Abdulla Qədirinin “Ötən günlər” əsəri Azərbaycanda yenidən çapdan çıxıb
XX əsr klassik özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” kitabı Azərbaycan dilində yenidən nəşr olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitabın yeni nəşri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin təqdimatı ilə açılır: “Azərbaycan – Özbəkistan ədəbi-elmi və mədəni əlaqələri xalqlarımız və ədəbiyyatlarımız arasında etibarlı, möhkəm və əhəmiyyətli körpüdür. Özbək ədəbiyyatı – özbək xalqının tarixi taleyinin, milli-mənəvi varlığının, inkişafda olan müasir dövrünün və daha aydın sabahlarının ədəbi təqdimatıdır. Özbək ədəbiyyatı – Özbəkistanın dünəninin və bu gününün güzgüsü, gələcək inkişafının barometridir. Özbək ədəbiyyatı – müasir Özbəkistanın mükəmməl ədəbi bələdçisidir”.

Azərbaycan-Özbəkistan elmi-ədəbi və mədəni əlaqələri ölkələrimizin və xalqlarımızın genişmiqyaslı əlaqələrinin üzvi tərkib hissəsi və əsas hərəkətverici qüvvəsidir. Bu ədəbi əlaqələr hər il yeni müstəvidə inkişaf etdirilir. Belə mədəni hadisələrdən biri də Abdulla Qədirinin “Ötən günlər” (özbəklərin həyatından tarixi roman) kitabının yenidən nəşr olunmasıdır. Abdulla Qədiri XX əsr özbək ədəbiyyatını yeni ideyalarla zənginləşdirən, müasir özbək ədəbiyyatının bədii səviyyəsini yüksəldən, roman janrının inkişafında xüsusi xidmətləri olan sənətkardır.

Abdulla Qədirinin bu əsəri ilk dəfə XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan özbək əsilli Azərbaycan dilçisi Xalid Səid Xocayev tərəfindən1928-ci ildə tərcümə olunaraq “Azərnəşr” tərəfindən çap olunmuşdu. Kitabın redaktoru isə Hənəfi Zeynallı olmuşdu.

Özbək yazıçısının şəxsiyyəti və yaradıcılığına müasir dövrdə də maraq yaranmışdır. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və İnstitutunun Özbəkistanın ölkəmizdəki səfirliyinin əməkdaşlığı ilə nəşr olunub.

Kitaba yeni nəşrin redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi “Ötən günlər”i nə üçün yenidən xatirladiq?! (“Ötən günlər” romanının ilk nəşrinin 100 illiyinə!) adlı “Ön söz” yazıb. Müəllif “Ön söz”də qeyd edir: “Hər ötən günü yenidən, xüsusən zaman fövqündə baş verən unudulmaz hadisələri xatırlamaqla sabahı daha aydın, daha parlaq görmək mümkündür. Abdulla Qədirinin təbirincə desək, “deyirlər ki, nəyi yeni başlayırsansa, keçmişinə nəzər sal, onda uğur qazanmaq mümkündür. Ona görə də mən keçmişdən, yenicə ötən günlərimizdən, axırıncı xanlıq dövrünün – tariximizin çirkin və qara günlərindən yazmağa başladım”. Əlbəttə, yazıçının qələmə aldığı acı dolu həyatlar oxucunu ağrıdır. Bu qədər ağır notların baş alıb getdiyi əsər niyə 100 ildir ki, sevə-sevə oxunur, təkrar-təkrar nəşr olunur, həm də dünyanın bir çox dillərinə tərcümə olunaraq?! “Ötən günlər”in sadə və axıcı dillə yazılması, personajların xarakterlərinin təfərrüatında ilıq bir təbəssüm görünməsi, eşqin saflığı, məsumluğu, ucalığı, ailə–el adət-ənənəsinin təqdimi və nəhayət, təbiət lövhələrindən yazılı etüdlər əsərə rəng qatır. Sanki göy qurşağı rənginə bələnmiş gözəllik faciə və tale ağrılarını öz sehrində gizlətməyə çalışır”.

Mətni 1928-29-cu illər nəşrindən yenidən çapa hazırlayan və məsul katib Şəbnəm Mirzəzadədir. Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin əməkdaşı, gənc tədqiqatçı Şəbnəm Mirzəzadə “Abdulla Qədiri və Azərbaycan ədəbiyyatı” adlı tədqiqat işi üzərində ciddi araşdırmalar aparır.

Daha sonra müəllifin Abdulla Qədirinin “Ötən günlər” haqqında” giriş sözü verilir. Kitabın sonunda Almaz Ülvinin “Abdulla Qədiri”, “Abdulla Qədiri və Azərbaycan”, “Abdulla Qədiri: tənqid, təhlil və şərhlər”, “Xalid Səid Xocayev” adlı məqalələri verilib. Yazıçı Abdulla Qədiri və tərcüməçi Xalid Səid Xocayevin ümumi həyat və yaradıcılığının kitabda verilməsi olduqca dəyərlidir. Üç hissədən ibarət olan bu roman Azərbaycan oxucuları üçün yeni əlifbaya uyğunlaşdırılmış və oxucuların ixtiyarına verilmişdir.

“Təhsil” nəşriyyatında çap olunan, 408 səhifədən ibarət olan bu kitab müasir oxucular üçün nəzərdə tutulub.

Son xəbərlər

Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

1 Maydan geriyə qalan - Fotolar

Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı

Ramal İsayev tanınmış influenserlərlə müqavilə bağladı - Fotolar

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Muğamın dövlət himayəsi və milli missiyası: Sabir Abdullayev Mehriban Əliyevanın mədəni təşəbbüslərini dəyərləndirir

Sənubər Səhər : Bizi idarə edən özümüz... - FOTO

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031