Turaztv.az » Xəbərlər » Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO
Xəbərlər

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

04.10.2026, 00:00 1
Sən mənim göy üzümsən,
Ən mənalı sözümsən.
Elə mənim özümsən,
Sənə baxır gözlərim.

Sənsən ömrün naxışı,
Kipriyimin çaxışı.
Ay gözümün baxışı,
Sənə baxır gözlərim.

Dilim sussa, sən anla,
Eşqi yaşat inamla.
Sevgi dolu bir canla,
Sənə baxır gözlərim.

Mənim şirin canımsan,
Damarımda qanımsan.
Sevdiyim insanımsan,
Sənə baxır gözlərim.

Oxşar xəbərlər