HEKAYƏ

Artıq qış fəsli idi. Göydən leysan kimi yağış tökülürdü. Bu yağış bir ildən çox idi ki, ürəyi yaralı ananın dərdini söndürə bilmirdi. Oğlu şəhid olandan sonra ananın nə yazı, nə də qışı var idi. Onun üçün fəsillərin, havanın necə olmasının heç bir əhəmiyyəti yox idi. Pəncəli şəhid olandan sonra evləri hər gün qonaqlı-qaralı olurdu.

Bu yağışlı gündə də şəhid ocağına qonaq olanlar var idi. Qapının ağzında dayanmış qara maşından bir neçə nəfər yerə düşdü. Ana onlarla görüşüb evə dəvət elədi. Qonaqları qapıya sarı yola salmaq istəyərkən ananın gözləri maşında oturub ağlayan qadına sataşdı. Əynində qara paltar, başında qara şalı olan bu qadın dünyadan yorulmuşdu sanki. Üzündən yağan kədər elə bil min ilin kədəri idi. Ana maşının qapısına yaxınlaşıb:
- Bacı, sən niyə maşında tək qalmısan. Gəl, düş aşağı, evə keç, - dedi.
Bu sözlərə bənd imiş kimi maşından düşən qadın ananın ayaqlarına qapandı, boynuna sarıldı, əllərini, saçlarını öpüb bağrına basdı. Yağışın gur damlaları ilə göz yaşları bir-birinə qarışdı. Ana da öz dərdinin ağrısı ilə ona sarılıb:
- Bacı, gəl evə keçək, soyuqdur - dedi.
Qadın ananın təkidindən sonra evə daxil oldu. İçəri girər-girməz evin bir küncündə səliqə ilə asılmış hərbi formanı, yanına da səliqəli şəkildə qoyulmuş ayaqqabını görəndə qadın daha bərkdən hönkürərək o geyimləri balası kimi bağrına basdı. Ağlaya-ağlaya onları öpüb gözlərinin üstünə qoydu. Hələ altına palçıq yapışmış ayaqqabıları əlinə alaraq onları sinəsinə sıxıb oxşamağa başladı. Ana bu mənzərə qarşısında mat-məəttəl qalmışdı. Bəzən özünün oğluna qarşı olan sevgisinə də şübhə edirdi. "Bəlkə, mən oğlumu heç bu qədər sevmirəm? Bu yad qadın onun palçıqlı ayaqqabılarının altını belə yalayır".
Geniş süfrə açılmışdı. Süfrədə hər cür nemət var idi. Qonaqlar yeməklərini yeyib, çaylarını içməyə başladılar. Amma o qadın nə bir qurtum su içirdi, nə də bir tikə çörək yeyirdi. Gözlərinin yaşı dayanmırdı. Hər kəs danışıb dinsə də, o bu dəfə lal-dinməz, için-için ağlayırdı. Göz yaşlarını sildiyi yaylığın hər tərəfli yaş olmuşdu. Ana ayağa qalxaraq ona yaxınlaşdı:
- Bacı, sənə təmiz cib yaylığı verim, sən onu ver mənə, - dedi. Qadın anaya çevrilib:
- Yox ,ana, bu yaylıqda Pəncəli üçün tökdüyüm göz yaşlarım var. Onu heç kimə verə bilmərəm,- dedi. Ana bayaqdan bu qadını müşahidə edirdi və hiss edirdi ki, bu qadında nə isə qeyri-adilik var. Amma nə idi? Onu bilmirdi. Ürəyinə şübhə toxumaları düşməyə başladı. "Bəlkə oğlum bu qadının hansısa qohumu ilə gizlin evlənib? Bəlkə övladı var? Əgər onun bir yadigarı varsa, mən çox sevinərəm, balamın təsəllisini onda taparam, qoxusunu ondan alaram."
Necə deyə bilərdi axı ana? Necə öyrənə bilərdi həqiqəti? Artıq vaxt çatmışdı. Qonaqlar ayağa qalxıb getməyə hazırlaşdı. Ana da onları darvazaya qədər yola salanda o sirli qadın anaya çevrilib yalnız bu sözləri dedi:
- Ana, vaxt var idi snayper gülləsi mənim saçlarımı tamamilə biçmişdi, - əli ilə qara yaylığının altındakı pərişan saçlarını göstərdi.
Bunu deyib o da maşına əyləşdi. Qara maşın yağan yağış dənələri altında asfalt yola çıxıb üzü şəhərə tərəf yol aldı. Uzanıb gedən yollarda ananın baxışları, xəyalları, sualları ilişib qaldı. Kim idi o sirli qadın?

