HƏMKARLARIM YEGANƏ XUDİYEVANIN, ELÇİN VƏLİYEVİN VƏ ELŞƏN QƏNİYEVİN AD GÜNLƏRİNƏ

İnsan ömrü, ağ vərəqlər üzərinə yazılan bənzərsiz bir dastan, hər addımı sirr olan keşməkeşli bir tale cığırıdır. Bu fani dünyaya gəlişimizdən tutmuş, qarşılaşdığımız hər insan, yaşadığımız hər ağrı və qazandığımız hər sevinc əslində bizə bəxş edilən gizli bir qismətdir. İnsan bəzən həyatın gərgin, tələskən ritmində yorulub incələndə geriyə boylanıb keçdiyi yola nəzər salır və qəlbinin dərinliyindən süzülüb gələn səmimi bir pıçıltı ilə deyir: "Bu da bir tale payıdır". Bu cümlə, sadəcə, təslimiyyət deyil, yaşadıqlarımızın, yaşantılarımızın müdrik fəlsəfəsi, ruhun mənəvi aləmi ilə barışma anıdır.
Fəlsəfi nöqteyi-nəzərdən, tale payı insanın daxili dünyasını formalaşdıran, onu xalis xisləti ilə üz-üzə qoyan ən böyük məktəbdir. Bizə bəxş edilən bu payın bünövrəsi, ilk növbədə, ata-baba ocağından, ulu köklərdən süzülüb gələn nəcabət irsi və xeyirxahlıqla yoğrulur. Müasir dünyada süni parıltıların, hər cür ağla sığmaz olayların baş alıb getdiyi bir dövrdə insanın öz kimliyinə sadiq qalması elə ən böyük tale mükafatıdır. İstər sinif otağında şagirdlərinə ömür sətirlərini təm təmənnasız öyrədən fədakar müəllimin zəhmətində, istər mətbuat camesində sözün namusunu və dürüst imzanı qoruyan ustad ziyalıların prinsipiallığında həmin tale payının ləyaqətli mənəvi möhrü görünür. Onlar ətrafa işıq paylamaq üçün ömrünü yanan şam kimi əridərkən bu fədakarlığı talelərinin ən uca sevinci bilirlər.

Bu kövrək fəlsəfənin ən səmimi və uca tərəfi isə dərin bir dərd ortaqlığı, dərd oxşarlığı və xatirə vəfadarlığı ilə bütövləşir...
Eyni zamanda, bir millət kimi bizim payımıza düşən ən müqəddəs və uca tale - sönməz vətən aşiqliyi və torpaq istəyidir. Otuz illik yurd nisgilindən sonra, bu gün azad Qarabağa aparan o füsunkar, dolanbac yollarla gerçəkləşən "Böyük qayıdış" dastanını görmək, yurd həsrətlilərinin o coşqun sevinclərinə səmimi qəlbdən şərik olmaq hər bir azərbaycanlının ömrünə yazılmış ən ali, müqəddəs tale payıdır. Zəfərin bu nurlu enerjisini qələmlə sətirlərə, ruhla yaddaşlara köçürmək peşə sevinclərinin ən gözəlidir. Yeri gəlmişkən, bu yazımızda, daha doğrusu, redaksiyamızın üç əməkdaşı haqqında yazı hazırlamaq, ad günləri ilə bağlı ürək sözlərini demək məqamı çatanda kollektivimizin bu yaxınlarda Qarabağa əzəmətli səfəri, bu yol gedişi zamanı onların xoş rəftarı, yol yoldaşlığı yada düşdü. Birindən soruşurlar ki, qardaşın necə adamdır. Cavab verir ki, yol yoldaşı olmamışam. Amma bu üç iş yoldaşımla dəfələrlə yol yoldaşı olmuşam, onları sınamışam. Amma budəfəki səfərimiz, yol yoldaşlığımız zamanı onların üç dünyalarına bir daha bələd oldum. Elə bu səbəbdən onların üçünü də qəlbən təbrik edirəm.

BİRİNCİ başlayaq bizim məsul katib dəyərli mətbuat fədaisi Elçin VƏLİYEVdən.


Onu ad günü - ləyaqətlə, şərəflə bəzədilmiş nurlu ömür bayramı münasibətilə qələm dostları, həmkarları və xətrini istəyənlərin adından səmimi qəlbdən təbrik edirik. Jurnalistika, sadəcə, bir peşə deyil, o, cəmiyyətin nəbzini tutan, həqiqətləri ağ vərəqlərə köçürən və tarixin canlı salnaməsini yaradan müqəddəs bir missiyadır. İnformasiya axınının sürətlə dəyişdiyi, müxtəlif proseslərin baş verdiyi müasir media mühitində Elçin Vəliyev hər zaman öz xalis xislətinə sadiq qalıb. Sözün namusunu, imzanın ləyaqətini hər şeydən uca tutaraq ortaya qoyduğu prinsiplər, obyektivlik və vətəndaşlıq mövqeyi əsl ziyalı fədakarlığının nümunəsidir.

O, hər gün işə gələrkən adəti üzrə katibliyin işləri ilə maraqlanır, qəzetimizin normal çıxması üçün bütün vasitələrdən istifadə edir, bir sözlə, redaksiyanın bütün şöbələri ilə əlaqələndirici rolunu təmin edir. Özünün təmənnasız xidməti göz önündədir. Onun yaradıcı işi dərin bir "insanşünaslıq" fəlsəfəsinə söykənir.

İKİNCİ təbrikim isə 40 illik dostum, həmkarım, sözün və ləyaqətin vətəndaşı Elşən QƏNİYEV barədədir.

