Xəbərlər
21.09.2026, 00:52
İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Qətərin paytaxtı Dohada qısamüddətli səfərdə olacaq.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Abbas Əraqçi Dohada regionda baş verən son hadisələrlə bağlı məsləhətləşmələr aparacaq.
Qeyd edək ki, bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İranın Qətər vasitəçiləri vasitəsilə ABŞ tərəfinə müharibənin başa çatdırılması ilə bağlı şərtləri çatdırdığını və ABŞ Prezidenti Donald Trampın cavabını gözlədiyini açıqlayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay