Xəbərlər
Hacıməmməd Məmmədov : AĞSAQQALLIQ YAŞIN DEYİL, MƏNƏVİ ZİRVƏNİN ADIDIR
Ahıl olmaq, ağsaqqal olmaq, ağbirçək olmaq...
İnsan ömrü qəribə bir yolçuluqdur. Bu yolda illər bir-birini əvəz edir, saçlara dən düşür, üzə qırışlar qonur, addımlar yavaşıyır, insan keçmişinə daha çox boylanır, yaşadıqlarını götür-qoy edir, dünənlə bu gün arasında müqayisələr aparır. Zaman hər kəsdən nələrisə alır, əvəzində ona təcrübə, xatirə, bəzən də müdriklik bəxş edir. Lakin zamanın hər insana verdiyi bu pay eyni olmur. Kimi illərlə yaşayır, amma həyatın mənasını dərk edə bilmir; kimi isə yaşadığı hər ilin, keçdiyi hər yolun, gördüyü hər hadisənin hikmətini anlayaraq ətrafındakılara örnək olur.
Elə buna görə də ahıl olmaq başqa, ağsaqqal olmaq başqadır. Yaşlanmaq təbiətin qanunudur, ağsaqqallaşmaq isə mənəvi kamilliyin sınağıdır. Ağbirçək olmaq da yalnız saçların ağarması, ömrün payızına çatmaq demək deyil. Bu, bir ailənin mənəvi dayağına, övladların güvənc yerinə, nəvələrin məhəbbət ünvanına, el-obanın xeyir-dua mənbəyinə çevrilməkdir.
Mən bu mövzu barədə düşünərkən bir həqiqəti dönə-dönə xatırlayıram: Alim olmaq da çətindir, insan olmaq isə, sanki, daha çətindir. Ağsaqqal olmaq da elə... Çünki alim olmaq üçün bilik, ağsaqqal olmaq üçün isə biliklə yanaşı, həyat təcrübəsi, vicdan, səbir, ədalət, təmkin, mərhəmət və böyük ürək lazımdır. İnsan çox şey öyrənə, çox kitab oxuya, yüksək vəzifələr tuta, böyük adlar qazana bilər. Ancaq bunların heç biri öz-özlüyündə onu kamil insan etmir. İnsanlığın həqiqi ölçüsü bildiklərimizdə deyil, bildiklərimizə necə əməl etməyimizdə, sahib olduqlarımızda deyil, başqalarına nə verə bilməyimizdədir.
Azərbaycan xalqının mənəvi dünyasında ağsaqqal və ağbirçək anlayışları həmişə xüsusi yer tutub. Azərbaycan dilinin izahlı lüğətində də “ağsaqqal” sözü yalnız saqqalı ağarmış, yaşlı adam mənasında deyil, ailənin, elin və cəmiyyətin hörmətli, nüfuzlu şəxsi mənasında işlənir. Tarixən ağsaqqalların mübahisələrin həllində, barışığın yaradılmasında, adət-ənənələrin qorunmasında və gənclərə yol göstərilməsində mühüm rolu olub.
Bu, təsadüfi bir ənənə deyildi. Həyatın çətinliklərini görmüş, zəhmətin, itkinin, sevincin, ayrılığın, sədaqətin və xəyanətin nə olduğunu yaşamış insanın təcrübəsi el üçün qiymətli sərvət sayılırdı. Ailələr arasında inciklik düşəndə, iki qonşu bir-biri ilə küsülü qalanda, gənclər həyatlarının mühüm qərarları qarşısında dayananda ağsaqqalın, ağbirçəyin sözünə ehtiyac duyulurdu. Çünki onların əsas vəzifəsi tərəflərdən birini alçaltmaq deyil, haqqı qorumaq, incik ürəkləri barışdırmaq, insanları ortaq məxrəcə gətirmək idi.
Xalqımızın “Ağsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar” deyimi də bu mənəvi düşüncənin ifadəsidir.
Ancaq bir məsələni dəqiq bilməliyik: ağsaqqallıq yalnız keçmişdən qalan bir adət, məclislərdə yuxarı başda oturmaq, hamının hörmət göstərməsini gözləmək, hər məsələdə son sözü demək hüququ deyil. Ağsaqqallıq məsuliyyətdir. O, insanın özünə deyil, başqalarına münasibətində üzə çıxır. Ağsaqqalın böyüklüyü qarşısındakı insanların kiçilməsində yox, onların özlərini dəyərli hiss etməsində görünür.
Əsl ağsaqqal elə insandır ki, onun gəlişi ilə məclisə sakitlik, sözü ilə aydınlıq, davranışı ilə ibrət, varlığı ilə güvən gəlir. O, insanların arasında qorxu yaratmır, inam yaradır. Heç kəsi özündən aşağı görmür, heç kimin qəlbini qırmağı özünə sığışdırmır. Öz hörmətini başqalarından tələb etməzdən əvvəl, öz davranışı ilə həmin hörmətə layiq olduğunu göstərir.
İnsan bəzən öz-özünə sual verməlidir: Ağarmış saçlarımız bizi ağsaqqal edirmi? Üzümüzdəki qırışlar, keçirdiyimiz illər, sahib olduğumuz vəzifələr, topladığımız sərvət, qazandığımız şöhrət bizi müdrik insan səviyyəsinə yüksəldirmi?
Xeyr! Bunlar insanın həyat yolunun nişanələridir, mənəvi kamilliyinin qəti sübutu deyil.
Elə adamlar var ki, yaşları yetmişi, səksəni ötür, amma bir uşağın sadə sualına səbir göstərmir, özündən zəifə yuxarıdan aşağı baxır, başqasının uğurunu həzm edə bilmir, kiçik bir narazılığa görə illərlə davam edən inciklik yaradır. Elələri də var ki, ömürlərinin ahıl çağında belə kin-küdurətdən uzaqdırlar, hər kəsə xoş söz söyləyir, gənclərin səhvini anlayışla qarşılayır, insanlara düzgün yol göstərirlər.
Deməli, ağsaqqallığın meyarı təqvim yaşı deyil, mənəvi yaşdır.
İnsanın saçları ağara bilər, amma qəlbi qarala da bilər. Əksinə, saçları hələ ağarmamış bir insanın düşüncəsi, davranışı, haqq-ədalətə münasibəti, başqalarının dərdinə şərik olmaq bacarığı ona el arasında böyük hörmət qazandıra bilər. Çünki müdriklik insanın başında gəzdirdiyi illərin deyil, qəlbində daşıdığı həqiqətlərin məhsuludur.
Ağsaqqal olmaq üçün ilk növbədə insan öz nəfsinə ağalıq etməyi bacarmalıdır. Öz qəzəbinə hakim ola bilməyən, tamahını cilovlaya bilməyən, haqsız qazancdan çəkinməyən, öz səhvini etiraf etməyi bacarmayan insan başqalarına necə yol göstərə bilər? Öz evində ədaləti qoruya bilməyən, övladları arasında ayrı-seçkilik edən, birinin dərdinə yanıb digərinin göz yaşına biganə qalan adam elin ağsaqqalı adını necə daşıya bilər?
Əsl ağsaqqal ilk növbədə özünün mənəvi hesabatını aparmalıdır. O, başqalarının nöqsanını axtarmaqdan əvvəl öz davranışına nəzər salmalı, dediyi sözlə etdiyi əməlin bir-birinə uyğun olub-olmadığını düşünməlidir. Çünki insanın ən çətin imtahanı başqalarını mühakimə etmək deyil, özünü ədalətlə mühakimə edə bilməkdir.
Ağsaqqalın sözü adi söz deyil. Onun hər kəlməsi bir insanın düşüncəsinə, bir ailənin münasibətinə, bəzən də iki nəslin gələcəyinə təsir göstərə bilər. Buna görə də ağsaqqal danışanda sözünün çəkisini, susanda isə susmağının nəticəsini düşünməlidir.
Əsl ağsaqqal hər məsələyə qarışan, hər kəsin sözünü yarımçıq kəsən, öz fikrini mütləq həqiqət sayan adam deyil. O, əvvəlcə dinləməyi bacarmalıdır. Çünki dinləmədən hökm vermək, bütün tərəfləri eşitmədən qərar çıxarmaq ədalətə deyil, tələskənliyə xidmət edir.
İki insan arasında mübahisə yaranıbsa, ağsaqqalın vəzifəsi qohumluğa, var-dövlətə, vəzifəyə, şəxsi münasibətlərə görə tərəf tutmaq deyil. Kimin haqlı olduğunu vicdanla araşdırmaq, haqsızın haqsızlığını incitmədən göstərmək, haqlının haqqını qorumaqdır. Ədalət dostluqdan, qohumluqdan, şəxsi mənafedən üstün tutulmayanda ağsaqqal sözü öz kəsərini itirir.
