Xəbərlər
28.10.2026, 00:35
İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı
ABŞ Prezidenti Donald Tramp İranı "ağılsız ölkə" adlandırıb.
"Unikal" xəbər verir ki, o, irana hücum qərarının ən doğru qərar olduğunu bildirib.
"Kimsə məndən soruşmuşdu ki: "Əgər qərarı yenidən verməli olsaydın, İrana yenidən zərbə vurardınmı?" Mən cavab verdim: "Əlbəttə. Bu, həyatımın ən böyük nailiyyətlərindən biridir". Uzunmüddətli qazanc üçün qısamüddətli çətinliklərdir. Tezliklə özünüzdən soruşacaqsınız: "Benzin qiymətlərinə nə oldu? Niyə bu qədər ucuzdur?! Almaniya yaşıl enerjiyə keçməyə çalışdı. Digər ölkələr də cəhd etdilər. Sonda hamısı özlərini iflas həddində tapdılar. Əgər Almaniya kursunu dəyişməsəydi, ondan heç nə qalmazdı", - deyə Tramp bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




