Xəbərlər
28.10.2026, 01:03
Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Sübhün nəğməsini duyuram,bəh-bəh!
Qatıb bir-birinə min tür ahəngi.
Dağlar qarşılıqlı rabitəçidir,
Quşlar təbiətin telefon zəngi.
Çiçəklər ürəyi kövrək uşaq tək,
Sanıram bir acı sözə küsərlər.
Gəlin hər çiçəyə bir şeir yazaq,
Biganə yanaşsaq bizə küsərlər.
Dağları bürüyür mehriban duman,
Otların üstündə çən gözəlləşir.
Qaranquş ağzında saman çubuğu,
Sərçə dodağında dən gözəlləşir.
İnsan idrakına sığmır yaranış,
Necə möhtəşəmdir, necə qəlizdir.
Qüsurlu olanlar biz insanlarıq,
Allahın hər işi heyrətamizdir!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





