GÖYƏ ƏL AÇMADIM ALLAHA SARI,
ALLAHI İÇİMDƏ, SÖZÜMDƏ TAPDIM.
-deyən şair Abdulla Saymaz yaradıcılığında duyum gözəlliyi...

Ötən illərdə, yəni cavanlıq və yetkinlik yaşımın düşdüyü sovetlər dönəmində, kitab satılan mağazalar diqqətimi cəlb edən ən çox sevdiyim məkan idi. Deyərdim ki, belə yerlərdə, heç harada tapa bilmədiyim rahatlığımı tapırdım. Bu üzdən bu kimi yerlərə girəndə, arın-arxayın, kitab rəflərində və piştaxta üzərində səliqə ilə düzülmüş kitabların müəllif və nəşrin adını, heç hara tələsmədən, səbrlə, bir-bir oxuyurdum. Bəzən elə hal olurdu ki, tanıdığım, oxuduğum müəllifin kitabını varaqlayıb, gözdən keçirib yerinə qoyduqdan bir xeyli keçəndən sonra, qayıdıb yenə həmin müəllifin kitabın əlimə götürüb, bir də təkrar varaqlayıb, məni yenidən bura qaytaran şeiri, sözü tapandan sonra seyrimi davam etdirirdim. O üzdən, bu kimi yerlərdən ən gec çıxırdım.

Hətta, uşaqlığımın həmin dönəminin çox hissəsini bir yerdə keçirdiyim yaxın sinif yoldaşlarımla şəhərə çıxanda, yolumuz üzərində görünən adicə qəzet köşkü və yada kitab mağazası gördükdə, biri sağıma, biri soluma keçib, həmin obyektdən məni uzaqlaşdırana qədər, mənə, harasa dönəcəyimə maneçilik törədirdilər.
Bu gün, o gözəl yaşantını sosial şəbəkə üzərində Fb-də yaşayıram. Bir-birindən gözəl yaradıcılıq nümunələri sərgiləyən şair, yazıçı, publisist dostların şeirlərin, əsərlərinin hissə-hissə, düşündürücü publisistikasını rahatlıqla oxuyuram. Hətta bəzisinə yenidən qayıdıb gözdən keçirir, bəzisinin isə, haqqında yazı yazacam düşüncəsi ilə surətin çıxarıb "whatsapp" səhifəmə yerləşdirdiyimə görə buradan asılılığım çox yaranır...

Bu gün, düşüncəmə çox zaman hakim kəsilən, mükəmməl yaradıcılığı ilə məni heyrətləndirən gözəl şairimiz Abdulla Saymaz yaradıcılığına müraciətim də o vərdişlərimin qaynaqlarından biri kimi göründü...
XÜSUSİ QEYD: Həqiqətən burada, dəyərləndirilməli, bir-birindən gözəl yaradıcılıqları ilə ürəkləri fəth edən, öz oxucu auditoriyasını genişləndirən, sevilə - sevilə izlənilən yetərincə barələrində yazılacaq şair dostlarım çoxdu. Kiminin əvvələ, kiminin sonra düşməsi, heç də birinin digərinə nisbətdə önəm verməyimdən irəli gəlmir. Bu, həmin gün yaradıcılığın oxuyanda düşdüyüm auranın təsirindən yaranır. Hal olub ki, günlərlə şair dostlarımın şeirlərinin təsirindən çıxmamışam. Amma, vaxt məhdudiyyəti bu cür, başladığım bir çox yazılarımı yarımçıq qoyub. Ona görə də, dəyərli şair dostlarımı bir-biri ilə heç zaman müqaisələndirmək niyyətində olmamışam və olmayacamda.
Tovuz Aşıqlarından biri olan, yuxarıda xatırlatdığım dövrlərdə oxuyub, müəllifinin adını unutduğum şeirdən əzbərlədiyim bir bənd, həyat kredomun bir hissəsidir.
Sözüdür şairin ağız ləzzəti,
Heç zaman götürməz ağır minnəti,
Dostunam deyənin mənə hörməti,
Sənətin qədrini bilməsindədir...

