Turaztv.az » Xəbərlər » İldırım Əlişoğlu : Bakı küləyi - FOTO
Xəbərlər

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

28.07.2026, 14:50 145
Bu göylər ipini qırıb, deyəsən,
Sahildən sahilə atını çapır!
"Yumruq" tutuzdurur gördüklərinə,
Buludların yağmaq fürsətin qapır!..

Elə çırpılır ki ,pəncərələrə,
Sanki acığını şüşədən çıxır.
Böyük ağacların saçların yolur,
Gücsüzün, kiçiyin özünü yıxır!

Karıxıb enərsən əgər yanına,
O dənizi gözsüz sayıb eləmə.
Yatmır ki, o Tanrı-qurban olduğum,
Haqqında nə varsa alar qələmə!..

Yoxsa dalğalar da qorxur boğula,
Əl-ələ tutuşub qaçır sahilə?
Min illər kənarda duran qayalar,
Çimir, nə olduğun anlamır hələ!

Kimləri görməyib bu dəli dəniz?
Olub yuxulusu, olub ayığı.
Duyub ağıllısı elə insandı,
Nəhəng gəmilərə dönüb qayığı!..

...Bu göylər ipini qırıb, deyəsən,
Sahildən sahilə atını çapır!
"Yumruq" tutuzdurur gördüklərinə,
Buludların yağmaq fürsətin qapır !..

27.07.2026

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Oxşar xəbərlər