Onu da ad günü - ömrünün bu işıqlı və mübarək səhifəsi münasibətilə ürəkdən təbrik edir, ona insanlığın ən gözəl nemətlərini arzulayıram.
Dostluq bu fani dünyada insanın sığına biləcəyi ən uca mənəvi asimandır. O, hər zaman xalis xislətinə, ata-baba ocağından gələn xeyirxahlıq və nəcabət irsinə sadiq qalıb. Xarakterindəki dürüstlük, ustad təmkinliyi və ləyaqət onu hər kəsin gözündə sönməz fikir və insanlıq mayakına çevirib.

O, sadəcə, yaxşı insan deyil, həm də ətrafındakı hər kəsin çətin anında səmimi münasibət nümayiş etdirən, qəlblərə işıq paylamaq üçün fədakarlıq edən yanan şamdır. Onun səmimiyyəti, əsl dostluq andına olan vəfadarlığı mənim üçün ən böyük mənəvi rahatlıq və güvən mənbəyidir. Biz birlikdə neçə-neçə günlərin peşə sevinclərini, həyatın acılı-şirinli xatirələrini bölüşmüşük və hər zaman onun həmin sarsılmaz mənəvi möhürünün, təmiz adının şahidi olmuşam. O, xoş günlərin yox, eləcə də çətin günlərin sadiq dostudur.
Arzum budur ki, atdığı hər bir işgüzar addım ona bəxtiyarlıq gətirsin, qəlbi hər zaman yurd eşqi və vətən sevdası ilə coşsun.
Yaxşı ki var, yaxşı ki mənim sadiq, uca ruhlu dostumdur.

ÜÇÜNCÜ dostumuz, fədakar, öz işini bilən, tapşırılan vəzifənin öhdəsindən bacarıqla gələn iş yoldaşımız isə Yeganə XUDİYEVAdır.


Adətən, bir çoxu centlmenlik edib xanımı ilk yada salır. Amma Yeganə xanım bir gün sonra dünyaya göz açıb. Onun haqqında da ürək sözlərimi bildirmək istəyirəm.
İş dünyasının gərgin ritmində onun kimi xalis xislətli, dürüst və ləyaqətli həmkarla çiyin-chiyinə çalışmaq mənim üçün böyük qürur və səmimi mənəviyyat mənbəyidir. O, işgüzar addımları, təmkini və kollektivimizə bəxş etdiyin xeyirxahlıq enerjisi ilə hər zaman ətrafa işıq paylayan cəfakeş bir həmkarımızdır. Biz Yeganə xanımla da birlikdə neçə-neçə iş gününün heyranlıq dolu peşə sevinclərini, acılı-şirinli xatirələri bölüşmüşük. O, hər an sədaqətin, təmiz adın canlı timsalı olub.


Hörmətli və dəyərli Yeganə xanım, bu özəl gündə sənə də o biri dostlarım kimi, ilk növbədə sarsılmaz cansağlığı, tükənməz əmək enerjisi, işlərində hər zaman uca uğurlar və sevdiklərinlə birgə keçirəcəyin çox xoş təəssüratlı, bəxtiyarlıq dolu bir ömür arzulayıram. Yaxşı ki varsan, yaxşı ki mənim dostum və dəyərli, fədakar, dost qədrini bilən iş yoldaşımsan.

Duman-çən birləşib yolumu kəssə,
Düşər dostlarım yadıma mənim.
Bilirəm bir azca çətinə düşsəm,
Onlar yetişərlər dadıma mənim.

Demə: o dostların qalıbdır harda,
Onlar gözlərimə dəymir nə vaxtdan.
Dost dostu sınayar çətində, darda,
Dar gündə cıxıblar onlar sınaqdan.

Çox dost qazanmışam mən öz elimdə,
Elə bilirəm ki, yoxdur düşmənim.
Gözüm görməyəndə tutub əlimdən,
Dostlarım ağ günə çıxarıb məni.

Söz salıb onların məhəbbətindən,
Doğrusu, bilmirəm bu gün nə deyim.
Onların eşqindən, məhəbbətindən,
Yüz yol danışsam da, qurtaran deyil.

Çox adam görmüşəm mən bu yaşımda,
Dostu unudanın qiyməti olmaz.
Dost-tanış olmasa süfrə başında,
Kəsdiyim çörəyin ləzzəti olmaz.

Hər gün dostlarımı salıram yada,
Dərirəm ömrümün dostluq barını.
Yaxşı ki, dostların mən bu dünyada,
Qazana bilmişəm etibarını.


Əvvəldə tale payından söz açmışdım. Sonunu da tale payı ilə bitirmək istəyirəm. "Bu da bir tale payıdır" dediyimiz hər bir an, bu fani dünyada dürüstlük, səmimiyyət və xeyirxahlığın qiymətinin heç vaxt ucuzlaşmadığını dərk etdiyimiz andır. Zaman öz karvanı ilə axıb getsə də, nəsillər dəyişsə də, bizə düşən payı ləyaqətlə, ustad təmkinliyi ilə daşımaq və gələcəyə təmiz ad qoymaq ən böyük insanlıq borcumuzdur. Çünki bu dünya mütləq taleyin bəxş etdiyi o nurlu əməllərin, səmimi duaların və vəfalı qəlblərin işığında uca, məğrur və toxunulmaz qalmaqdadır.


Əziz Yeganə xanım, Elçin və Elşən qardaşlarım!
Bu mübarək gündə üçünüzə də ilk növbədə sarsılmaz cansağlığı, tükənməz həyat enerjisi, işlərinizdə hər zaman sonsuz uğurlar və ailənizlə, sevdiklərinizlə birgə keçirəcəyiniz çox xoş təəssüratlı ömür arzulayıram.
Dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ

“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

Marşrutlar dəyişə bilər, etibar dəyişməz - “Sara Logistics” MMC - Fotolar

İki reklamdan 75 milyon alacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031