Bəli, odur ki, mənim üçün hər bir qələm əhli doğma və əzizdir...
Şair Abdulla Saymaz yaradıcılığında istənilən janr, rədif, söz, misra, bənd, fikir rəngarəngliyinin orijinallığını özünəməxsus bir-birinə cilallayaraq tamamlanır. Abdulla Saymaz yaradıcılığına nəzər saldıqca görürsən ki, insanın saflaşmasını, özünə dərki formalaşdıran düşündürücü fikirlər şairin şeirlərində yetərincədir. Şairin, -"SÖZÜMDƏ TAPDIM" - şeiri çox gözəl, özünəməxsus ruhu oxşayan, şair qəlbinin döyüntüsünü özündə göstərən bir yanğı, ağrı, sızıltıdı...
Köməksiz, kimsəsiz biçarələrin,
Gözünün yaşını, gözümdə tapdım.
İllərlə çəkdiyim əzabı, dərdi,
Güzgüyə baxanda üzümdə tapdım.

Həmişə insanın içində çəkdiyi dərd, əzab, insanın üzündə, gözündə oxunur. Şair də, bu duyğunu çox gözəl, sıralayır. Yaşı bilinməz dünyanın bütün fitnə-fəsadın görən biri kimi, əqidəmdən, yolumdan dönmədim,- deyir. Odur ki, - "Haqqa gedən yolu izimdə tapdım." - fikri ilə bəndi tamamlayır.
Qocadır, ya cavan, bilinməz yaşı,
Bu fani dünyanın ağırdır daşı.
Fitnə-fəsad gördüm hər addımbaşı,
Haqqa gedən yolu izimdə tapdım.

İnsanı dünyaya gəlişi, onun zamanın, mühütün çarmıxına çəkilib, yetim uşaq kimi qayğısız qalması, odsuz, ocaqsız bu həyat soyuqluğunu canına çəkib, xəyallarla yaşayan milyonların həyat tərzinin bir obrazlı ifadəsidir.
Yetim uşaq kimi qaldım qucaqsız,
Yaşamaq mümkünmü odsuz-ocaqsız?
Xəyalım səmatək ucsuz-bucaqsız,
Mən məni axtardım, özümdə tapdım.

Şair ruhunun bir gözəlliyi də əqidə saflığıdı. Çünki, əqidəli Şairlər Tanrının ona bəxş etdiyi istedadı vara-dövlətə dəyişməməsi, yalnız insan olaraq hər birimizi bəşəriyyətə bəxş edən Allahı göylərdə yox ruhunda, qəlbində axtarıb tapmasıdır.
Uca zirvələrin əriməz qarı,
Saymazam güdmədim dövləti, varı.
Göyə əl açmadım Allaha sarı,
Allahı içimdə, sözümdə tapdım.

Şairin digər bir, - "GÜLMƏK İSTƏDİM" - şeiri də, insan iç dünyasının fəlsəfi duyğularının yaratdığı düzümün tərənnümdü.
Hər an sinə gərdim dərdə-kədərə,
Ömrü xərcləmədim boşa, hədərə.
Mən necə inanım belə qədərə?
Yazılan yazını silmək istədim.

Bəli, nə qədər gözəl tərənnüm. Bir insan ömrünün yaşantısı necə də gözəl verilib.
Uymadım nağıla, şeytana, cinə,
Qayıdıb, Allahsız dedilər mənə.
Üzərindən keçib gör neçə sənə?
Tarixi öyrənib, bilmək istədim.

Şair, insan olaraq bir çoxlarımızın tale qismətinə düşən həyat yaşamının gerçəklərini nəzmə çəkərək söz-söz, misra-misra həyatımızın obrazını yaradır...
Karvan keçib getdi, qaldım piyada,
Məndən yan ötmədi qəm-qüssə, qada.
İllərlə ağladım, özgəyə, yada,
Göz yaşım qurudu, gülmək istədim.