Ağsaqqalın hikməti bəzən bir neçə cümlədə, bəzən də vaxtında söylənməyən bir sözdədir. Elə məqam olur ki, qəzəbli insana sərt cavab vermək əvəzinə susmaq, hirsli gəncin üstünə getmək əvəzinə onu sakitləşdirmək, bir ailənin sirrini məclisə çıxarmaq əvəzinə onu qorumaq daha böyük müdriklikdir.
Ancaq susmaq hər zaman müdriklik deyil. Haqsızlıq qarşısında susmaq, zəifin haqqı tapdalananda üz çevirmək, bir insanın namusuna, ləyaqətinə toxunulanda kənarda dayanmaq ağsaqqallığa yaraşmaz. Əsl ağsaqqal nə vaxt danışmağı, nə vaxt susmağı, nə vaxt müdaxilə etməyi, nə vaxt insanlara öz qərarlarını vermək imkanı yaratmağı bacarmalıdır.
Onun sözü qılınc kimi yaralamamalı, tərəzi kimi haqqı ölçməli, çıraq kimi yolu işıqlandırmalıdır.
Ağsaqqallıqdan danışarkən ağbirçəklik haqqında susmaq mümkün deyil. Çünki ailənin mənəvi dayaqları çox vaxt bir-birini tamamlayan iki qüvvədən — ağsaqqalın müdrikliyindən və ağbirçəyin mərhəmətindən, həyat təcrübəsindən və ana qayğısından güc alır.
Ağbirçək yalnız övlad böyüdən, nəvə sevən, ailə ocağını qoruyan qadın deyil. O, nəsillərin yaddaşını yaşadan, ailə üzvləri arasında mənəvi körpü yaradan, keçmişin təcrübəsini gələcəyə ötürən bir ömür məktəbidir.
Onun böyüklüyü hər kəsin işinə qarışmasında deyil, ailənin birliyini qorumasında; gəlinlə qız arasında fərq qoymamasında; nəvələrini bir-birindən ayırmamasında; incimiş ürəkləri yumşaltmasında; övladlarına sevginin yanında ədaləti də öyrətməsindədir.
Əsl ağbirçək ailədə öz sözünü başqalarını susdurmaqla deyil, öz nümunəsi ilə qəbul etdirir. O, keçmişin adət-ənənələrini qoruyarkən zamanın dəyişdiyini də anlayır, gənclərin fərqli düşüncələrinə düşmən münasibət bəsləmir. Hər yeni fikri pozğunluq, hər fərqli davranışı hörmətsizlik saymır. Çünki müdriklik yalnız keçmişi bilmək deyil, bu günü də düzgün anlamaqdır.
Ağbirçək qəlb sındıran deyil, qəlb alan; kin saxlayan deyil, barışığa yol açan; ailədə söz-söhbəti böyüdən deyil, onu aradan qaldıran insan olmalıdır. Onun xeyir-duası ailənin sevincinə, nəsihəti çətin günlərin təsəllisinə çevrilməlidir.
Ana ürəyinin böyüklüyü elə bundadır: öz övladını sevdiyi qədər başqasının övladının da ağrısını anlamaq, öz ailəsinin xoşbəxtliyini istədiyi qədər başqalarının da xoşbəxtliyinə sevinmək.
Bəzən insan el içində hörmətli görünür, məclislərdə sözü dinlənilir, haqqında xoş sözlər söylənilir. Amma öz evinə daxil olanda həmin hörmətin izini tapmaq çətin olur. Övladları ondan çəkinir, həyat yoldaşı onun sərtliyindən inciyir, nəvələri yanında rahat danışa bilmir.
Belə bir vəziyyət bizi düşündürməlidir: İnsan başqalarına yaxşı görünməklə yaxşı insan ola bilərmi?
Ağsaqqallığın ilk sınağı ailədə başlayır. Çünki insanın həqiqi siması çox vaxt yadların yanında deyil, ən yaxınlarının qarşısında üzə çıxır. Öz övladının fikrinə hörmət etməyən, həyat yoldaşının əməyini qiymətləndirməyən, nəvələrinin suallarına səbirsizlik göstərən adamın el içində qazandığı hörmət mənəvi baxımdan yarımçıqdır.
