Xəbərlər
6.06.2026, 07:25
CÜMŞÜD AYDƏMİR : Sevim,sevməyim... - FOTO
Sevim,sevməyim...
(zarafat şeir)
"Xəstəxana şeirləri" silsiləsindən.
Xəstəxanada əməliyyat olunub yatdığım 4 gündə bizə xidmət göstərən tibbi personalın içində qəşəng bir ləzgi qızı da var idi...
Baxışı mənalı,dili şirindi,
Bilmədim subaydı,yoxsa gəlindi,
Maral tək duruşu elə bəsindi,
İlahi,bu qızı sevim,sevməyim?
Məni sındırmadı çəkdiyim ağrı,
Ağrıya məlhəmdi çəkdiyi sarğı,
Məni məndən etdi gördüyüm qayğı,
İlahi, bu qızı sevim,sevməyim?
Ona şeir dedim ləzgi Nemətdən,
Söz açdım şeirdə böyük hikmətdən,
Mən cavab istərəm ulu xilqətdən,
Siz deyin,bu qızı sevim,sevməyim,
İlahi,bu qızı sevim,sevməyim?...
Bilmədim subaydı,yoxsa gəlindi,
Maral tək duruşu elə bəsindi,
İlahi,bu qızı sevim,sevməyim?
Məni sındırmadı çəkdiyim ağrı,
Ağrıya məlhəmdi çəkdiyi sarğı,
Məni məndən etdi gördüyüm qayğı,
İlahi, bu qızı sevim,sevməyim?
Ona şeir dedim ləzgi Nemətdən,
Söz açdım şeirdə böyük hikmətdən,
Mən cavab istərəm ulu xilqətdən,
Siz deyin,bu qızı sevim,sevməyim,
İlahi,bu qızı sevim,sevməyim?...
Xudat. 05.06.26

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













