Bişkekdə Salman Mümtazın 140 illiyi münasibəti ilə kitab təqdimatı keçirilib - FOTO
Jusup Balasaqın adına Qırğızıstan Milli Universitinində yaradılmış Türk mədəniyyəti və irsi mərkəzinin və Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın 140 illiyinə həsr olunmuş “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimatı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Türk mədəniyyəti və irsi mərkəzinin direktoru, keçmiş səfir, hüquq elmləri doktoru, professor Kayrat Osmonaliyev kitabın slaydını təqdim edib. Daha sonra Universitetin, türkologiya və tərcüməşünaslıq mərkəzinin müdiri Elebesova Burul, türkologiya və tərcüməşünaslıq mərkəzinin baş müəllimi Farizat Kuramoyeva, türkologiya və tərcüməşünaslıq mərkəzinin birinci kurs tələbələri Mirzat Suusarbekova Ayana Sokuçiyeva “Salman Mümtazın irsinə Bişkekdən baxış” mövzusunda çıxış ediblər.

Azərbaycan diasporunun rəhbəri Xansıvar Baxşaliyevin çıxışında “belə parlaq şəxsiyyətlərin türk dünyasında tanıdılmasına diasporlar öz töhfəsini verməlidir” fikri alqışlarla qarşılanıb.

Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun oğlu, Qırğızıstanın keçmiş xarici işlər naziri Askar Aytmatov Salman Mümtazın taleyinin onun babası Toroqul Aytmatovun taleyi ilə oxşarlığından danışdı.

Qeyd edək ki AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi müəssisənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimat mərasimi AMEA Füzuli adına əlyazmalar institutunda keçirilən tədbirlə paralel keçirilib.

Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan dilində nəşr olunmuş bu kitab böyük türk oğlu, Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın (1884-1941) yaradıcılığına həsr olunub. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı və şərqşünas, böyük elmi işçi Hacı Mustafa Mailoğludur.

Kitabda müəllifin Salman Mümtazın elmi, ədəbi, əlyazma irsi ilə əlaqədar apardığı tədqiqatların nəticəsində aşkar etdiyi dəyərli faktlardan, xüsusilə repressiya illərində itmiş və nəhayət, arxivlərdən tapdığı və tədqiqata cəlb etdiyi “100 şair” təzkirəsindən və bugünədək məlum olmayan, dil tarixi baxımından dəyərli “Ədəbi lüğət”indən bəhs olunur. Həmin əsərlərdən bir hissə transfoneliterasiya edilərək ixtisarla ilk dəfə oxuculara təqdim edilir.

Türk dünyasına misilsiz xidmətləri ilə seçilən fədakar bir şəxsiyyətin - repressiya qurbanı olmuş Salman Mümtazın yaradıcılığına həsr olunan bu kitabın qardaş Qırğızıstanda “Uluu Toolor” nəşriyyatında nəşri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir. Qeyd edək ki, təqdimat zamanı kitabın qırğız və türk dillərinə tərcüməsi qərara alınıb.
Bişkekdə Salman Mümtazın 140 illiyi münasibəti ilə kitab təqdimatı keçirilib - FOTO
Bişkekdə Salman Mümtazın 140 illiyi münasibəti ilə kitab təqdimatı keçirilib - FOTO
Bişkekdə Salman Mümtazın 140 illiyi münasibəti ilə kitab təqdimatı keçirilib - FOTO
Bişkekdə Salman Mümtazın 140 illiyi münasibəti ilə kitab təqdimatı keçirilib - FOTO
Bişkekdə Salman Mümtazın 140 illiyi münasibəti ilə kitab təqdimatı keçirilib - FOTO

Son xəbərlər

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Quba-Xınalıq yolu bağlandı

Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031