Əsl ağsaqqal övladlarının səhvini onların başına qaxınc etmir, keçmişdə etdiyi yaxşılıqları minnətə çevirmir. “Mən sizi böyütmüşəm”, “mənim zəhmətimlə bu günə çatmısınız” deyərək hər fürsətdə özünü xatırlatmır. Çünki valideynlik borcdur, sevgi isə hesab-kitabla ölçülmür.
Övladlar böyüyür, öz ailələrini qurur, həyat haqqında öz qənaətlərini formalaşdırırlar. Ağsaqqal bunu qəbul etməli, onların həyatına müdaxilə ilə qayğı arasındakı fərqi anlamalıdır. Məsləhət vermək başqa, hər addımı idarə etmək başqadır. Qayğı göstərmək başqa, insanın azadlığını əlindən almaq başqadır.
Övladına yol göstərən ata onun qarşısına sədd çəkməməli, düzgün yol seçməsinə kömək etməlidir. Ağbirçək də ailədə öz nüfuzunu qorumaq naminə gənclərin sevincini, arzularını, seçimlərini boğmamalıdır.
Ailənin böyüyü olmaq hökmranlıq deyil, himayəçilikdir. Hörmətin ən möhkəm təməli qorxu deyil, sevgidir.
Alimlik, insanlıq və ağsaqqallıq
Bu gün cəmiyyətimizdə bilikli, savadlı, müxtəlif sahələrdə uğur qazanmış insanların sayı az deyil. Elm öyrənmək, peşə sahibi olmaq, yüksək nailiyyətlər əldə etmək insanın inkişafı üçün mühüm şərtlərdəndir. Ancaq biliklə mənəviyyat, uğurla insanlıq, vəzifə ilə vicdan həmişə yanaşı addımlamır.
İnsan çox şey bilə bilər, amma bildiklərindən başqalarını alçaltmaq üçün istifadə edə bilər. Böyük sərvət sahibi ola bilər, amma ehtiyacı olanın dərdinə şərik çıxmaya bilər. İllərlə rəhbər vəzifədə çalışa bilər, amma özündən asılı olan insanın ləyaqətini qoruya bilməz. Belə olduqda, əldə edilən nailiyyətlərin insanın mənəvi kamilliyinə çevrildiyini söyləmək çətindir.
Alimlik ağlın qüdrətidirsə, insanlıq qəlbin və vicdanın sınağıdır. Ağsaqqallıq isə bu iki keyfiyyətin həyat təcrübəsi, məsuliyyət və ədalətlə birləşməsini tələb edir.
Ağsaqqal hər sahənin alimi olmaya bilər, amma insanın ağrısını anlamağı bacarmalıdır. O, bütün sualların cavabını bilməyə bilər, lakin bilmədiyi məsələdə qəti hökm verməməlidir. Səhv etdikdə bunu etiraf etməli, gəncin doğru fikrini qəbul etməkdən çəkinməməlidir.
Bəzən insanın ən böyük müdrikliyi “Mən yanılmışam” deyə bilməsində görünür. Çünki öz səhvini etiraf etmək kiçiklik deyil, mənəvi böyüklükdür.
Əsl ağsaqqal yaşını özünə toxunulmazlıq sənədi hesab etməməlidir. “Mən böyüyəm, deməli, həmişə haqlıyam” düşüncəsi müdrikliyin deyil, özündənrazılığın əlamətidir. Yaşlı insan da səhv edə bilər, gənc də haqlı ola bilər. Əsas məsələ kimin yaşlı, kimin cavan olması deyil, kimin həqiqətə daha yaxın dayanmasıdır.
Hörmət tələb etməklə deyil, qazanılmaqla dəyərli olur. İnsan özünə hörmət göstərilməsini istəyə bilər, lakin başqalarının qəlbində həqiqi nüfuz yaratmaq üçün davranışına, sözünə və əməlinə cavabdeh olmalıdır.
Əsl ağsaqqal:
— Sözünün sahibi olmalı, verdiyi vədə əməl etməlidir.
— Haqqı müdafiə etməli, haqsızlıqdan şəxsi mənfəət naminə yan keçməməlidir.
— Varlı ilə kasıb, vəzifəli ilə vəzifəsiz, öz qohumu ilə yad insan arasında ədalətsiz fərq qoymamalıdır.
— Gəncləri alçaltmamalı, onların səhvlərini ibrət dərsinə çevirməli, təcrübəsini təhqir vasitəsi kimi işlətməməlidir.
