Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan, Cəmcəmli kənd sakini Telnaz Abıyevanın 70 illik yubileyi münasibətilə onunla evində görüş keçirilmişdir.

Turaztv.az xəbər verir: Görüşdə "Cəmcəmli" ərazi partiya təşkilatının sədri (Rayon İcra Hakimiyyəti Başçısının Cəmcəmli İƏD üzrə nümayəndəsi ) Makif Əhmədov "Cəmcəmli" ƏPT-nın sədr müavini(Cəmcəmli tam orta məktəbinin direktoru) İntiqam Mürsəlov,vaxtilə yubilyarla eyni vaxtda həmin məktəbdə müəllim işləyən və bu gün də çalışan müəllimlərdən Məhəmməd Bayramov,Həmzə Eyubov,Savalan Nurməmmədov,yubilyarın həyat yoldaşı Ağasən Abıyev,oğlu İlkin və nəvəsi Sahil eləcə də YAP Qobustan rayon təşkilatının əməkdaşları Elməddin Hüseynov və Həzərxan Nəbiyev iştirak etmişlər.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Telnaz Abıyeva ilə söhbətində qeyd etmişdir ki, yubilyar uzun illər Cəmcəmli tam orta məktəbində ibtidai sinif müəllimi və Cəmcəmli bələdiyyəsinin üzvü kimi mühüm vəzifələrində çalışmışdır.
Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.Sonra tədbir iştirakçıları yubilyarla bağlı xoş xatirələrini söyləmişlər.
Görüşün sonunda partiya veteranı Telnaz Abıyevaya rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.
Telnaz Abıyeva göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Yubiliyarla xatirə şəkilləri çəkilmişdir.



Son xəbərlər

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930