Xəbərlər
27.10.2026, 22:53
İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi
“Fənərbaxça” baş məşqçi İsmail Kartal ilə yollarını ayırdığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul klubunun yaydığı rəsmi bəyanatda qeyd olunub:
“Baş məşqçimiz İsmail Kartal vəzifəsindən ayrılmaq qərarını rəhbərliyimizlə bölüşmüş və aparılan danışıqlar nəticəsində bu qərar qarşılıqlı anlayış və hörmət çərçivəsində qiymətləndirilmişdir. Klubumuza verdiyi əməyə, göstərdiyi fədakarlığa və “Fənərbaxça”ya olan bağlılığına görə İsmail Kartala təşəkkür edirik. Ona bundan sonrakı karyerasında uğurlar arzulayırıq”.
Məlumat üçün bildirək ki, iyunun 18-də dördüncü dəfə “Fənərbaxça”nın sükanı arxasına keçən 65 yaşlı mütəxəssis bu dövrdə komandanı 18 matça çıxarmışdı. Təcrübəli məşqçi 9-u UEFA Çempionlar Liqası, 9-u isə Türkiyə Super Liqası olmaqla keçirdiyi 18 qarşılaşmada 9 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət yaşayıb.
Məlumata görə, “Fənərbaxça” rəhbərliyi növbəti “Göztepe” matçında komandanı Dirk Kuyta həvalə etməyi planlaşdırır. “Sarı-lacivərdlilər”in baş məşqçi postuna əsas namizədin isə Vinçenzo Montella olduğu bildirilir.
Xatırladaq ki, İ. Kartal “Fənərbaxça”ya 2014-2015, 2021-2022, 2023-2024 və 2026-2027 mövsümlərində baş məşqçilik edib. O, bu vəzifəyə sonuncu dəfə 2026-cı ilin iyununda gətirilsə də, Çempionlar Liqasında “Roma” ilə debüt matçının ardından istefa vermiş, amma klub prezidenti Əziz Yıldırım buna mane olmuşdu. Lakin “Qalatasaray”a sonuncu məğlubiyyətdən sonra təcrübəli mütəxəssis artıq birdəfəlik klubu tərk edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