— Başqalarının sirrini qorumalı, ailə münaqişələrini dedi-qoduya çevirməməli, barışıq üçün çalışmalıdır.
— Özündən kiçiklərin uğuruna sevinməli, onların nailiyyətini qısqanclıqla qarşılamamalıdır.
— Zəhmətə hörmət etməli, halal qazancı uca tutmalı, tamahdan və haqsız mənfəətdən uzaq dayanmalıdır.
— Öz ailəsinə, elinə, vətəninə bağlı olmalı, milli-mənəvi dəyərləri yalnız sözlə deyil, əməllə yaşatmalıdır.
— Ən nəhayət, insanın ləyaqətini hər şeydən üstün tutmalıdır.
Bunlar kağız üzərində yazılması asan, həyatda yerinə yetirilməsi isə böyük iradə tələb edən prinsiplərdir. Ağsaqqallığın çətinliyi də bundadır: insan başqalarına nəsihət verdiyi kimi özünə də tələbkar olmalıdır. O, hər gün öz davranışını mənəvi tərəzidə ölçməli, “Mənim sözüm kiməsə fayda verdimi? Mənim davranışım kiminsə qəlbini qırdımı? Haqqın yanında dayandım, yoxsa öz rahatlığımı seçdim?” suallarına vicdanla cavab verməlidir.
Ağsaqqallıq bir günlük davranış deyil, ömür boyu davam edən məsuliyyətdir.
Gənclər ağsaqqaldan nə gözləyirlər?
Gənclər yalnız nəsihət eşitmək istəmirlər. Onlar böyüklərin dediklərinin əməllərində də əksini görmək istəyirlər. Əgər ağsaqqal dürüstlükdən danışıb özü yalan danışırsa, zəhməti uca tutub zəhmətsiz qazancın arxasınca gedirsə, ədalətdən danışıb şəxsi marağı naminə haqsızlığa göz yumursa, onun sözünün təsir gücü azalacaq.
Uşağa və gəncə verilən ən güclü tərbiyə şəxsi nümunədir. Bir ata oğluna “yalan danışma” deməklə kifayətlənməməli, özü də yalandan uzaq dayanmalıdır. Bir ağsaqqal gənclərə “böyüklərə hörmət edin” deyirsə, özü də kiçiklərin fikrinə hörmət göstərməlidir. Bir ağbirçək ailədə mehribanlıq istəyirsə, öz davranışı ilə mehribanlığın nümunəsini yaratmalıdır.
Gəncləri yalnız tənqid etmək asandır. Onları anlamaq, narahatlıqlarını dinləmək, dəyişən dünyanın çətinliklərini nəzərə almaq isə daha çox səbir və müdriklik tələb edir.
Əlbəttə, hər yeniliyi qəbul etmək də, hər köhnə ənənəni kor-koranə qorumaq da düzgün yanaşma deyil. Hər dövrün öz reallığı var. Dəyişən həyat şəraitində insanlığın, ədalətin, dürüstlüyün, ailə məsuliyyətinin və qarşılıqlı hörmətin qorunması əsas məqsəd olmalıdır.
Əsl ağsaqqal keçmişi bu günün qarşısına sədd kimi çəkmir. O, keçmişin müsbət təcrübəsini gələcəyin yolunu işıqlandıran çırağa çevirir. Gənclərə yalnız “bizim vaxtımızda belə idi” demir, həm də “bu gün sizin qarşınızda hansı çətinliklər dayanır, gəlin birlikdə düşünək” deyə müraciət edir.
Çünki nəsillər arasında körpü qurmaq, uçurum yaratmaqdan qat-qat çətindir.
Bəzən yaşlı insan düşünür ki, ömrün çoxunu yaşayıb, zəhmət çəkib, övlad böyüdüb, deməli, artıq ondan heç nə tələb olunmamalıdır. Halbuki insanın yaşa dolması onun mənəvi məsuliyyətini azaltmır, əksinə, artırır. Çünki onun hər davranışı gənclər üçün bir nümunəyə çevrilə bilər.
Bu, ahıl insanın qüsursuz olmalı olduğu anlamına gəlmir. Heç kim qüsursuz deyil. Ağsaqqal da yorula, inciyə, yanılıb səhv edə bilər. Əsas məsələ səhvini görmək, düzəltməyə çalışmaq, qəlb qırıbsa üzr istəmək, haqqını tapdalayıbsa onu bərpa etmək iradəsinə sahib olmaqdır.
