

Oxşar xəbərlər