Ana ağlından keçənləri aydınlığa çıxarmaq üçün oğlunun dostları ilə danışmaq qərarına gəldi. Evə girib yır-yığış etdikdən sonra telefonu əlinə alıb bir-bir nömrələrə baxdı və axtardığı adamın adını tapıb ona zəng vurdu, belə bir şeyin olub olmadığını soruşdu. Dostu Pəncəlinin qətiyyən belə bir iş görmədiyini bildirdi. Ana eşitdiyi cavabdan məyus olsa da, ümidini itirməmişdi.

Bu minvalla aradan iki il ötür. Ananın isə nə ümidi ölür, nə də marağı yox olurdu. Günlərin bir günü Pəncəlinin dostlarının yolu Beyləqana düşür. Və əsl həqiqət də elə burada açılır. Yol getdikləri məqamda qəfil maşın xarab olur və usta yanına gətirib təmir etdirirlər. Usta ilə söhbət əsnasında şəhid Pəncəlinin dostları olduğunu deyirlər. Bunu deyəndə usta əllərini saxlayır və təəccüblə onlara baxaraq deyir:
- Siz heç bilirsiniz necə bir qəhrəmanın dostusunuz? Onun gördüyü işlərdən xəbəriniz var?
Dostları:
- Pəncəli heç vaxt bizə öz sirlərini açmazdı, - deyirlər.
Usta dolmuş gözlərini uzaqlara dikərək:
- Biz on iki nəfərdən ibarət döyüş yoldaşı ilə birlikdə düşmən tərəfə keçib məlumat toplamaq əmrini almışdıq. Düşmən sərhədinə yaxınlaşanda bizdən yalnız üç nəfər düşmən tərəfə keçə bildi. Mən, komandir və Pəncəli. Düşmən duyuq düşmüşdü deyə digərləri geri qayıtmağa məcbur oldu. Sürünə-sürünə bir qəbrin yanına gəlib burada havanın qaralmasını gözlədik. Bir müddət gözlədikdən sonra gördük ki, saçları dağınıq insana bənzər bir varlıq ağlaya-ağlaya qəbrin yanına gəlir. Yaxınlaşanda qadın olduğunu başa düşdük. Qadın məzar başına çatıb qəbri qucaqlayıb Azərbaycan dilində ağı deməyə başladı. Pəncəli çox asta səslə komandirinə sarı dönüb:
- Komandir, bu qadın Azərbaycanlıdır, onu aparmaq lazımdır. Mən onu aparacağam, - dedi.
Komandir əsəbiləşdi:

- Pəncəli, sən ki müharibənin nə, düşmənin kim olduğunu bilirsən? Bu düşmənin oyunu ola bilər. Ehtiyatlı olmaq lazımdır.
Pəncəli istəməsə də, əmrə tabe oldu. Bu hadisə üç gün davam etdi və sonda Pəncəli əmri pozaraq qabağa yeriyib qəbrin başında ağlayan qadının ağzını əlləri ilə qapayıb döyüş yoldaşlarının yanına gətirdi.
- Qorxma, indi de görək sən kimsən? Nə üçün buraya gəlirsən?
Qadın qorxa-qorxa başına gələnləri danışır:
- Mən də digərləri kimi 1992-ci ilin Ağdam əsirlərindənəm.
O özünün və əsirlərin başına gətirilən müsibətləri danışmağa başlayır. Pəncəli və döyüş yoldaşları qadını dinləyib onu Azərbaycana geri gətirirlər.

Son xəbərlər

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031