İnsanı ucaldan heç vaxt səhv etməməsi deyil, səhvi ilə üzləşməkdən qaçmamasıdır.
Ağsaqqalın nüfuzu da elə buradan başlayır. İnsanlar onun yanında özlərini sərbəst hiss edirlərsə, dərdlərini çəkinmədən söyləyə bilirlərsə, ondan məsləhət alarkən alçaldılmayacaqlarına inanırlarsa, deməli, həmin insan həqiqi mənəvi nüfuz qazanıb.
Ağsaqqalın qapısı yalnız imkanlıların üzünə açıq olmamalıdır. Ehtiyaclı, kimsəsiz, dərdli, köməyə möhtac insan da həmin qapıdan ümidlə içəri girə bilməlidir. Ağbirçəyin xeyir-duası da yalnız öz övladlarına deyil, mərhəmətə ehtiyacı olan hər kəsə ünvanlanmalıdır.
İnsanların ən çox ehtiyac duyduğu şey bəzən pul, mal, mülk deyil; onları dinləyən bir ürək, doğru yol göstərən bir söz, dar günündə yanında dayanan etibarlı bir insandır. Əsl ağsaqqalın sərvəti də elə budur.
Əziz oxucular, ağsaqqallıqdan danışarkən bir həqiqəti unutmamalıyıq: sabahın ağsaqqalları bu günün gəncləri, bu günün valideynləri, müəllimləri, ziyalıları, zəhmət adamları arasından yetişəcək. Əgər biz bu gün uşaqlara dürüstlük öyrətmiriksə, sabah onlardan dürüst ağsaqqallıq gözləmək çətin olacaq. Əgər bu gün gənclərə başqasının haqqına hörmət etməyi aşılamırıqsa, sabah onların ədalətli qərarlar verəcəyinə necə əmin ola bilərik?
Ağsaqqallıq yaşlı nəslin müstəsna hüququ deyil, bütün cəmiyyətin mənəvi inkişafı ilə bağlı məsələdir. Bu gün öz davranışı ilə başqalarına nümunə olan gənc də sabahın müdrik ağsaqqalına çevrilə bilər. Eyni zamanda, ömrünün ahıl çağında belə insanlığın sadə qaydalarını mənimsəyə bilməyən adam yalnız yaşına görə bu mənəvi zirvəyə yüksəlmiş sayılmaz.
Odur ki, ağsaqqallıq tərbiyəsi uşaqlıqdan başlamalıdır. Ailədə dürüstlük, məktəbdə ədalət, cəmiyyətdə məsuliyyət, əməkdə vicdan, münasibətlərdə sədaqət, insanlara yanaşmada mərhəmət əsas dəyərlər olmalıdır.
Bu dəyərlər qorunarsa, sabah yalnız saçları ağarmış insanlar deyil, müdrikliyi ilə seçilən ağsaqqallar, mərhəməti ilə seçilən ağbirçəklər yetişər.
Biz gələcək nəsillərə təkcə ev, torpaq, sərvət, ad-san qoyub getməməliyik. Onlara etibarlı söz, təmiz ad, halal zəhmət, ədalətli davranış və insanlığa sədaqət nümunəsi də miras qoymalıyıq. Çünki maddi sərvət tükənə bilər, vəzifələr dəyişə bilər, şöhrət unudula bilər. Ancaq bir insanın yaxşılığı, verdiyi xeyir-dua, barışdırdığı ailələr, kömək etdiyi insanlar, yetişdirdiyi övladlar yaddaşlarda yaşamaqda davam edir.
Nəticə: Ağsaqqallığın ağlığı qəlbdən başlayır
Ömrün payızına çatmaq hər kəsə qismət ola bilər, amma müdriklik zirvəsinə yüksəlmək hər kəsə nəsib olmur. Ağarmış saçlar ömrün şahididir, ağarmış vicdanın deyil. İnsanın həqiqi ağlığı onun qəlbinin təmizliyində, niyyətinin saflığında, sözünün bütövlüyündə, haqq qarşısında əyilməməsindədir.
