Xəbərlər
3.10.2026, 21:50
Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı
Vaşinqton və Pekin süni intellekt texnologiyalarının hansı sahələrdə tətbiq olunmamas lazım olduğu barədə razılığa gələ bilərlər"
Bunu ABŞ maliyyə naziri Skott Bessent “Axios” portalına müsahibəsində bildirib.
O, həmçinin ölkələr arasında süni intellekt məsələləri üzrə bildiriş prosesinin fəaliyyət göstərməsinin tərəfdarı çıxış edib.
Bessentin sözlərinə görə, tərəflər modellərin dəqiq olaraq nə etməməli olduğu barədə razılığa gələ bilərlər. O, Pekinin bununla razılaşacağına əminliyini ifadə edib.
Nazir işlənilib hazırlanan süni intellekt modellərinin imkanları haqqında məlumat mübadiləsinin məqsədəuyğunluğu ilə bağlı suala mənfi cavab verib. O, belə mübadilənin yəqin ki, lazım olmadığını hesab edib.
ABŞ Prezidenti Donald Tramp sentyabrın sonunda bildirmişdi ki, administrasiya süni intellektin işlənilib hazırlanması sahəsində Çinlə sıx əməkdaşlığa çalışmır. O, bunu məxfi məlumatları açıqlamaq istəməməsi ilə izah edib.
Tramp əlavə edib ki, bu mövzunu sentyabrın 23–25-də ABŞ-yə səfəri zamanı ÇXR sədr Si Szinpinlə müzakirə edib. Ağ Ev səfərin yekunları üzrə tərəflərin süni intellektlə bağlı insidentləri müzakirə etmək üçün əlaqə kanalının yaradılması barədə razılığa gəldiklərini bildirib.
Süni intellektin işlənilib hazırlanmasında ABŞ və Çin rəqabəti davam etdirirlər və hər iki tərəf öz modellərini və tənzimləmə yanaşmalarını irəli sürür. Belə texnologiyaların tətbiqinə dair məhdudiyyətlər getdikcə daha çox beynəlxalq müzakirələrin mövzusuna çevrilir.
Sentyabrda tərəflər ticarət barışığını uzadıblar – o, 2027-ci il yanvarın 10-dək qüvvədədir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


