Xəbərlər
4.10.2026, 01:50
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
Bakıda “Turan Tovuz”la keçirilən yoldaşlıq görüşündən sonra “Fənərbaxça” klubu “İnstagram” hesabında oyunla bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, klub səfərdən məmnunluğunu bildirib.
“İki qardaş ölkənin güclü bağlarını bir daha hiss etdiyimiz Azərbaycanda olduğumuz müddətdə bizi böyük sevgi və qonaqpərvərliklə qarşılayan “Turan Tovuz”un prezidenti Ehtiram Quliyevə, İdarə Heyətinə və can Azərbaycan xalqına minnətdarlığımızı bildiririk.
“Çubuqlu”nu tək qoymayan, sevgisini və dəstəyini hər an yanımızda hiss etdirən Azərbaycandakı azarkeşlərimizə, eləcə də komandamızı dəstəkləmək üçün Azərbaycana gələn bütün azarkeşlərimizə sonsuz təşəkkür edirik.
Yaxşı ki varsınız, yaxşı ki “Fənərbaxça”lıyıq!”
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