Ağsaqqal olmaq üçün yalnız yaşamaq kifayət deyil; yaşadıqlarından nəticə çıxarmaq, öz səhvlərindən öyrənmək, başqalarının dərdinə şərik olmaq, zəifin əlindən tutmaq, haqsızın qarşısında susmamaq, gənclərin yoluna işıq salmaq lazımdır. Ağbirçək olmaq üçün yalnız övlad böyütmək deyil, mərhəmət böyütmək, ailədə birlik yaratmaq, insanları bir-birinə yaxınlaşdırmaq, nəslin mənəvi yaddaşını qorumaq gərəkdir.
Mənim qənaətimcə, əsl ağsaqqal özündən sonra haqqında neçə xoş söz deyildiyi ilə deyil, neçə insanın həyatında yaxşı iz qoyduğu ilə ölçülməlidir. Əsl ağbirçək də neçə məclisdə başda oturduğu ilə deyil, neçə qəlbə sevgi, neçə ailəyə mehribanlıq, neçə nəslə mənəvi dayaq bəxş etdiyi ilə dəyərləndirilməlidir.
Unutmayaq: ağsaqqalın böyüklüyü yaşında deyil, ədalətində; ağbirçəyin ucalığı mövqeyində deyil, mərhəmətində; insanın dəyəri isə sahib olduğu adlarda deyil, əməllərindədir.
Ağsaqqal olmaq — yaşın deyil, ağlın, vicdanın və ürəyin işidir. Ağbirçək olmaq — saçın deyil, mərhəmətin, səbrin və mənəvi saflığın ucalığıdır. İnsan olmaq isə bütün bu dəyərləri ömür boyu qoruyub saxlamaqdır.
Sabahımızı düşünürüksə, bu gün ağsaqqallığın və ağbirçəkliyin həqiqi mənasını yaşatmalıyıq. Çünki elin ağsaqqalı varsa, sözün çəkisi, elin ağbirçəyi varsa, xeyir-duanın bərəkəti var. Onların hər ikisi varsa və öz adlarını əməlləri ilə doğruldurlarsa, həmin ailənin də, həmin elin də sabaha aparan mənəvi yolu işıqlıdır.

Ağsaqqal kimdir?

Saçın ağı, yoxsa vicdanın işığı?

Ağsaqqalın sözü də, susmağı da məsuliyyətdir

Ağbirçəkliyin hikməti

Ağsaqqalın ən böyük imtahanı öz ailəsidir

Ağsaqqal nüfuzu necə qazanılır?

Ağsaqqal olmaq — yük deyil, şərəfli borcdur
Bəzən yaşlı insan düşünür ki, ömrün çoxunu yaşayıb, zəhmət çəkib, övlad böyüdüb, deməli, artıq ondan heç nə tələb olunmamalıdır. Halbuki insanın yaşa dolması onun mənəvi məsuliyyətini azaltmır, əksinə, artırır. Çünki onun hər davranışı gənclər üçün bir nümunəyə çevrilə bilər.
Bu, ahıl insanın qüsursuz olmalı olduğu anlamına gəlmir. Heç kim qüsursuz deyil. Ağsaqqal da yorula, inciyə, yanılıb səhv edə bilər. Əsas məsələ səhvini görmək, düzəltməyə çalışmaq, qəlb qırıbsa üzr istəmək, haqqını tapdalayıbsa onu bərpa etmək iradəsinə sahib olmaqdır.
İnsanı ucaldan heç vaxt səhv etməməsi deyil, səhvi ilə üzləşməkdən qaçmamasıdır.
Ağsaqqalın nüfuzu da elə buradan başlayır. İnsanlar onun yanında özlərini sərbəst hiss edirlərsə, dərdlərini çəkinmədən söyləyə bilirlərsə, ondan məsləhət alarkən alçaldılmayacaqlarına inanırlarsa, deməli, həmin insan həqiqi mənəvi nüfuz qazanıb.
Ağsaqqalın qapısı yalnız imkanlıların üzünə açıq olmamalıdır. Ehtiyaclı, kimsəsiz, dərdli, köməyə möhtac insan da həmin qapıdan ümidlə içəri girə bilməlidir. Ağbirçəyin xeyir-duası da yalnız öz övladlarına deyil, mərhəmətə ehtiyacı olan hər kəsə ünvanlanmalıdır.
İnsanların ən çox ehtiyac duyduğu şey bəzən pul, mal, mülk deyil; onları dinləyən bir ürək, doğru yol göstərən bir söz, dar günündə yanında dayanan etibarlı bir insandır. Əsl ağsaqqalın sərvəti də elə budur.
Sabahın ağsaqqalları bu gün yetişir