Ulu Öndər Heydər Əliyevin 100 illiyinə daha bir layiqli töhfə
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə daha bir layiqli töhfə olan “Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa” adlı kitab nəşr edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə nəşr edilən kitab 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti ilə başlayır.

Kitabda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, bəyanatları, görüşləri və digər materiallar xronoloji ardıcıllıqla verilib.

Yüksək poliqrafik üslubda işıq üzü görən 532 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib.

Qeyd edək ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur. Kitabı tərtib edən tanınmış jurnalist Vəli Əkbərdir.

Xatırladaq ki, kitabın ilk təqdimatı Şuşada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı bir neçə gün əvvəl işıq üzü görmüş “Xalqa bağışlanmış ömürdən anlar” kitabı ilə birgə keçirilməsi nəzərdə tutulur.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu öz ənənəsinə sadiq qalaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu 150-ci kitabını da ödənişsiz yayacaq.

“Uluu Toolor” tərəfindən buraxılan kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Son xəbərlər

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031