Doğurdan da insan o qədər əzablarla əzilib, sıxılıb öz içindəki məni də itirir. Onu yaşadan xəyal, inam da onu incidir deyə,- "Yaşamaq incitdi ölmək istədim." - həyatın əzabların çəkmiş adamın gözündə nə qədər mənasızlaşdığını göstərir.
Tapmaq istədiyim, bil, səndə yoxdu,
Dostlarım azalıb, düşmən də çoxdu,
Daha içimdəki o "mən" də yoxdu,
Yaşamaq incitdi ölmək istədim.

İnsan olaraq hər birimizin həyatında baş verən hər bu kimi çətinliklərə, şair xəyal dünyasının rənglərini qatıb düşüncə verir.
Allah yaratdığı uca dünyanın,
Cənnət-cəhənnəmli haça dünyanın,
Saymazam, təzadlı, qoca dünyanın,
Qoynuna yenidən, gəlmək istədim.

Deyən şair bir insan ömrünün necə sona yaxınlaşdığını, - "NƏ QALDI Kİ?" şeirində özünəməxsus çalarlarla verib.
Ömrümüzdən daş sökülür,
Sökülməyən nə qaldı ki?
Təqvimdən ay, il tökülür,
Tökülmyən nə qaldı ki?

Doğurdan da, ömrümüzün sökülən daş, şairi həyacanlandırır.
Göz marıqda, qulaq səsdə,
Zaman ovçu, durub qəsdə,
Can əkirəm torpaq üstə
Əkilməyən nə qaldı ki?
Bəli, - "Əkilməyən nə qaldı ki...?"
Qismətimi yazana bax,
Yazdığını pozana bax.
Dərd-qəm çəkən mizana bax,
Çəkilməyən nə qaldı ki?
Yenə obrazlı giley.

Ümumiyyətlə götürəndə şeir çox sadə dildə yazılanda anlaşılan, başadüşülən olur. Bəzən elə şeirlər olur ki, şair öz şeirinə, guya ki, yeni nəyi isə gətirməklə düşünür ki, o bir yenilik edir. Amma, düşünmür ki, şeir sadə dil də, başa düşülən olur. Şeirə gətirilən söz, ifadə yalnız dekor görkəmi yaradır.
Abdulla Saymaz yaradıcılığında bu cür dekor fikirlərin olmadığına çox sevinirəm. Sadə, gözəl, duyğudan süzülüb gələn fikirin obrazlı ifadəsi şairin peşəkarlığını, şeirin gözəlliyini ortaya qoyur. Şair dediyi kimi,
Dünya əzəl, dünya sonmuş,
Çiyinlərə mələk qonmuş,
Saymaz, həyat bir oyunmuş,
Mən bilməyən nə qaldı ki?..

Gözəl şairimiz Abdulla Saymaz yaradıcılığını çoxdan izləyən biri kimi, cəsarətlə deyə bilərəm ki, şairin bütün şeirləri müraciət etdiyi istənilən mövzunun ruhuna uyğun süjet xətti üzrində, bir-birinə cilalanmış, fikir dünyasında yoğrulmuş şeirlərdir. Oxucunu düşündürən şeirlərdir.
Şairimizə bu yazı ilə uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli yaradıcılıq uğurları diləyirəm...


Böyük sevgi və səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika və "Ağsu Yazarları"
Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq

Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi

ABŞ dövlət katibi Türkiyəyə GƏLDİ

Kral sarayda bunları qadağan edib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Xatirələrdə yaşayan doktor Əflatun Bayramov - FOTO

Axtarışa verilən Hüseyndən açıqlama - FOTO

Putin İstanbula onları göndərir - RƏSMİ

40 gündür axtarılan Aytacın meyiti tapıldı

Konstitusiya Məhkəməsindən yeni qərar

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"

Keçmiş prezidentə 15 il həbs cəzası verildi

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb - FOTOLAR

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - FOTO

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031