Xəbərlər
28.10.2026, 00:48
Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb
Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununda qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi səfərdə Danimarkanın “Holte” komandası ilə qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Setlər 25:14, 26:24, 22:25, 25:22 hesabları ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




