Bakı Təşəbbüs Qrupu Fransanın Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan islahatı rədd etməsini pisləyib.

"Unikal" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasovun Fransa Senatının Korsikanın muxtariyyətinə dair konstitusiya islahatını rədd etməsi ilə bağlı mətbuata açıqlamasında bildirilib.

"Bakı Təşəbbüs Qrupu olaraqFransa Senatının Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd etməsini qətiyyətlə pisləyirik. Bu qərar Fransa siyasi dairələrində hələ də hökm sürən müstəmləkəçi təfəkkürün, Korsika xalqının iradəsinə göstərilən açıq hörmətsizliyin və rəsmi Parisin Xalqların öz müqəddəratını təyin etmək hüququ haqqında bəyanatları ilə faktiki siyasəti arasındakı dərin uçurumun növbəti təzahürüdür. 2026-cı il oktyabrın 26-sı Fransa senatında baş verənlər bir daha göstərdi ki, Makron rejimi Korsika xalqının öz siyasi gələcəyini müəyyənləşdirmək, milli kimliyini qorumaq və öz torpağında özünüidarə hüququna sahib olmaq istəyini qəbul etmək istəmir", - deyə A. Abbasov bildirib.

O qeyd edib ki, dörd ildən artıq davam edən siyasi danışıqların, əldə olunmuş razılaşmaların və Korsikanın demokratik yolla seçilmiş nümayəndələrinin ifadə etdiyi iradənin bu şəkildə heçə sayılması qəbuledilməzdir:

"Xüsusilə, korsikalıların özünəməxsus tarixi, dil və mədəni kimliyinin, eləcə də doğma torpaqları ilə xüsusi bağlılığının tanınmasını nəzərdə tutan müddəaların qanun layihəsindən çıxarılması Fransa siyasi elitasının Korsika xalqının kollektiv kimliyini tanımaqdan nə dərəcədə çəkindiyini nümayiş etdirir.

Fransa bir tərəfdən dünyaya demokratiya, insan hüquqları və xalqların azadlığı haqqında dərs keçməyə çalışır, digər tərəfdən isə öz əsarəti altında saxladığı ərazilərdə xalqların ən elementar siyasi tələblərini belə təhlükə kimi görür.

Korsika xalqının muxtariyyət tələbinin Fransanın birliyinə təhlükə kimi qələmə verilməsi xüsusilə absurd görünür. Bir xalqın öz dilini, mədəniyyətini, tarixi kimliyini və siyasi səlahiyyətlərini qorumaq onların fundamental haqqıdır. Əsl təhlükə bu legitim tələblərin sistemli şəkildə rədd edilməsi və xalqların siyasi iradəsinin mərkəzi hakimiyyətin maraqlarına qurban verilməsidir".

"Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyətini Korsika xalqının legitim iradəsinə hörmət etməyə, onun siyasi, mədəni və dil hüquqlarını tanımağa, əldə olunmuş razılaşmalara sadiq qalmağa və muxtariyyət məsələsində real siyasi iradə nümayiş etdirməyə çağırır və beynəlxalq ictimaiyyəti, insan hüquqları təşkilatlarını və müvafiq beynəlxalq institutları Fransa dövlətinin Korsika xalqının legitim siyasi tələblərinə münasibətdə nümayiş etdirdiyi bu ədalətsizliyə laqeyd qalmamağa dəvət edir", - deyə A. Ababsov bildirib.

Son xəbərlər

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

“Alovlu Keçi” ili gəlir: Nə vəd edir?

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031