Makron Fransası beynəlxalq hüququ pozur - Korsika dilini məhdudlaşdırır - ŞƏRH


Fransada beynəlxalq hüquq və normaların pozulması adi hala çevrilib. Dünyada ən çox müstəmləkəçilik siyasəti yürüdən rəsmi Paris bu tarixi xəttə sadiq qalır. Ən çox hüququ pozulan yerlərdən biri də Korsikadır.

Fransa məhkəməsi Aralıq dənizindəki adanın yerli məclislərində Korsika dilinin istifadəsini qadağan edib ki, bu da onun müstəqillik hərəkatına zərbədir. Marsel İnzibati Apellyasiya Məhkəməsinin qərarında deyilir ki, ölkənin məclislərində fransız dilindən başqa hər hansı bir dilin istifadəsi konstitusiya ilə qadağandır.

Məhkəmə 1958-ci il Fransa Konstitusiyasından sitat gətirərək bildirib: "Respublikanın dili fransızcadır və dövlət qulluğunda olan hər kəs tərəfindən istifadə edilməlidir".

Fransada hələ də korsika, elzas, bask, breton və digərləri daxil olmaqla onlarla regional dildə danışılır. İnqilabdan bəri Fransa hökumətləri bu dilləri məhdudlaşdırmağa çalışıb, çünki onların Parisdən daha çox siyasi muxtariyyət istəyinə səbəb olduğu düşünülüb.

Keçən həftə prezident Emmanuel Makron "regional dillərin milləti bölmək üçün alət olduğunu" bəyan edib.
Makron Fransası beynəlxalq hüququ pozur - Korsika dilini məhdudlaşdırır - ŞƏRH

Korsika İcraiyyə Şurasının prezidenti Jil Simeonı və Məclisin sədri Mari-Antuanetta Mopertyui məhkəmənin qərarının əsas dil hüquqlarını qoruyan Avropa və beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Onlar öz xeyirlərinə Avropa İttifaqı yurisdiksiyasını səfərbər etməyə ümid edirlər və Korsika dilinə rəsmi status vermək üçün Fransa konstitusiyasının yenidən nəzərdən keçirilməsini tələb edirlər.

Korsikalılar öz dillərində danışmaq istəyirlər, lakin fransızlar tərəfindən buna icazə verilmir. Fransa korsikalıların bu davranışını özlərinə zidd hesab edirlər. Korsika dilində 150 min insan danışır. Burada ingilis dilində təhsil almağa icazə verilir, lakin Korsika dilinə icazə yoxdur.

Ümumiyyətlə, korsikalılarla Parisdəki mərkəzi hökumət arasındakı münasibətlər mürəkkəb və bəzən zorakı olub. 1998-ci ildə Fransanın Korsikadakı nümayəndəsi, prefekt Klod Erinyak küçədə güllələnib. Bu qətldə təqsirli bilinən İvan Kolonna 2022-ci ildə həbsxanada vəhşicəsinə hücuma məruz qalıb və sonradan aldığı xəsarətlərdən ölüb.

Bir məsələni də qeyd edək ki, Fransanın Korsikada yol verdiyi qanunsuzluqlar dəfələrlə Bakıda keçirilən beynəlxalq konfranslarda da qeyd edilib. Məsələn, Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları məsələsini bir neçə dəfə qaldırıb. Bildirilib ki, bu, Avropa dəyərlərinin və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Qeyd olunub ki, Fransa hökuməti bu məsələni həll etmək əvəzinə, dünyanın bir çox yerlərində, o cümlədən Qarabağdakı keçmiş separatçılara dəstək nümayişi ilə məşğul olmaq istəyir. Bu, Fransa Respublikasının azadlıq və qardaşlıq prinsiplərinin pozulmasıdır.
Makron Fransası beynəlxalq hüququ pozur - Korsika dilini məhdudlaşdırır - ŞƏRH

Korsika dilinin qadağan edilməsinə gəldikdə, bu, Fransanın təcavüzünün daha bir bariz göstəricisidir. Yuxarıda qeyd olunan qərar təkcə korsikalılarda deyil, beynəlxalq hüquqa hörmət edən Avropa ictimaiyyəti arasında da haqlı etirazlara səbəb olub. Fransa bu gün, sözün həqiqi mənasında, dini müstəmləkə siyasətinin mərkəzi kimi çıxış edir. Fransanın milli azlıqlara qarşı əsas prinsipləri pozması, bu istiqamətdə cinayətlərin törədilməsi geniş vüsət alıb. Korsika məsələsi məhz bu yöndə həyəcan təbilidir.

Fransanın Korsikadakı dövlət müəssisələrində yerli dilin qadağan edilməsilə bağlı qərarı insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Çünki korsikalılar fransız deyillər, onlar fərqli dilə, fərqli mədəniyyətə malikdirlər. Görünən odur ki, Fransa dövləti Korsikanı koloniya kimi idarə etməkdə qətiyyətlidir. Qərar Parisin radikal-milliyyətçi simasını ortaya çıxarır və bu, açıq şəkildə nümayiş olunur.

Ümumiyyətlə, Korsika dilinə fransız dili ilə eyni statusun verilməsi çağırışına görə Fransada siyasi məhbusa çevrilmiş fəallar kifayət qədərdir. Məsələn, İvan Kolonnanın öldürülməsinə görə iki həftə davam edən kütləvi iğtişaşlarda onlarla insanın xəsarət alması, polisin etirazçılara qarşı güc tətbiq etməsi isə korsikalıların daha kəskin mövqe tutmasına zəmin yaratdı.

Xatırladaq ki, Korsika əhalisinin kökünün kəsilməsi ilə əlaqəli Fransanın bir çox kolonist siyasəti olub. XVIII əsrdə Korsika adasının işğal edilməsi nəticəsində bu ərazilər Fransanın 24-cü vilayətinə çevrilib. Bununla belə, Korsika xalqının əhəmiyyətli bir hissəsi heç vaxt özlərini fransız kimi hiss etməyib və bu günə qədər Fransız hökmranlığına qarşı üsyanlarını davam etdiriblər.
Makron Fransası beynəlxalq hüququ pozur - Korsika dilini məhdudlaşdırır - ŞƏRH

Əslində, ada 1793-1794-cü illər arasında İngiltərə tərəfindən işğal edilib. Daha sonra İtaliya tərəfindən işğal olunub, 10 il sonra yenidən Fransa imperiyası tərəfindən zəbt olunub. 19-cu əsrin sonlarından italyan dilinə yaxın olan Korsika dilində canlanma baş verib. Lakin Fransanın bir vilayəti sayılan Korsikada hökumət təzyiqləri səbəbilə fransız dilindən başqa dil istifadə etmək məhdudlaşdırılıb.

Müasir dönəmdə də Fransanın Korsika adasına etnik, dini zorakılığı davam etdirilir. Lakin adada və regionda hakim olan Fransaya qarşı bir çox ölkə həqiqətləri açıqlamağa çəkinir. Məsələn, Avropa və onun strukturları Korsikaya niyə faktaraşdırıcı missiya göndərmir? Burada Fransanın ada xalqına qarşı törətdiyi etnik və dini zorakılıq niyə araşdırılmır?

Şübhəsiz ki, bunlar qərəz və ikili yanaşmaların nəticəsidir.(Report)

Son xəbərlər

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930