Şəhid Azad Hünbətovun əziz xatirəsi ehtiramla yad edildi

Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Şəhidlərimizin həyat yolu, döyüş hünəri, Vətənə sədaqəti gələcək nəsillər üçün örnək, ailələrinin göstərdiyi fədakarlıq isə milli mənəviyyatımızın ən müqəddəs səhifələrindəndir. Onların adını yaşatmaq, keçdikləri şərəfli yolu gənc nəslə tanıtmaq hər birimizin mənəvi borcudur.
Oktyabrın 26-da şəhid Azad Hünbətovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri liseydə keçirilib. Oktyabrın 27-də isə şəhidin ailə üzvləri, yaxınları, dostları, ali təhsil aldığı qrup yoldaşları və iş yoldaşları Şəhidlər xiyabanında onun məzarını ziyarət edərək qəhrəmanın xatirəsini ehtiramla yad ediblər. Hər iki tədbir şəhidin unudulmaz xatirəsinə bəslənən dərin hörmətin, Vətən uğrunda canından keçənlərə olan sonsuz minnətdarlığın ifadəsinə çevrilib.Anım mərasimində şəhidin atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hünbətov və anası Lalə xanım iştirak ediblər. Övladlarının xatirəsinə həsr olunmuş tədbirdə onların iştirakı mərasimin duyğusal anlarını daha da təsirli edib. Övlad itkisi ilə qəlblərində sağalmaz yara daşıyan valideynlər üçün belə tədbirlər həm kədərin, həm də qürurun ifadəsidir. Çünki şəhid valideynləri Vətənə qəhrəman oğul bəxş etməyin ağrısını yaşasalar da, övladlarının adının ehtiramla çəkildiyini, xatirəsinin yaşadıldığını görməkdən mənəvi təsəlli tapırlar.Tədbirdə çıxış edənlər Azad Hünbətovun döyüş yolundan, Vətənə bağlılığından, şəxsi keyfiyyətlərindən və əziz xatirələrindən söz açıblar. Şəhidin atası Arif Hünbətov və anası Lalə xanım sevimli övladları ilə bağlı xatirələrini bölüşərək onun ailədəki yerindən, əzizliyindən və yaddaşlarında yaşatdıqları unudulmaz anlardan danışıblar. Valideynlərin dilindən səslənən xatirələr tədbir iştirakçılarını kövrəldib, hər kəsə şəhidliyin arxasında dayanan böyük bir ailə sevgisini, həsrətini və qürurunu bir daha xatırladıb.Liseyin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Hüseynova, təlim-tərbiyə işləri üzrə direktor müavini və Azadın sinif rəhbəri olan Atlaz Zeynalova, dil və ədəbiyyat müəllimi, “Xəzərin sahilində bir gün” əsərinin müəllifi Tamara Məmmədova, musiqi müəllimi Gülbəniz Muxtarova və digər iştirakçılar şəhidlərin xatirəsinin yaşadılmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıblar.
Anım mərasimi şagirdlərin ifasında səslənən şeirlər, mahnılar və musiqili proqramla davam edib. Şəhid Azad Hünbətovun xatirəsinə həsr olunan bədii kompozisiya, səslənən nəğmələr və təqdim edilən tamaşa tədbirə xüsusi məna qatıb. Şagirdlərin ifasında şəhidə həsr olunmuş şeir və mahnılar zalda kövrək, eyni zamanda qürurverici ovqat yaradıb. Onların səsində Vətən sevgisi, şəhidlərə ehtiram və qəhrəmanlarımızın xatirəsini yaşatmaq əzmi duyulub.Proqram çərçivəsində səsləndirilən “Mərd Komandir” və “Zəfər nəğməsi” mahnıları da iştirakçıların diqqətini cəlb edib. Hər iki mahnının musiqisi Gülbəniz Muxtarovaya, sözləri isə Atlaz Zeynalovaya məxsusdur. Bədii proqramın hazırlanmasında müəllimlərin və şagirdlərin birgə əməyi, onların şəhid xatirəsinə göstərdikləri həssas münasibət xüsusi qeyd olunmağa layiqdir.
Tədbirdə 7Ç sinif şagirdi Səkinə Kamilin iştirakı da diqqət çəkib. Layihənin rəhbəri, informatika müəllimi Nuranə İbrahimxəlilovanın rəhbərliyi ilə hazırlanan proqram şagirdlərin yaradıcılıq imkanlarının üzə çıxarılması və onların milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi baxımından əhəmiyyət daşıyıb.Anım mərasiminin digər mühüm məqamı şəhidin ali təhsil aldığı dövrdəki qrup yoldaşlarının, dostlarının və iş yoldaşlarının tədbirdə iştirak etməsi olub. Onlar Azadla bağlı xatirələrini bölüşərək onun həyat yolunun, dostluq münasibətlərinin və insan kimi dəyərinin yaddaşlarda yaşadığını göstəriblər. Bu iştirak bir daha sübut edib ki, şəhidlər yalnız ailələrinin deyil, bütöv bir xalqın övladlarıdır.
Oktyabrın 27-də Şəhidlər xiyabanında keçirilən məzarüstü ziyarət isə anım tədbirlərinin mənəvi davamı olub. Şəhidin ailə üzvləri, yaxınları, dostları, qrup yoldaşları və iş yoldaşları onun məzarı önündə bir araya gələrək əziz xatirəsini yad ediblər. Məzarüstü ziyarətdə səslənən xatirələr, edilən dualar və göstərilən ehtiram şəhidin unudulmadığını, adının sevgi və qürurla yaşadıldığını bir daha nümayiş etdirib.Bu iki günlük anım tədbiri təkcə bir şəhidin xatirəsinə ehtiram mərasimi deyil, həm də gənc nəslə ünvanlanan mənəvi çağırışdır. Şagirdlərin şəhidlər haqqında öyrənməsi, onların qəhrəmanlıq tarixini dərk etməsi, müəllimlərin və valideynlərin bu istiqamətdə birgə fəaliyyət göstərməsi milli yaddaşımızın qorunmasına xidmət edir.Şəhid Azad Hünbətovun xatirəsi onu sevənlərin qəlbində, ailəsinin yaddaşında, dostlarının xatirələrində və Vətənə sədaqət ruhunda böyüyən gənclərin düşüncələrində yaşamaqda davam edəcək. Şəhidlər fiziki olaraq aramızdan getsələr də, onların adı, əməlləri və Vətən sevgisi zamanın sınağından keçərək əbədiyyətə qovuşur. Şəhidlər ölmürlər yaşayırlar — onlar xalqın yaddaşında, Vətənin tarixində və gələcək nəsillərin qəlbində yaşayır....













ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR
Müəllif: Zülfiyyə İsmayılova
Yazıçı,şair-publisist
Ağsaqqallar şurasının idarə heyəti. JB üzvü LVİNB-nin bölgə sədri .

Son xəbərlər

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

“Alovlu Keçi” ili gəlir: Nə vəd edir?

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031